Ali təhsil tariximizdən

 

Nərmin xanım Tahirzadənin (1921-2012) müqəddəs ruhuna bağışlayıram

 

Yazardan bir neçə söz

 

"525-ci qəzet"də mənim "Bismillah" adlı daimi rubrikam var. Orada Azərbaycanın indi adı və xidmətləri unudulmuş görkəmli kişiləri haqqında bilgilərə ilk dəfə "bismillah" deyilir. "Azərbaycan müəllimi" qəzetində də eyni məzmunlu, ancaq təhsil tariximizlə bağlı yazılarla çıxış etmək qərarına gəldim. "Azərbaycan müəllimi"ndə "Təhsil tariximiz: yeni bilgilər" adlı rubrika açmağı uyğun saydım. Beləliklə, Azərbaycan müəllimlərinin bu ali nəşr orqanında verəcəyim yazılarda ya indiyədək tanımadığımız, ya bütünlüklə unutduğumuz, ya da haqqında çox az bilgimiz olan təhsil, maarif xadimlərimizdən söz açılacaq. Başlıca olaraq arxiv bəlgələrinə dayanacaq həmin yazıların təhsil tariximizin indiyədək qaranlıq qalmış sahələrini aydınlatması başlıca hədəfimdir.

 

Azərbaycanlılar niyə "az oxuyub"?

 

Özəlliklə XX yüzilin başlanğıcından üzübəri hay-küylə gələrək mətbuatda və bədii ədəbiyyatda möhkəm oturuşan, bu günün özündə belə tez-tez üzləşdiyimiz belə düşüncələr mövcuddur:

- biz azərbaycanlılar (Azərbaycanın bütün müsəlman əhalisi) çar və sovet dönəmlərində qonşu gürcülərdən və ermənilərdən mədəniyyətcə geri qalmışıq;

- bizim ali və orta təhsillilərimiz onlarınkından müqayisəolunmaz dərəcədə azdır;

- ermənilər və gürcülər çoxlu qəzet-jurnallar nəşr etdikləri halda biz bu sahədə də həddən artıq geridəyik;

- biz savadlı mütəxəssislər yetişdirə bilmədiyimizə görə Azərbaycanın dövlət idarələrində ermənilər və başqa yad millətlər üstünlük təşkil edib və b. və s. və i.

Ən pisi odur ki, bu fikirlər irəli sürülərkən millətimizin bacarıqsızlığı təsəvvürü yaradılır, guya erməni və gürcülərin bizdən daha qabiliyyətli olduğu beyinlərə yeridilir, soydaşlarımızda özünəinam duyğusu yaralanır.

Bəli, deyilən fikirlərin hamısı fakt olaraq doğrudur, ancaq bilməliyik ki, bunun günahı BİZdə yox, BİZə qarşı yönəlmiş DÖVLƏT SİYASƏTİndə olub! Düzdür, bizdən sayca qat-qat az olan erməni və gürcülərin istər çar, istərsə sovet dönəmlərində ali təhsilli mütəxəssisləri, alimləri, dövlət qulluqçuları, mətbuat orqanları... qat-qat çox olub. Ancaq bunun təqsiri bizdəydimi? Əsla yox! Özəlliklə çar dövründə bütün MÜSƏLMANların (deməli, o sıradan bizim də) ali məktəbdə oxumasını, onların milli orta və ibtidai məktəblər yaratmasını, mətbuat orqanları açmasını... rəsmi qanunlar və gizli göstərişlər ciddi şəkildə əngəlləyirdi. Hacı Zeynalabdin Tağıyev kimi nüfuzlu bir kişinin qızının ali məktəbə götürülməməsi, bu işə yalnız general Balakişi Ərəblinskiyə görə razılıq verilməsi, Həbib bəy Mahmudbəyli və Sultanməcid Qənizadənin Bakıda rus-Türk məktəbi (ona elmi ədəbiyyatımızda daha çox "rus-tatar məktəbi" deyilir, ancaq "tatar" sözü rusca qaynaqlarda "Türk"ün qarşılığı kimi işlədildiyinə görə "rus-Türk məktəbi" ifadəsi daha doğrudur) açarkən qarşılaşdıqları məşəqqətlər, Həsən bəy Zərdabi başda olmaqla onlarca ziyalımızın mətbuat orqanları yaratmaq istərkən dövlət idarələrinin qapılarına illərcə təpik döyməsi, onların ərizələrinin inadla rədd edilməsi... tarixi gerçəklik deyilmi? Halbuki Rusiyanın XRİSTİAN əhalisi, o sıradan gürcülər və ermənilər üçün bütün qapılar taybatay açıqdı. Xüsusən Pyotrun vəsiyyətinə əsasən erməniləri Qafqazda həlledici qüvvəyə çevirməyə çalışan çarizm və kommunistlər onlar üçün ən imtiyazlı şərait yaratmışdılar.

