İxtisasartırma
təhsili zamanın tələbidir
Ümummilli
liderimiz Heydər Əliyev təhsil sisteminin bütün sahələrində
olduğu kimi, pedaqoji kadrların ixtisasının
artırılması, təkmilləşdirilməsi prosesinin
yeniləşdirilməsi məsələsinə xüsusi əhəmiyyət
verirdi. Məhz bu nöqteyi-nəzərdən ixtisasartırma
təhsili və təkmilləşmə prosesinin tamamilə
yenidən qurulmasının qarşısında əsasən
bir vəzifə durur: təlim-tərbiyənin keyfiyyətini
müasir tələblər səviyyəsinə
çatdırmaq. Bu məqsədə nail olmaq
üçün fasiləsiz təhsili elə təşkil etmək
lazımdır ki, o, müasir tələblərə, dünya
səviyyəsindəki elmi və mənəvi biliklərə
cavab verə və ən inkişaf etmiş ölkələrin
təhsil sistemi ilə ayaqlaşa bilsin.`
Pedaqoji
kadrların ixtisasartırma təhsili və təkmilləşdirilməsi
ilə məşğul olan təhsil müəssisələri
arxaik metodlara son qoyulması üçün təhsil
islahatında diplomdansonrakı təhsilin həyata keçrilməsi
sahəsində nəzərdə tutulan tədbirləri təxirə
salmadan həyata keçirməlidirlər. Bu məqsədlə
Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı
filialında əsas fəaliyyət sahəsi kimi dislokasiyaya
daxil olan Şamaxı, Qobustan, Ağsu, Kürdəmir və
İsmayıllı rayonlarının ümumtəhsil məktəb
müəllimlərinin ixtisasartırma təhsilinə yeni bir
nəfəs vermək üçün müxtəlif
üsullardan istifadə edilir.
Məlumdur
ki, ixtisasartırma təhsili fasiləsiz təhsilin və
peşə hazırlığının tərkib hissəsi
olmaqla peşə-ixtisas təhsilinin hər hansı pilləsini
bitirməsi haqqında dövlət sənədi olan hər
bir vətəndaşın fasiləsiz təhsil almaq
imkanını təmin edir və insanın potensial
inkişafı, kadrların intellektual və peşə
hazırlığının yüksəldilməsi, təkmilləşdirilməsi,
onların daim dəyişən və yeniləşən əmək
şəraitinə uyğunlaşdırılması,
yaşlı vətəndaşların ölkənin
sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal
və səmərəli iştirakının təmin edilməsi
vəzifəsini daşıyır. Bu prinsipləri əldə
rəhbər tutan Azərbaycan Müəllimlər
İnstitutunun Şamaxı filialının professor-müəllim
heyəti 2012-2013-cü tədris ilində ixtisasartırma təhsilini
müasir tələblər səviyyəsində qurmağa
çalışır. İxtisasartırma təhsilinin məzmunu,
tədris-tematik plan və proqramları daim yeniləşdirilir,
müasir texnologiyalar və qabaqcıl təcrübələr
öyrənilir. Məşğələlər Azərbaycan
Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin
deputatı, professor Aqiyə Naxçıvanlının 11
sentyabr 2012-ci il tarixində təsdiq etdiyi "Pedaqoji
kadrların ixtisasartırma təhsili üçün tədris-tematik
planlar"a uyğun keçirilir.
Filialda
işin düzgün qurulması nəticəsində
dislokasiyaya daxil olan rayonların təhsil şöbələrinin
müdirləri, kabinet direktorları və dayaq məntəqə
rəhbərləri ilə mütəmadi görüşlər
keçirilir, ixtisasartırma təhsilinə cəlb edilən
pedaqoji işçilərin arzu, maraq, təklif, sifariş və
ehtiyacları nəzərə alınır. Dislokasiyaya daxil
olan rayonların təhsil şöbələri ilə
bağlanmış müqaviləyə əsasən oktyabr ayında
"Məktəbəqədər təhsil müəssisələrinin
tərbiyəçiləri" ixtisası üzrə 22 nəfər,
"Riyaziyyat-informatika müəllimləri" ixtisası
üzrə 6 nəfər, noyabr ayında "İbtidai sinif
müəllimləri" ixtisası üzrə 17 nəfər,
"Azərbaycan dili və ədəbiyyat müəllimləri"
ixtisası üzrə 17 nəfər ixtisasartırma təhsili
kurslarında olmuş və onlara təhsili uğurla başa
vurmaları barədə sertifikat verilmişdir. Dinləyicilərin
məşğələlərə davamiyyəti də diqqət
mərkəzindədir. Belə ki, oktyabr ayında 13 nəfər,
noyabr ayında 8 nəfər müəllim üzürsüz səbəbdən
məşğələlərdə iştirak etmədiyindən
filialın direktoru T.Yusifovanın əmri ilə dinləyicilər
sırasından xaric edilmişdir.
Bildiyimiz
kimi, ixtisasartırma təhsilində dayaq məntəqələri
mexanizminin tətbiqi fasiləsiz pedaqoji təhsilin əsas istiqamətlərindən
biridir. Belə ki, dayaq məntəqələri müəllimlərin
peşəkarlıq səviyyəsinin təkmilləşməsi
ilə məşğul olur. Onun ümdə vəzifəsi
bölgə üzrə hər bir müəllimin fasiləsiz
təkmilləşməsini təşkil etmək, şəxsi
təhsillə daim məşğul olmalarına əməli
kömək göstərməkdir.
