TEMPUS-RİTSA
layihəsi çərçivəsində növbəti
təlimlər BPKİYİ-də keçirildi
Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun
beynəlxalq layihələrdə iştirakı institutun
prioritet fəaliyyət istiqamətlərindəndir.
İnstitut 2010-cu ildən ADU-nun baş koordinatorluğu ilə
TEMPUS-RİTSA layihəsində də iştirak edir. 24-25 dekabr
2012-ci il tarixlərdə Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda
adıçəkilən layihə çərçivəsində
ömürboyu təhsilə (LLL) həsr olunmuş növbəti
seminar-treninq təşkil edildi. Treninqdə Azərbaycan
Respublikası Təhsil Nazirliyinin nümayəndələri,
Azərbaycan Dillər Universiteti, Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutu,
Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət
Universiteti və Lənkəran Dövlət Universitetinin
mütəxəssisləri iştirak edirdilər.
Təlimlərin ilk günündə Azərbaycan
Dillər Universitetinin əməkdaşı Yasəf
Mürşüdov "RITSA layihəsi çərçivəsində
ADU-da ömürboyu təhsil sisteminin yenidən
strukturlaşdırılması", Naxçıvan Dövlət
Universitetinin beynəlxalq əlaqələr şöbəsinin
müdiri Qahirə Məmmədova "NDU-da ömürboyu təhsil",
Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin baş məsləhətçisi
Aysel Ağayeva "Ali təhsil müəssisələrinin
akkreditasiyası", Lənkəran Dövlət Universitetinin
ingilis dili müəllimi Asudə Abdullayeva "Xarici dillərin
tədrisində keyfiyyətə nəzarət"
mövzularında məruzələrlə
çıxış etdilər. Treninq
iştirakçıları
çıxışçılara məruzələrlə
bağlı onları maraqlandıran suallarla müraciət
etdilər, mövzular ətrafında müzakirələr
aparıldı.
Tədbirin ikinci günü ADU-nun Keyfiyyətin
təminatı şöbəsinin müdiri Aytən
Bağırova "ADU-da keyfiyyətin təminatı", Gəncə
Dövlət Universitetinin baş müəllimi Vüsal Kərimli
"Ömürboyu təhsil yolunda beynəlxalq təcrübənin
perspektivləri", Təhsil Nazirliyinin nümayəndəsi
Sevda Abbasova "Fasiləsiz təhsil", BPKİYİ-nin
xarici dillər kafedrasının müdiri Rəfiqə Əliyeva
"Ömürboyu təhsil və Azərbaycanda xarici dillərin
tədrisi" mövzularında çıxış etdilər. BPKİYİ-nin xarici dillər
kafedrasının müəllimi Əminə Axundova Strasburq
Universitetinə səfəri zamanı tərcüməçilik
sahəsində peşəkar kadrların yetişdirilməsi,
onlara ali təhsil diplomlarının verilmə formaları
haqqında təqdimat etdi. Çıxışlar zamanı
TEMPUS-RİTSA proqramı çərçivəsində
görülən işlər, aparılan islahatlar, distant təhsil,
tərcüməçilik sahəsində peşəkar
kadrların yetişdirilməsi yönündə icrası
vacib məsələlərdən bəhs edildi. Müzakirələr
zamanı həmçinin, yeni təkliflər irəli
sürülərək, proqrama daxil olan ali təhsil müəssisə
və qurumlarının informasiya və təcrübə
mübadiləsinin vacibliyi vurğulandı.
Təlimlərin yekununda BPKİYİ-nin
rektoru, professor Asəf Zamanov çıxış edərək
treninqə qatılmış ali təhsil müəssisələrinin
nümayəndələrinə və treninqin səmərəli
təşkilinə görə xarici dillər
kafedrasının müdiri Rəfiqə Əliyeva və xarici
əlaqələr şöbəsinin müdiri Sevinc Quliyevaya təşəkkürünü
bildirdi. Rektor həmçinin ADU-nun rəhbərliyinə
xüsusilə, professor Səməd Seyidova və dosent Jalə
Qəribovaya TEMPUS layihəsinin qazanılmasında göstərdikləri
səyə və uğura görə təşəkkürünü
bildirdi. Jalə xanım da öz növbəsində dəfələrlə
treninqlərin BPKİYİ-də keçirilməsinə
yaratdığı yüksək səviyyəli şəraitə
görə professor Asəf Zamanova təşəkkürünü
bildirdi və layihədə partnyor ali məktəblərin
nümayəndələrinə bu uğurlu əməkdaşlığın
davamlı olmasını arzuladı. Eyni zamanda növbəti treninqin NDU-da
keçiriləcəyini elan etdi.
Sonda rektor, professor Asəf Zamanov TEMPUS
proqramı çərçivəsində BPKİYİ-də,
eləcə də regionlarda keçirilən tədbir və
treninqlərdən bəhs edərək, bu tip tədbirlərin
əhəmiyyətini vurğuladı. Natiq həmçinin, bu
layihənin müsbət nəticələrini sadalayaraq,
keyfiyyətin təminatı sahəsində gözlə
görülə biləcək nailiyyətlərin
varlığından danışdı. Professor Asəf Zamanov həmçinin, 2013-cü
ilin sentyabr ayında sözügedən layihənin dəstəyi
ilə "Xarici dillərin tədrisində yeni tendensiyalar:
mövcud təcrübə və inkişaf
strategiyaları" mövzusunda beynəlxalq elmi konfransın
keçiriləcəyini elan etdi. O, yüksək səviyyəli
elmi konfransların keçirilməsinin əhəmiyyətindən,
bu tip tədbirlərin keçirilməsi nəticəsində
əldə edilmiş elmi nailiyyətlərdən söz
açdı.
Sevinc
QULİYEVA,
BPKİYİ-nin
Beynəlxalq əlaqələr
şöbəsinin
müdiri
Azərbaycan
müəllimi.- 2012.- 28 dekabr.- S.5.