Mən Sankt-Peterburq Mərkəzi Tarix Arxivindəki sənədlərlə tanış olarkən heyrət içində qaldım - 1870-1880-ci illər arasında o boyda Peterburq Universitetində yalnız BİR NƏFƏR müsəlman oxuyub, halbuki həmin illərdə orada təhsil alan erməni tələbələrin sayı az qala ruslarınkına bərabərdi! Başqa illərə aid göstəricilər də ürəkaçan deyil. Müsəlmanlar tələbələr sırasına qəbul edilsələr də ən müxtəlif səbəblər üzündən onlar təhsili II-III, hətta IV-V kurslardan yarımçıq qoymağa məcbur olublar/ediliblər, halbuki erməni və gürcülər əsasən sonadək oxuyaraq diplom alıblar. Belə bir durumda özümüzü suçlaya bilərikmi?

Sankt-Peterburq arxivlərində çalışarkən başımızı dik tutduracaq çox fərəhli bir hal müəyyənləşdirdim - Rusiya imperiyası üzrə təkcə Peterburq Universitetində oxuyan bütün müsəlman tələbələrin YARIDAN ÇOXU Azərbaycan Türküdür! Buna şübhəsi olan istənilən oxucuya dəqiq siyahı göstərə bilərəm.

 

Dadaş Bünyadzadənin 62 ali təhsillisi

 

Sovet dönəmində Azərbaycanın maarif komissarı/naziri olmuş Dadaş Bünyadzadə qurultayların birində təntənəli şəkildə bəyan edib: bu gün Azərbaycanda 62 nəfər ali təhsilli adam var! Azərbaycanın ali təhsil tarixindən yazanların çoxu bu rəqəmi indiyədək təkrar etməkdədir. Ən pisi də odur ki, deyilən fikir daha yanlış bir istiqamətə yönəldilib -Azərbaycanda 1920-ci ilədək guya cəmi 62 nəfər ali təhsil alıb!

Kommunist komissarların o dönəmdə Azərbaycanda güllələdikləri Xudadat bəy Rəfibəyli, Müseyib bəy Axicanov, Abuzər bəy Rzayev... kimi, terrorla aradan götürdükləri Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev... kimi, Türkiyə, İran, Avropa və Amerikaya cəlayi-vətən etdikləri Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Əbdüləli bəy Əmircanov... kimi onlarca ali təhsillimiz, əlbəttə, Dadaş Bünyadzadələrin siyahısına düşə bilməzdi! Ana dilində də, rusca da adını belə əməlli-başlı yazmağı bacarmayan təhsil naziri Bünyadzadənin təhsilə "atalıq etdiyi", acından qarnı quruldayan şalvarıcırıq, mədəniyyətsiz proletkultçuların "Doloy Nizamilər, doloy Füzulilər! Bizə Verxarnlar, Uitmenlər, Mayakovskilər lazımdır!" hayqırdığı bir dönəmdə Azərbaycanda mədəniyyət və savad deyilən şeyin olmadığı, bunu bizə yalnız 1920-nin 28 aprelindən sonra Rusiyadan gətirildiyi ən yüksək kürsülərdən və ən yüksək səslə bağırılırdı. Bu bağırtını 70 il eşitdik! Ulu Tanrıya şükürlər olsun ki, bu gün Azərbaycanımız müstəqildir və tarixi gerçəklikləri elmi şəkildə ortaya qoymağa imkanımız var.  

 

Bəs gerçəklik nə deyir?

 

Hər şeydən öncə bunu bildirmək vicdan borcumdur ki, Azərbaycanda ali təhsil tarixinin öyrənilməsində ən ciddi addımı Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix elmləri namizədi mərhum Nərmin xanım Tahirzadə (1921-2012) atıb. O, keçmiş SSRİ-nin demək olar ki, bütün paytaxt və mərkəzi şəhərlərindəki ən böyük dövlət arxivlərində uzun illər boyu çalışaraq çar dönəmində Rusiya ali məktəblərində oxumuş azərbaycanlı ali tələbələr haqqında ilk dəfə geniş bilgi toplayıb və çoxsaylı elmi məqalələrində bu haqda ətraflı danışıb. Onun yazılarının böyük qismi 2009-cu ildə Bakıda rusca nəşr edilmiş "Azərbaycan ziyalılarının tarixindən" adlı kitabında toplanıb. Çox xoşdur ki, Təhsil Nazirliyi Nərmin xanımın bütün əsərlərinin ana dilimizə çevrilərək nəşr edilməsinin vacibliyini irəli sürüb.

