Xarici dilin mənimsənilməsinin səmərəli üsulları

 

Xarici dil təkçə insanın ümumi mədəni səviyyəsini, düşünmək və yaratmaq qabiliyyətini inkişaf etdirmir, həmçinin ona yad mədəniyyətə, yad yaradıcılığa öz münasibətini ifadə etməyə imkan verir.

Artıq bir neçə ildir ki, iptidai siniflərdə dərslər kurikuluma uyğun aparılır ki, bu da dünyanın proqressiv tədris modellərindən biridir. Bu ildən başlayaraq V siniflərdə də fənlər, o cümlədən ingilis dili kurikuluma uyğun tədris olunur.

Müasir tədris fəaliyyətində müəllim müxtəliflik üçün bir çox imkanlara malikdir. Bunun üçün müəllim dərs zamanı müxtəlif oyunlar və əyləncələr təşkil edə bilər ki, bu da şagirdin fənnə marağını daha da artırmağa imkan verər. Həmçinin müəllim dərsdə hadisələrin gedişini təşkil edən, şagirdə lazım olan məlumatı əldə etmək yolunu göstərən məsləhətçi rolunda da iştirak edə bilər. Bundan başqa, belə əyləncəli, həm də öyrədici dərslərin təşkili üçün müəllim kompüter, proyektor, müxtəlif videomateriallar və digər əyani vasitələr kimi yeni texnologiyalardan istifadə edə bilər.

V sinif şagirdləri ilə zamanı mən yuxarıda göstərilən yeni metodlardan istifadə etməyə üstünlük verirəm. Bu da dərsimi səmərəli və maraqlı edir. Belə texnologiyalardan istifadə psixoloji baryerin aradan qaldırılmasına kömək edir, yaradıcılığa sövq edən şərait yaranır.

Nümunə üçün sinifdə hazırladığım bir dərs nümunəsini təqdim edirəm.

Dərsin mövzusu: Unite 3. Countries and Cultures.  (Ölkələr mədəniyyətlər)

Lesson 2. One small world. (Bir kiçik dünya)

Standartlar:  1.1.1, 2.1.1, 3.1.4, 4.1.1

1.1.1  Şagird eşitdiyi mətni başa düşür,

2.1.1  Yeni sözlərdən ifadələrdən düzgün istifadə edir,

3.1.4  Oxunmuş mətnin suallarına cavab verə bilir.

4.1.1 Yeni sözlərdən istifadə edərək məntiqi qrammatik düzgün cümlələr tərtib edə bilir.

Dərsin məqsədi: Danışmağı, yazmağı, oxumağı dinləməyi öyrətmək.

Şagird: Qulaq asmaq, yeni sözlər ifadələrdən düzgün ifadə etmək bacarığını göstərir; oxunmuş materialın konteksti üzrə suallara cavab vermək bacarığını göstərir; sözlərdən istifadə edərək məntiqi qrammatik düzgün cümlələr tərtib etməyi bacarır.

Şagird edə bilər: Bu mövzu üzrə danışa bilər "Cities and Places of interest in the world" (Dünyanın şəhərləri görməli yerləri); Şeir oxuya bilər, "One small world" (Bir kiçik dünya) ölkələrin, şəhərlərin görməli yerlərin adlarını öyrənə bilər.

Dərsin tipi: Eşitmək, oxumaq, danışmaq yazmaq qabiliyyətlərinin inkişafı

Sinfin idarə olunması: Sinifdə birgə, qruplar çütlər üzrə .

Tapşırığın tipi: Tədqiqat, müzakirə.

Resurslar: Şəkillər, flaşkartlar, dərslik, həmin ölkələrin şəkilləri olan kartlar.

Məşq: "Missinq words" "Buraxılmış sözlər". Şagirdlər buraxılmış sözləri tapırlar. Onlar artıq ölkələrin paytaxtlarını bilirlər.

Where’ s London?

Yes London, London, London.

Where’s London?

Where’s London, London, London?

It’s in.....

Motivasiya: Mənə deyə bilərsinizmi London harada yerləşir (Paris, Nyu-York)?

Tədqiqat sualı: Dünyada hansı böyük şəhərləri paytaxtları bilirsiniz?

Tədqiqatın aparılması: Şagirdlər qruplar üzrə işləyirlər xəritə üzərində tapdıqları şəhərlər haqqında fikirlərini paylaşırlar.

İnformasiya mübadiləsi: Şagirdlər qruplarda işləyirlər dünyanın ölkələri, onların paytaxtları haqqında danışırlar.

Məlumatların müzakirəsi: Müəllim aparıcı sual verərək köməkçi kimi iştirak edir. Siz dünyada neçə şəhər tanıyırsız? Dünyada neçə ölkə tanıyırsız? İngilislər harada yaşayır? Türklər harada yaşayır?

Müəllim dərs zamanı deyilənləri yekunlaşdırır.

Dərsliklə : Biz tədrisin müxtəlif mərhələlərində və tədris prosesində kommunikativ üsuldan istifadə edirik. Müxtəlif üsullardan istifadə edərək dərs planı tərtib olunmalıdır. Təqdim olunan dərs "One small world" tədris planına uyğun olaraq üç dərsdə verilə və ya müəllimdən asılı ola bilər. Şagirdlərin səviyyəsi müxtəlif olduğundan mövzu bir dərsdə və yaxud da bir neçə dərsdə tədris edilə bilər.

 

Ülviyyə ABBASOVA,

Bakıdakı 47 nömrəli tam  orta məktəbin müəllimi

 

Azərbaycan müəllimi.- 2012.- 21 dekabr.- S.10.