Respublika müsabiqəsinin qalibləri
mükafatlandırıldı
Dekabrın 26-da Təhsil Nazirliyində
Uşaq-Gənclər İdman və Şahmat məktəbləri,
müəllim və idmançılar arasında 12 nominasiya
üzrə keçirilmiş Respublika müsabiqəsi qaliblərinin
mükafatlandırılması mərasimi keçirildi.
Mərasimi təhsil naziri Misir Mərdanov
açaraq öncə iştirakçıları 31 dekabr -
Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il bayramı münasibəti ilə təbrik
etdi və onlara gələcək fəaliyyətlərində
uğurlar arzuladı.
Təhsil Nazirliyində hər ilin sonunda idman nailiyyətlərini
qeyd edib fərqlənən idman məktəbləri və
idmançıların mükafatlandırılmasının
artıq ənənəyə çevrildiyini qeyd edən nazir
növbəti belə bir mərasimə
yığışdıqlarını bildirdi.
İnsanların sağlamlığı
və idmanın dövlət üçün mühüm əhəmiyyət
kəsb edən məsələlərdən biri olduğunu nəzərə
çatdıran Misir Mərdanov məhz buna görə də
ümummilli lider Heydər Əliyevin idmanın
inkişafına həmişə yüksək diqqət və
qayğı ilə yanaşdığını, bu ənənənin
hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini vurğuladı. Qeyd etdi ki, ölkədə
idmana göstərilən diqqət və qayğının nəticəsidir
ki, son illər Azərbaycan idmançıları beynəlxalq
yarışlarda böyük uğurlar əldə edirlər.
Ölkəmizdə çoxlu sayda Avropa, dünya birincilikləri,
olimpiya təsnifat turnirləri keçirilməkdədir. Bu
baxımdan, Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında
ilk Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Azərbaycanda
keçirilməsi haqqında qərar qəbul edilməsini
yüksək qiymətləndirən Misir Mərdanov bu
mühüm hadisənin son illər ölkəmizin
bütün sahələrdə, eləcə də idman sahəsindəki
uğurları ilə əlaqələndirdi.
Azərbaycan Prezidentinin sərəncamına
əsasən 2012-ci ilin ölkəmizdə "İdman
ili" elan edilməsi ilə əlaqədar Təhsil
Nazirliyinin tədbirlər planının təsdiq olunduğunu
nəzərə çatdıran Misir Mərdanov bu müsabiqənin
də həmin plana və nazirliyin müvafiq əmrinə əsasən
keçirildiyini, müsabiqədə məqsədin Təhsil
Nazirliyi sistemində fəaliyyət göstərən uşaq
gənclər idman və şahmat məktəblərinin, həmin
məktəblərdə çalışan məşqçi-müəllimlərin
fəaliyyətlərini qiymətləndirmək, istedadlı
idmançıları aşkar etmək və onları rəğbətləndirmək
olduğunu söylədi.
Təhsil Nazirliyi tərəfindən təsdiq
olunmuş müvafiq plana uyğun olaraq keçirilmiş tədbirlər
barədə danışan nazir bildirdi ki, il ərzində
uşaq-gənclər idman və uşaq-gənclər
şahmat məktəbləri arasında 39 çempionat,
birincilik, zona və seçmə yarışları, 11
respublika turniri, həmçinin beynəlxalq və respublika
yarışlarına hazırlıqla əlaqədar 70 təlim-məşq
toplantısı təşkil olunub. Cari ildə respublika
birincilik, çempionat və kubok yarışlarında
müxtəlif idman növləri üzrə 557, o cümlədən
219 qızıl, 172 gümüş, 166 bürünc medal
qazanıldığını yüksək nailiyyət kimi dəyərləndirən
Misir Mərdanov Avropa, dünya birinciliyi və
çempionatlarında, eləcə də beynəlxalq turnirlərdə
də idmançılarımızın ümumilikdə 97
medal, o cümlədən 55 qızıl, 17 gümüş və
25 bürünc medal əldə etdiklərini diqqətə
çatdırdı.
Təhsil naziri
çıxışında şahmat və futbolun daha da
inkişaf etdirilməsi üçün ölkə
Prezidentinin sərəncamları ilə təsdiq olunmuş
Dövlət Proqramlarının icrası ilə bağlı
görülmüş işlər, ümumi təhsil məktəblərində
şahmatın tədrisi, uşaq-gənclər idman və
şahmat məktəblərinin, ümumtəhsil, ilk peşə-ixtisas,
orta ixtisas təhsili müəssisələrinin idmanla
bağlı maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində atılmış addımlar barədə də
ətraflı məlumat verdi. Çıxışının
sonunda Misir Mərdanov müsabiqə qaliblərini təbrik edərək
onlara uğurlar arzuladı, bu nailiyyətlərin davamlı
olacağına inamını ifadə etdi.
Daha sonra uşaq-gənclər idman və
şahmat məktəbləri, məşqçi-müəllim
və idmançılar arasında 12 nominasiya üzrə təşkil
olunmuş Respublika müsabiqəsinin qaliblərinin adları
açıqlandı, onlara Təhsil Nazirliyinin diplomları və
hədiyyələr təqdim olundu.
Mərasimdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Çingiz Hüseynzadə, gənclər və idman nazirinin
müavini İsmayıl İsmayılov, Milli Məclisin
deputatı Adil Əliyev, Azərbaycan Şahmat
Federasiyasının vitse-prezidenti Faiq Həsənov
çıxış edərək ölkə Prezidentinin idmanın
inkişafına göstərdiyi diqqət və
qayğıdan söz açıb, son illər bu sahədə
əldə olunmuş nailiyyətlərdən
danışdılar, qalibləri qazandıqları uğur
münasibətilə təbrik etdilər.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2012.- 28 dekabr.- S.2.