Bu məqsədlə
biz dayaq məntəqələrində müəllimlərin təkmilləşməsini
məzmunlu təşkil edir, məntəqələri əhatə
edən fənn müəllimlərinin tərkibini, potensial
qüvvəsini öyrənir, təkmilləşmə prosesləri
ilə bağlı vəzifələri həyata
keçiririk. Müəyyən səbəbdən AMİ-nin
Şamaxı filialına ixtisasartırma təhsili
kurslarına göndərilməsi mümkün olmayan pedaqoji
işçilərin arzusu ilə
"Sifariş-təklif " prinsipinə əsaslanan
ixtisasartırma təhsili kursları dayaq məntəqələrinin
nəzdində təşkil edilir. Təcrübə göstərir
ki, dayaq məntəqələrində müəllimlər
birlikdə olanda kadr hazırlığı, ixtisasartırma və
təkmilləşmə təhsilində tətbiq olunan
plan-proqramlara, yeni dərslik və dərs vəsaitlərinə
aid fikir mübadiləsi aparır və nəticələrə
aid təklifləri irəli sürürlər. Buna misal olaraq
3-8 dekabr 2012-ci il tarixdə Şamaxı rayonunun Çuxuryurd
kənd tam orta məktəb dayaq məntəqəsində
ibtidai sinif müəllimləri üçün "Ümumtəhsil
məktəblərində qiymətləndirmə və onun
növləri" mövzusunda keçirilən
ixtisasartırma təhsili kursunu göstərmək olar. Kursa
Çuxuryurd, Nağaraxana, Məlhəm və Əngəxaran
kənd tam orta məktəblərinin ibtidai sinif müəllimləri
cəlb edilmişdir. Dinləyicilərin fəallığı
ilə keçən kursda məşğələ aparan
Qasımov Rahib Muxtar oğlunun, Əkbərov Əlistan
Hacıbala oğlunun və Nərimanov Rasim Əlisa oğlunun
müsbət işinin nəticəsində məşğələlər
zamanı pedaqoji, psixoloji, metodiki yeniliklər, proqram və dərsliklərdə
olan dəyişikliklər, təlim texnologiyaları və s.
haqqında məlumat əldə etməklə dinləyicilərlə
təcrübə mübadiləsi, yeniliklərdən tədris
prosesində istifadə etmək qaydalarına aid məsləhətləşmələr
aparılmışdır.
Dinləyicilərin
xüsusi marağına səbəb olan tədbirlərdən
biri də filialın direktoru
T.Yusifova ilə görüş oldu. T.Yusifova öz
çıxışında xarici dil dərslərində
şagirdlərə hərfi yox, həm də poetik tərcüməni
öyrətmək, onların fənnə marağını
artırmaq yollarından danışdı. Tədris zamanı
milli dəyərlərin öyrənilməsini diqqət mərkəzində
saxlamaq, onların milli mədəniyyətə yiyələnmək,
soykökümüzə bağlılıq ruhunda tərbiyə
etməyi ön plana çəkdi. Görüşdə dinləyicilərlə
T.Yusifova arasında maraqlı diskussiya yarandı və sonda
dinləyicilər ixtisasartırma təhsilinə yüksək
dəyər verildiyinə və şəxsən özü
müdavimlərlə görüşdüyünə görə
ona minnətdarlıqlarını bildirdilər.
Dekabr
ayında da dislokasiyaya daxil olan rayonların təhsil
şöbələri ilə bağlanmış müqaviləyə
əsasən "Kimya-biologiya müəllimləri"
ixtisası üzrə 13 nəfər, "Tarix-coğrafiya
müəllimləri" ixtisası üzrə 13 nəfər
dinləyici ixtisasartırma təhsilinə cəlb
edilmişdir. Bu dəfə də öz ənənəmizə
sadiq qalaraq məşğələlərarası vaxtlarda təhsilə
aid olan yenilikləri mətbuat və İnternet vasitəsilə
öyrənməklə müəllimlərə
çatdırmağa çalışdıq.
Məlum
olduğu kimi, ixtisasartırma təhsili almış pedaqoji
kadrlar öz iş yerlərinə qayıtdıqdan sonra
onların təhsildən sonrakı fəaliyyət
dövrü başlanır. Bu dövrdə pedaqoji kadrlar tədris
etdikləri fənnə uyğun olan yenilikləri həm təhsil
alanlara, həm də gənc müəllimlərə
aşılayır və bütün işlərini
ümummilli lider Heydər Əliyevin dediyi kimi: "Təbiidir
ki, müəllim 5-10-20 il bundan öncəki səviyyəsi ilə
bizim bugünkü yüksək təhsilimizi təmin edə
bilməz. Gərək müəllim öz üzərində
daim işləsin, dünyanın texniki, elmi-tərəqqi
nailiyyətlərindən xəbərdar olsun və onları
uşaqlara, gənclərə lazımınca
çatdırsın"
prinsipi əsasında qurmağa
çalışırlar.
Fəxrəddin MƏMMƏDOV,
AMİ-nin Şamaxı filialının əlavə
təhsil üzrə
direktor müavini
Azərbaycan
müəllimi.- 2012.- 28 dekabr.- S.9.