BDU-da ilin ən
yaxşı tələbələrinə diplomlar verilib
Dekabrın
26-da BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi
(THİK) tələbələr arasında tədris göstəriciləri,
nümunəvi nizam-intizamı, universitetin ictimai həyatında
fəallığı ilə fərqlənən,
yoldaşları arasında xüsusi nüfuza malik olan tələbələrin
müəyyən edilməsi məqsədi ilə təşkil
olunan "İlin ən yaxşı tələbəsi"
adlı müsabiqənin qaliblərinin
mükafatlandırılması mərasimini keçirib. Mərasimi
giriş sözü ilə açan Bakı Dövlət
Universitetinin rektoru, akademik Abel Məhərrəmov bu səpgili
müsabiqələrin keçirilməsinin əhəmiyyətindən
bəhs edib. Sonra akademik A.Məhərrəmov "İlin ən
yaxşı tələbəsi" adını
qazanmış tələbələri təbrik edib, onları
bu fəxri ada daim sadiq qalmağa və daha böyük nailiyyətlər
əldə etməyə səsləyib.
Tədbirdə
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri
Daşqın Qənbərov və Tələbə Gənclər
Təşkilatının sədri Məmmədbağır Məmmədov
da çıxış ediblər. 2012-ci ildə həyata
keçirilən tədbirlər barədə məlumat verilərək gələcəkdə həyata
keçirilməsi nəzərdə tutulan layihələrdən söz
açılıb.
Sonda
müsabiqədə qalib olmuş tələbələrə
diplomlar təqdim edilib. Tədbir bədii hissə ilə
yekunlaşıb.
Azərbaycan
müəllimi.- 2012.- 28 dekabr.- S.3.