Sumqayıt Dövlət Universitetinin 50 illik yubileyi qeyd edildi

 

Dekabrın 21-də Sumqayıt Dövlət Universitetində (SDU) bu ali təhsil ocağının yaranmasının 50 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbirdə təhsil naziri Misir Mərdanov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, SDU-nun rektoru Nadir Qəhrəmanov, Milli Məclisin deputatları, universitet rektorları, alimlər, ziyalılar digər şəxslər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov universitetin kollektivini yubiley münasibətilə təbrik etdi. Ali təhsil müəssisəsinin fəaliyyətindən söz açan E.Əzizov universitetin 50 illik yubileyinin şəhərin tarixində mühüm bir hadisə olduğunu bildirdi. Sumqayıtın ictimai-siyasi həyatında bu ali təhsil müəssisəsinin mühüm yer tutduğunu söyləyən icra başçısı sənaye şəhərinin inkişafında, zavod fabriklər üçün ixtisaslı kadr hazırlığında SDU-nun xüsusi xidmətləri olduğunu diqqətə çatdırdı.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov mərasim iştirakçılarını salamlayaraq universitetin 50 illik yubileyi münasibətilə kollektivi təbrik etdi. Ölkə Prezidentinin təhsilə təhsil işçilərinə göstərdiyi diqqət qayğıdan danışan nazir SDU-nun Azərbaycanın təhsil sistemində xüsusi yeri olduğunu universitetin uğurlarının ilbəil artdığını bildirdi.

Misir Mərdanov universitetin Azərbaycan elminə, təhsilinə bir çox elm adamları bəxş etdiyini bu ənənənin bu gün qorunub saxlanıldığını söylədi. Universitetin Avropa təhsil sisteminə inteqrasiya yolunda uğurlu addımlar atdığını vurğulayan təhsil naziri SDU-nun fəaliyyətini yüksək qiymətləndirdi. SDU-nun öz elmi potensialını təhsil istiqamətlərini Sumqayıtın yeniləşən sənaye müəssisələrinin tələblərinə uyğun qurmalı olduğunu bildirən Misir Mərdanov təhsil ocağının əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzuladı. Dövlət başçısının sərəncamına əsasən Azərbaycan təhsilinin inkişafındakı xüsusi xidmətlərinə görə fəxri adlar verilmiş universitet əməkdaşlarını təbrik edən nazir onlara diplom hədiyyələr təqdim etdi.

Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nadir Qəhrəmanov çıxış edərək bildirdi ki, bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində ciddi inkişaf tendensiyası formalaşıb bu inkişaf dinamikası ulu öndər Heydər Əliyevin qurduğu düşünülmüş strategiyanın nəticəsidir. Rektor bu inkişafın bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında  davam etdiyini vurğuladı. Bildirildi ki, universitetin əməkdaşlarının fəxri adlar medallara layiq görülməsi barədə dövlət başçısı tərəfindən bu günlərdə imzalanan sərəncam ölkənin elm təhsil işçilərinin, eləcə Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının fəaliyyətinə verilən ən yüksək qiymətdir. Son illər təhsilin keyfiyyətinin artırılması üçün SDU-da görülən işlər barədə məlumat verən N.Qəhrəmanov, təhsil ocağının ölkənin aparıcı təhsil müəssisələrindən birinə çevrilməkdə olduğunu bunun üçün var gücləri ilə çalışdıqlarını diqqətə çatdırdı.

Tədbirdə Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, professor Siyavuş Qarayev, AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərov, "Çağ" Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən, Bakı Dövlət Universitetinin prorektoru, professor Aydın Kazımzadə, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, professor Vaqif Abbasov, Bakı Pedaqoji Kadrların İxtisasartırma Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov,  Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru, professor Rasim Bəşirov çıxış edərək yubiley münasibəti ilə SDU-nun kollektivinə təbriklərini çatdırdılar, ali təhsil müəssisəsinin uğurlarının bundan sonra da davam etdiriləcəyinə əmin olduqlarını bildirdilər.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2012.- 28 dekabr.- S.2.