Nərmin xanım 1920-ci ilədək ali təhsil almış xeyli soydaşımızı müəyyənləşdirərək onlar haqqında həm tərcümeyi-hal oçerkləri, həm də ümumi icmal məqalələri (hüquqşünaslar, mühəndislər, həkimlər və b. haqqında) yazıb. Bunlardan başqa, onun hələ məqaləyə çevrilməmiş çoxlu pərakəndə qeydlərində bir çox adlar göstərilib. Aşağıda oxuculara təqdim etdiyim siyahıdakı adların böyük qismi Nərmin xanımın məqalə və qeydlərindən götürülüb.

Mənim özüm uzun illər boyunca ən müxtəlif qaynaqlardan Azərbaycanın 1920-ci ilədək ali təhsil almış övladları haqqında bilgilər toplamaqdayam. Azərbaycanın demək olar ki, bütün dövlət arxivlərində, Sankt-Peterburq və Tiflis arxivlərində şəxsən çalışaraq, Moskva, Ankara və İstanbul arxivlərindən İnternet vasitəsiylə bu mövzuyla bağlı xeyli material əldə etmişəm. İnşallah, onları da yaxın gələcəkdə "Azərbaycan müəllimi"nin oxucularına çatdırmaq niyyətindəyəm.

Aşağıda verilən siyahının bir çox yeniliyi var:

1) 1920-ci ilədək ali məktəblərdə oxumuş bu qədər (400-dən artıq!) soydaşımızın siyahısı ilk dəfə üzə çıxarılır.

2) Ali məktəbdə oxuyanların hamısının ixtisaslar üzrə dəqiq bölgüsü ilk dəfə aparılır.

3) Tələbələrin dəqiq adı, atasının adı, soyadı, doğum-ölüm illəri və təhsil tarixi ilk dəfə verilir.

Əlbəttə, bu siyahının da əyər-əskiyi olacaq, gələcək araşdırmalar bir çox əlavələr, düzəlişlər edəcək, ancaq indiki halda əldə olan maksimum bilgi burada cəmləşib.

Siyahıya diplom alanlarla (təhsili başa vuranlarla) yanaşı, ali təhsil ocağına qəbul olunaraq orada müəyyən müddət oxumuş bütün soydaşlarımız da salınıb. Onların çoxu 1920-ci ildə sağdı.

Bir məsələni də oxucuların diqqətinə çatdırmaq istəyirəm - siyahıda ali ruhani təhsil almış soydaşlarımızın adı ayrıca bölgüdə göstərilib. Çox təəssüf ki, indiyədək ali təhsil tariximizi araşdıranlar ali dini təhsilliləri gözardı edərək onları əhəmiyyətsiz sayıblar. Ancaq Hacı Seyid Əzim Şirvani kimi dövrünün başlıca dünyəvi və dini elmlərinə yiyələnmiş, Azərbaycanın təhsil sisteminə mühüm töhfələr vermiş, Sabir, Hadi, Səhhət kimi milli şairlərin formalaşmasında mühüm rolu olmuş bir şəxsi Avropa diplomu olmadığına görə ali təhsillilər siyahısından silmək gülünc deyilmi?! Bağdad, Nəcəf, Şam, Qahirə... kimi Şərq şəhərlərində ali təhsilini başa vuran başqa yurddaşlarımız da xalqımızın maariflənməsində, ictimai problemlərimizin həllində öz müsbət sözlərini demişlər. Ona görə də ali dini təhsillilərimizin də müəyyənləşdirilərək xalqa tanıdılması vacibdir.

 

Ən sonda oxuculara bir xatırlatma - siyahıdan yararlanarkən nəzərə almaq gərəkdir ki, ali məktəbin adından sonrakı rəqəm məktəbi bitirmə tarixini, mötərizə içərisində göstərilənsə təhsilin yarımçıq qaldığını, tələbənin yalnız oxuduğu illəri bildirir. Məsələn, "Peterburq Universiteti, 1910" tələbənin universiteti 1910-cu ildə bitirdiyini, "Peterburq Universiteti (1910-1914)" isə tələbənin təhsilinin hansı səbəbdənsə yarımçıq qaldığnı, onun məktəbdə yalnız 1910-1914-cü illərdə oxuduğunu göstərir.

Hörmətli oxucuların bu yazıdakı fikirlərlə və siyahı ilə bağlı düşüncələrini bildirməsini arzu edərdim. 

