İngilis dili fənninin fəal təlim metodları ilə tədrisi

 

Müasir dövrdə xarici dillərin tədrisində fəal təlim metodlarından geniş istifadə olunur. Fəal təlim metodları  müəllimlərin işini asanlaşdırır. Yəni onlar gün ərzində keçdiyi dərsin nəticəsini  bütün şagirdlərdən 45 dəqiqə ərzində ala bilirlər. Bu zaman uşaqların bölgüsü aradan götürülür, yaxşı oxuyan şagird ilə pis oxuyan şagird  arasındakı məsafə yox olur. Hamı eyni anda mövzunu özünə uyğun tərzdə anlayır və onu müəllimə təqdim edir.

 

Yaxın keçmişi nəzərdən keçirsək görərik ki, əvvəlki dövrlərdə müəllim keçdiyi mövzunu hamıdan tam ala bilmirdi. Mövzunu 10 şagirdən 3-ü ya da 2-si anlaya bilirdi. Digər şagirdlər, demək olar ki, heçbaşa düşmür, sinif otağını yorğunüzgün tərk edirdilər. Bəs buna səbəb nə idi? Səbəb o idi ki, müəllim dərsin çox hissəsini  izah edərək, şagirdlərdən daha çox özü danışırdı.

Lakin müasir dövrümüzdə  şagirdlər, demək olar ki, daha çox danışır, hərəkət edir və sərbəst düşünürlər. Bu sərbəstliyi onlara məhz müəllim verir. İndi müəllim sinif otağına girdiyi zaman şagirdləri dərsə isindirir. Bir növ dərsin bir oyun olduğunubu oyunda hamının çox əylənəcəyinə onları inandırır.

Birinci mərhələ "Warm up", yəni fəallaşdırma mərhələsidir.

Bu fəallaşdırma hər bir müəllimin öz təxəyyülündə formalaşıb, dərsdə həyata keçirilməlidir. Bu mərhələdə müəllim şagirdlərə müxtəlif hərəkətlər etdirir. Şagirdlər isə  həmin hərəkətləri edir və etdikləri əməlləri səsləndirirlər.

Fəallaşdırma, təxminən, 5 dəqiqə çəkir. Dərsin gedişi zamanı müəllim mövzunu şagirdlərə əvvəlcə ya danışır, ya mövzuya  aid video izlədir, CD dinlədir, ya da sadəcə əyani vəsaitlərlə onları mövzuya dair məlumatlandırır. Bu proses 15 dəqiqə çəkir.

Beləcə müəllim şagirdlərdən mövzuya dair problemli suala cavab istəyir. Şagirdlər həmin problemli suala cavab verir.

Artıq müəllim tam əmindir ki, şagirdlər mövzununolduğunu anlayıblar. Bu əminlik müəllimin şagirdlərə mövzuya dair müxtəlif tapşırıqlar verməyinə şərait  yaradır.  Şagirdlər bu tapşırıqları etmək üçün qruplara bölünürlər. Bu bölgü alfabetik, rəqəmlərlə və yaxud rənglərlə ola bilər.

Qruplara bölündükdən sonra şagirdlərə tapşırıqları yerinə yetirmələri üçün 15 dəqiqə vaxt verilir. Tapşırıqlar yoxlanıldıqdan sonra şifahi sual- cavab başlanır. Müəllimin göstərişi ilə qruplar bir-birinə suallar verir. Müəllim sadəcə dinləyir və onları yönəldir. Qruplar özlərinə "presenter", yəni təqdimatçı seçir. Lakin hər yeni sual-cavabda bu təqdimatçıları yenə özləri dəyişir. 

Sonuncu mərhələ şagirdlərin ümumilikdə qiymətləndirilməsidir.

Müəllim şagirdləri müxtəlif üsullarla qiymətləndirir. Onları müxtəlif  hədiyyələrlə dəyərləndirir. Səbəb isə şagirdlərdə həmin dərsə həvəs oyatmaqonlar arasında sağlam rəqabət hissi yaratmaqdır.

Məsələn, hədiyyə qazanmayan və yaxşı bal toplamayan şagird gələn dəfə rəqib gördüyü dostu kimi hədiyyələr qazanmaq və yaxşı bal toplamaq  üçün daha çox çalışır.

