Kitabın təqdimat mərasimi
keçirildi
Beynəlxalq
Mətbuat Mərkəzində Azərbaycan
Respublikasının Təhsil Şurasının təşəbbüsü
və təşkilatçılığı ilə
ADPU-nun pedaqoji
fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor Fərrux
Rüstəmovun 50 illik yubileyinə həsr
olunmuş "Professor
Fərrux Rüstəmov-50" adlı kitabının təqdimat
mərasimi
keçirildi. Tədbirdə alimin həyat və
yaradıcılığı haqqında geniş
məlumat verildi.
Təqdimat
mərasimində professor Əjdər Ağayev çıxış edərək qeyd etdi ki, bu kitabda tanınmış pedaqoq-alim,
ADPU-nun pedaqoji
fakültəsinin dekanı, ibtidai təhsilin
pedaqogikası kafedrasının və "Pedaqoji
təhsilin problemləri" elmi- tədqiqat
laboratoriyasının müdiri, akademik M.Mehdizadə və "Gənc alimlər"
mükafatları laureatı, pedaqoji elmlər doktoru, professor, Beynəlxalq
Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki Fərrux Rüstəmovun 50 illik ömür yolundan, elmi- pedaqoji fəaliyyətindən bəhs olunur, onun haqqında həmkarlarının,
iş yoldaşlarının, dostlarının,
əzizlərinin düşüncələri və arzuları verilib.
Kitaba həmçinin professor Fərrux Rüstəmovun həyatı
və elmi-pedaqoji fəaliyyətinin
xronologiyası və əsərlərinin
biblioqrafiyası da daxil
edilmişdir.
Professor Əjdər Ağayev onu da əlavə etdi ki, "Professor Fərrux
Rüstəmov-50" kitabının müəllifi Fərrux
Rüstəmov mükəmməl pedaqogika
tarixçisidir. O, Əhməd
Seyidov, Mehdi Mehdizadə,
Mərdan Muradxanov, Hüseyn
Əhmədov məktəbinin ənənələrini yaşadaraq və müasirlik
düşüncəsi ilə onları inkişaf
etdirərək, məzmununu, elmi əhatə
dairəsini genişləndirərək sanballı bir mövqeyə nail olmuşdur. Alimin pedaqogika tarixi üzrə
tədris kompleksini - proqram,
dərslik, dərs vəsaiti, metodik vəsaitlər
hazırlaması da praktikyönümlü
dəyərli xidmətlərindəndir.
Təqdimat
mərasimində ADPU-nun professorlarından Malik
Cəbrayılov, Əmrulla Paşayev, Oktay Sultanov və digər
çıxış edənlər də "Professor
Fərrux Rüstəmov-50" kitabında verilən müəllifin 50 illik
ömür yolundan, elmi-pedaqoji yaradıcılığından söz açaraq ona uğurlar
arzuladılar.
Şakir
CƏFƏROV
Azərbaycan
müəllimi.- 2012.- 3 fevral.- S.7.