Təhsil Nazirliyində görüş
Dekabrın 25-də təhsil naziri Misir Mərdanov
Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının
(AMVMA) İdarə Heyətinin üzvləri ilə
görüşüb.
Görüşdə
AMVMA-nın illik hesabatı dinlənilib, müvafiq istiqamətdə
görülmüş işlər və qarşıda duran məsələlərlə
bağlı fikir mübadiləsi aparılıb.
Təhsil naziri Misir Mərdanov Azərbaycan
Milli Valideyn-Müəllim Assosiasiyasının fəaliyyətindən
və bu təşkilatın valideyn-məktəb əlaqələrinin
inkişafı istiqamətində gördüyü işlərdən
danışıb. AMVMA-nın son illər təhsilin
inkişafı və valideyn-müəllim münasibətlərinin
səmərəli təşkili baxımından
gördüyü işlərə toxunan Misir Mərdanov əsas
məqsədi valideynlərlə müəllimlərin
faydalı ünsiyyət mühitinin yaradılmasından ibarət
olan bu təşkilatın həyata keçirdiyi tədbirləri
müsbət qiymətləndirib. Nazir bildirib ki, Azərbaycanda
vətəndaş cəmiyyətinin qurulmasında, təhsilin
keyfiyyətinin artırılmasında, müəllim və məktəbin
nüfuzunun yüksəldilməsində tədris
ocaqlarında fəaliyyət göstərən Valideyn-Müəllim
Assosiasiyasının (VMA) üzərinə mühüm vəzifələr
düşür.
Azərbaycan Milli Valideyn Müəllim
Assosiasiyasının icraçı direktoru Təranə Şərifova
bu görüş və göstərilən dəstək
üçün təhsil naziri Misir Mərdanova təşəkkür
edib. Son illər AMVMA üzvlərinin sayının
artdığını deyən T.Şərifova rəhbəri
olduğu qurumun həyata keçirdiyi layihələr və təşkil
etdiyi tədbirlər barədə məlumat verib.
Daha sonra
icraçı direktor VMA-nın fəaliyyətinin səmərəliliyinin
artırılması üzrə mexanizmin hazırlanması və
orta məktəblərdə bu baxımdan həyata keçirilən
tədbirlərə diqqət çəkib. Təhsil
islahatlarının müəllimlərin və valideynlərin
üzərinə qoyduğu ümdə vəzifələrin
düzgün təbliğində VMA-nın
qarşısında duran məsələlərin əhəmiyyətindən
bəhs edən T.Şərifova nümunəvi VMA-ların təcrübəsinin
yayılmasının zəruriliyinə toxunub. T.Şərifova,
həmçinin qarşılaşdıqları bəzi problem
və çətinlikləri diqqətə
çatdırıb, bir sıra təkliflərini səsləndirib.
Görüşdə iştirak edən
Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının
İdarə Heyətinin üzvlərindən Bakı şəhəri
46 nömrəli tam orta məktəbin direktoru Sevinc Budaqova,
132-134 nömrəli təhsil kompleksinin direktoru Sara Xanlarova,
XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin
direktoru Vəfa Məmmədova, Təhsil Nazirliyinin şöbə
müdirləri Fərzəli Qədirov, Aydın Əhmədov,
Şahrza Əliyev və başqaları valideynlərlə
müəllim və məktəbin daha səmərəli əlaqəsinin
təşkili, valideynlər arasında maarifləndirmə
işinin aparılması, müəllimin cəmiyyətdə
nüfuzunun artırılması, habelə bu kimi digər məsələlərlə
bağlı təkliflərini bildiriblər. Valideyn-Müəllim
Assosiasiyasının mətbuat orqanının
yaradılması, ictimaiyyətin mövcud istiqamətdə
görülmüş işlərə dair məlumatlandırılması
üçün təbliğat işinin və valideyn-müəllim-məktəb
əməkdaşlığının gücləndirilməsi
ilə bağlı təkliflər səsləndirilib.
Sonra təhsil naziri VMA-nın fəaliyyətinin
daha səmərəli təşkil olunmasının önəminə
diqqət çəkib və bununla bağlı görüləcək
işlərin dəqiq müəyyənləşdirilməsinin
əhəmiyyətli olduğunu bildirib. VMA-nın fəaliyyətinin
genişləndirilməsini mühüm məsələlərdən
biri kimi dəyərləndirən Misir Mərdanov
görülmüş işlərlə bağlı təbliğat
işinin gücləndirilməsinin vacibliyini qeyd edib. Nazir bu
qurumun gördüyü işlərə lazımi dəstək
göstəriləcəyini vurğulayaraq müvafiq tövsiyə
və tapşırıqlarını verib.
(Görüşlə bağlı
geniş material qəzetin növbəti sayında dərc
olunacaq)
Azərbaycan
müəllimi.- 2012.- 28 dekabr.- S.2.