18 nömrəli
Bakı Peşə Liseyində ilk vergi tədris otağı açıldı
Dekabrın 25-də 18 nömrəli Bakı Peşə Liseyində Azərbaycan
Respublikası Vergilər və
Təhsil nazirliklərinin birgə təşkilatçılığı
ilə ilk vergi tədris
otağının açılış mərasimi oldu.
Mərasimi vergilər nazirinin
müşaviri Ələkbər
Məmmədov açaraq yeni layihəyə 18 nömrəli Bakı Peşə
Liseyində ilk vergi tədris
otağının yaradılması ilə
başlanıldığını bildirdi.
Təhsil Nazirliyinin Texniki-peşə təhsili
şöbəsinin müdiri Namiq Məmmədov 18 nömrəli
Bakı Peşə Liseyində vergi tədris
otağının yaradılmasını yüksək qiymətləndirdi və
liseyin pedaqoji kollektivini bu münasibətlə təbrik
etdi. Bildirildi ki, vergi tədris otağı lisey tələbələrinin
bilik səviyyələrinin artırılmasında önəmli rol oynayacaq. Gələcəkdə
digər peşə təhsili müəssisələrində
də belə otaqların yaradılmasının vacibliyindən
söz açıldı.
Açılış mərasimində
Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət
İdarəsinin rəisi Elçin Məmmədov bu sahədə görülən işlərdən
və həyata keçirilən tədbirlərdən
danışdı.
Sonda 18 nömrəli Bakı Peşə
Liseyinin müəllimləri Tofiq Məmmədov,Yaqut Qəhrəmanova
və başqaları liseydə ilk
vergi tədris otağının yaradılmasına
görə Vergilər və Təhsil nazirliklərinin rəhbərliklərinə minnətdarlıqlarını
bildirdilər.
Şakir
CƏFƏROV
Azərbaycan
müəllimi.- 2012.- 28 dekabr.- S.6.