"Müasir Azərbaycan dilində üslubi sinonimlər"
Bu yaxınlarda filologiya elmləri doktoru, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi Nəriman Seyidəliyevin
"Elm və Təhsil"
nəşriyyatında "Müasir Azərbaycan dilində üslubi sinonimlər" kitabı
çap olunub. Əsər (redaktor: İ.Məmmədli, filologiya
elmləri doktoru,
professor, rəyçilər: R.Eyvazova, filologiya elmləri doktoru, professor və İ.Məmmədov,
filologiya elmləri üzrə fəlsəfə
doktoru, dosent) müasir
Azərbaycan dilinin üslubi sinonimlərinə
həsr edilmişdir. Əsərdə əsasən
neytral, bədii, poetik, danışıq və s. üslublarda işlədilən sinonim sözlərdən geniş
bəhs edilir. Burada sinonimlər öz potensial imkanları ilə ana dilimizin məna zənginliyini təqdim edir. Həm ana dilimizdə, həm də xarici
dillərdə sinonimlər
həmin dillərin bilavasitə işlənməsini
intensivləşdirir.
Bu əsər filoloq, müəllim, şagird və tələbələr
üçün çox
dəyərli vəsaitdir.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2012.-
21 dekabr.- S.8.