Mənalı
ziyalı ömrü
Ziyalı! Qürurla səslənən bu
məfhumun dərin hikməti var.
Ziyalı dedikdə, yüksək
intellektə malik kamil
insan obrazı gözlərimiz
önündə canlanır. Onun nail olduğu hər bir uğur, qazandığı hər bir ad gərgin əməyinin
bəhrəsidir. Bu əməyin bəhrəsindən
faydalananlar həmin ziyalıya dərin
hörmətlə
yanaşır, onunla fəxr edirlər.
Belə ziyalılardan biri də
Şamaxı rayonunda sayılıb-seçilən pedaqoq,
qabaqcıl təhsil işçisi, tədqiqatçı-filoloq, Azərbaycan Universitetinin
dissertantı, ali kateqoriyalı müəllim
Ədalət Ağagül oğlu
Məmmədovdur.
Ədalət
Məmmədov 1952-ci ildə Şamaxı rayonunun
bərəkətli Adnalı kəndində ziyalı ailəsində
dünyaya göz
açmışdır. 1969-cu ildə C.Cəbrayılbəyli adına şəhər 5 nömrəli
tam orta məktəbini
bitirmişdir. Məktəb
illərində bütün
fənlərə, xüsusilə dil-ədəbiyyat fənninə
böyük maraq
göstərən Ədalət Məmmədov gələcək
həyat yolunu ali məktəb auditoriyasında davam
etdirmək qərarına gəlir. Bu
məqsədlə o, qəbul
imtahanlarını müvəffəqiyyətlə
verib Bakı Dövlət Universitetinin
filologiya
fakültəsinə daxil olur və 1974-cü ildə oranı bitirərək
işləmək üçün öz doğma rayonuna təyinat
alır. Qısa müddət ərzində özünü
yaradıcı gənc bir müəllim kimi göstərir,
şagird və valideynlərin hörmətini
qazanır və bunun nəticəsində
12 il ərzində rayonun
qabaqcıl təhsil müəssisəsi sayılan Adnalı kənd
orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində
çalışır. Bu vəzifədə o, özünü mahir bir təşkilatçı kimi
göstərir, pedaqoji
kollektivi şagirdlərə dərin və əsaslı bilik verməyə səfərbər edir.
Rayon təhsil
şöbəsində onun qabaqcıl iş təcrübəsi öyrənilərək digər
məktəblərdə
yayılması tövsiyə olunur.
Bu keyfiyyətinə görə Ədalət müəllim
irəli çəkilərək
1986-cı ildə rayon təhsil şöbəsinə inspektor (aparıcı məsləhətçi) təyin olunur. Bu vəzifədə o, rayonun ümumtəhsil məktəblərində təlim-tərbiyyənin keyfiyyətinin yüksədilməsi, təhsil
qanunvericiliyinin həyata keçirilməsinə böyük səy
göstərir.
Ədalət Məmmədov 25 ildir
ki, rayon Təhsil Şurasının fəal üzvü, onun katibidir. O, Azərbaycan müəllimlərinin
VII qurultayının nümayəndəsi olmuşdur.
Təhsil işçiləri və pedaqoji ictimaiyyət Ədalət Məmmədovu
həm də yazıçı-publisist, yorulmaz tədqiqatçı
kimi tanıyırlar. O, 1979-cu ildən Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü
kimi respublika mətbuatında
müntəzəm olaraq
çıxış edir.
Ə.Məmmədovun 200-dən çox
elmi-metodiki, pedaqoji, ədəbi-bədii, tarixi araşdırmaları dövri mətbuatda geniş
işıqlandırılmış və o, bu səmərəli fəaliyyətinə görə rayonda böyük nüfuz qazanmışdır.
Beş kitab
müəllifi Ədalət Ağagüloğlunun dissertasiya
işi olan Azərbaycanın xalq şairi Qabilin yaradıcılığına həsr olunmuş "Qabilin sənət dünyası" (Bakı, "Şur"
nəş. 2007, 176 səh.) və "Şamaxı-təhsil tarixi" (Bakı, 2009. Zərdabi
LTD MMC, 528 səh.) iri həcmli
monoqrafiyaları çox qiymətli
tədqiqat işi
kimi yüksək
qiymətləndirilmiş, geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Eyni zamanda həmin kitablara
20-dən çox qəzet və dərgilərdə
müsbət rəy və resenziyalar verilmişdir.
Bununla bərabər Azərbaycan
Televiziyasında Ədalət Məmmədovun elmi
rəhbəri professor Əmirxan Xəlilovla
dissertasiyanın uğurlu nəticələri barədə birbaşa birgə
çıxışları da onun mənalı
ziyalı ömrünün ən parlaq səhifələrindən biri hesab oluna bilər.
Bu kitablar
Azərbaycan ədəbiyyatı, təhsil tarixi ilə maraqlananlara
böyük töhfədir.
"Suliddin Mirzəliyev-yeri görünən insan" (esse),
"Qobusnamə-böyük tərbiyə məktəbi",
"Qabil: Ümid sənədir ancaq
Azərbaycan əsgəri" kitabları
da Ə.Məmmədovun gərgin yaradıcılığının
məhsuludur.
Ə.Məmmədov
fəal bir
ictimaiyyətçi kimi rayonun bütün
tədbirlərində
yaxından iştirak
edir, təşəbbüskarlığı,
təşkilatçılığı, əməli xeyirxah işləri ilə ictimai-siyasi
həyatda fəal vətəndaş mövqeyi tutmaqla rayonda böyük nüfuza malikdir.
Elə
bu kimi keyfiyyətlərinə görə Ədalət müəllim Təhsil Nazirliyinin
Fəxri fərmanına və digər mükafatlara
layiq görülmüşdür.
Ədalət
Məmmədov həm də
gözəl ailə başçısıdır. Layiqli, tərbiyəli övladlar
yetişdirib boya-başa
çatdırmışdır. Ədalət müəllimin elmi axtarışlarının, tədqiqatçılıq
işlərinin ən məhsuldar dövrüdür.
Mən
bu gün kiçikhəcmli
yazımda şəxsiyyətinə,
səmimiliyinə, insanlarla ünsiyyətinə
yaxından bələd olduğum gözəl bir ziyalı həmkarım
barədə sevimli oxucularımıza qısa bir məlumat
verməyə
çalışdım.
Sözsüz ki, bu gün
hər kəs, xüsusən iş
yoldaşları - dostları Əmirpaşa Ələkbərov, Əhliman Qəhrəmanov,
Əliağa Abdullayev, Hidayət Mehrəliyev, Baba Nəsirov, Eldar Məmmədov,
Ağakərim Ömərov, Rumşah Göyçəyev və neçə-neçə
məktəb direktorları, həmkar müəllim
yoldaşları da yubilyara
səmimi təbriklərini çatdıracaqdır.
Buna Ədalət müəllimin
böyük haqqı vardır.
Şamaxı
rayonun çoxsaylı təhsil
işçiləri
adından Ədalət Məmmədovu
60 illik yubileyi
münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm
cansağlığı, uzun ömür, yeni-yeni
yaradıcılıq uğurları arzulayırıq.
İbad
RƏHİMOV,
Şamaxı Rayon Təhsil
Şöbəsi
Metodmərkəzinin
direktoru
Azərbaycan
müəllimi.- 2012.- 28 dekabr.- S.10.