Beləliklə, 45 dəqiqəlik dərs fəal təlim metodları ilə aparılır və sona çatır.

Bu metodlardan  mən də çox istifadə edirəm. Dərsləri daha da maraqlı etmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Electron board" və "Smart Board", yəni elektron lövhə və ağıllı lövhə  müəllimlərin istifadəsinə  verilmişdir. Bu cür lövhələr Bakı şəhərinin əksər təhsil ocaqlarında mövcuddur.  Mənim çalışdığım təhsil ocağında da bu cür lövhələrdən var. Mən həftədə ən azı iki dəfə də olsa şagirdlərimi elektron lövhədə sərbəst və interaktiv işləmələrinə şərait yaradıram. 

 Məsələn, hər-hansısa bir mövzunun şagirdlərim üçün ağır və çətin olduğunu düşündüyüm zaman onu həmin lövhədə asan bir tərzdə maraqlı slaydlarla  şagirdlərə təqdim edirəm.

Bəzən şagirdlərin lüğəti yadda saxlamaqla bağlı problemi olur. Bu zaman mən bu problemi elektron lövhədə hazırladığım interaktiv tapşırıqları şagirdlərimə təqdim etməklə həll etməyə çalışıram. Mən bu tapşırıqları, əsasən, "MİMİO" lövhəsində hazırlayıram.

"MİMİO"-da hazırladığım "Interactive dictionary" - yəni interaktiv lüğət, tapşırıqlar toplusunu şagirdlərimə təqdim edəndə onlar lüğəti yadda saxlamağın asan yollarını görüb, dərk etdilər. Şagirdlərin hamısı sərbəst şəkildə həmin lövhədə çalışır və sözləri təhlil edə bilirdilər.

Tapşırıqların bir neçəsindən nümunələr:

Şagird ay ərzində ona öyrədilən sözlərin slaydda olduğunu və həmin sözlərin şəkillərinin də ən altda olduğunu görür. Və həmin sözlərin tərcümələrini xatırlayıb şəkillərini düzgün yerləşdirir. Tapşırıq tamamlandıqdan sonra şagird özünün səhvini-düzünü görmək üçün növbəti slayda keçir.

Başqa bir tapşırıq daha:

Şəkillərin altında cümlələr yazılır, bu cümlələr yarımçıq olur. Şagird onları tamamlamaq üçün ilk öncə şəkillərə nəzər yetirirdaha sonra sözlərdən birinə toxunur. Seçdiyi söz düzgündürsə, o zaman həmin sözün üzərində səsli P tik işarəsi görünür.

Yox, əgər seçdiyi söz səhvdirsə, o zaman da həmin sözün üzərində səsli  O iks işarəsi görünür.

Başqa bir tapşırıqdan nümunə:

Lövhədə ingiliscə sözlər və bir dənə də qutu olur. Bu sözlər də, əlbəttə ki, ay ərzində keçirilən sözlərdən ibarətdir. Şagirdlər o sözlərin tərcümələrini tapmaq üçün qutunun içinə nəzər yetirirlər.  Qutudan tapdıqları tərcümələri ingiliscə olan sözlərin altından düzürlər.  Qutunun içində lövhədə olmayan sözlərin də tərcümələri olur. Lakin şagirdlər onları deyil, sözlərə  uyğun tərcümələri seçirlər. Uyğun olmayanlar isə qutuda qalır.  Və hər zamankı kimi şagird öz işini yoxlamaq üçün növbəti slayda keçir.

Daha bir neçə bunlar kimi interaktiv tapşırıqları şagirdlərimə təqdim edirəm. Və nəticədən də məmnun oluram.

Məncə, bu kimi interaktiv tapşırıqları şagirdlərimizin istifadəsinə verməyimiz onların gələcək həyatında düşünərək addım atmalarına və bir şəxsiyyət kimi formalaşmalarına kömək edə bilər. Unutmayaq ki, şagirdlərimizin uğurlu gələcəyi həm də ölkəmiz Azərbaycanın uğurlu gələcəyi deməkdir.  

 

Fəzilə MURADXANLI,

S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının

ingilis dili müəllimi

Email: ibadovafazila@yahoo.com

 

Azərbaycan müəllimi.- 2012.- 21 dekabr.- S.10.