 

Azərbaycanda 1920-ci ilədək ali təhsilli mütəxəssislər

 

Mühəndislər

 

1. Abdullabəyov Mirzə İbrahim - ali texniki təhsilli (1900-cü ilədək)

2. Abdullayev Əsədullah Hacıbala oğlu (1885-1961) - Peterburq Mülki Mühəndislər İnstitutu, 1914

3. Axundov Ağa Əbdülxalıq oğlu (1882-1949) - Kiyev Politexnik İnstitutu, 1905; Lyej Universiteti (Belçika), 1908

4. Axundov Hacıbaba bəy Molla Məhəmməd oğlu (1884-1919) - Kiyev Politexnik İnstitutu, 1907

5. Axundov Rəhim bəy Mustafa oğlu - Moskva Universiteti (oxuyub)

6. Axundov (Sultan)mahmud bəy Heydər bəy oğlu (1890-1934) - Kiyev Politexnik İnstitutu, 1911

7. Axundzadə/Axundov Rəşid bəy Mirzə Fətəli oğlu (1854-1909) - Brüsseldə oxuyub (1874-1882), Peterburq Yol Mühəndisləri İnstitutu, 1884

8. Aşurov Ağa Hacı Aslan oğlu (1880-1936) - Drezden və Darmştadt (Almaniya), elektrik mühəndisi, 1905-ci ilədək

9. Atamalıbəyov Abbas bəy Seyfulla bəy oğlu (1896-1971) - Peterburq Politexnik İnstitutu, 1914 (oxuyub)

10. Bağırov Haman (1873-1918) - ali təhsilli mühəndis

11. Bakıxanov Balaxan - Almaniyada toxuculuq üzrə ali təhsil alıb (1900-cü illər)

12. Behbudov Lütfəli bəy Rəhim bəy oğlu (1879-1918) - Peterburq Texnologiya İnstitutu, 1903

13. Bəylərbəyov Ələsgər bəy Rəhim bəy oğlu (1883-1949) - Varşava Politexnik İnstitutu (oxuyub), Moskva Texniki Məktəbi, 1912

14. Cavanşir Behbud xan Azad xan oğlu (1886-1921) Frayberq Dağ-Mədən Akademiyası (Almaniya), 1912

15. Əfəndiyev Əbdülqədir Molla Şüeyb oğlu (1877-?) - Peterburq Mülki Mühəndislər İnstitutu, 1906

16. Əfəndiyev Məhəmmədəmin Molla Mustafa oğlu (1897-?) - Peterburq Universiteti, 1917 (1-ci kurs)

17. Əfəndiyev Rəhim - ali texniki təhsilli (1900-cü ilədək)

18. Əhmədbəyov Zivər bəy Gəray bəy oğlu (1873-1925) - Peterburq Mülki Mühəndislər İnstitutu, 1902

19. Əliverdibəyov Ağalar bəy Əliəkbər bəy oğlu (1872-1953) - Varşava Politexnik İnstitutu, Peterburq Yol Mühəndisləri İnstitutu (oxuyub)

20. Əliyev Niyaz (?-1972-dən sonra) - Almaniya, avtomobil mühəndisi

21. Əlizadə Ağacavad Nəsrulla oğlu (Ağacavad Baykal) - Darmştadt (Almaniya)

22. Əlizadə (Əliyev) İbad(ulla) Ağaməli oğlu (1879-1938) - Riqa Politexnik İnstitutu, 1909

23. Əminov Ağa Məşədi Ağakərim oğlu (1888-1922) - Peterburq Politexnik İnstitutu, 1916

24. Əzizbəyov Məşədi Əziz bəy oğlu (1876-1918) - Peterburq Texnologiya İnstitutu, 1908

25. Hacıqasımov Musa bəy (1886-1935) - Peterburq Mülki İnşaat Mühəndisləri İnstitutu, 1918

26. Hacınski Ənuşirvan - Kotbus (Almaniya)

27. Hacınski Məhəmmədhəsən Cəfərqulu oğlu (1875-1931) - Peterburq Texnologiya İnstitutu, 1902

28. Hacıyev Tağı - ali texniki təhsilli (1910-cu ilədək)

29. Haqverdiyev Əbdürrəhim bəy Əsəd bəy oğlu (1870-1933) - Peterburq Yol Mühəndisləri İnstitutu, eyni zamanda Peterburq Universiteti, 1899

30. Heydərov İbrahim bəy İsa bəy oğlu (1879-1949) - Peterburq Yol Mühəndisləri İnstitutu, 1907

31. Heydərov Ömər bəy İsa bəy oğlu (1884-1973) - Peterburq Mülki Mühəndislər İnstitutu, 1915

32. Həmzəyev Xalid - Peterburq Universiteti, 1912 (oxuyub)

33. Həmzəyev Dadaş Hacıbaba oğlu - Peterburq Politexnik İnstitutu, 1910 (oxuyub)

34. Həyatov Cavad bəy Məşədi Əhməd oğlu (1874-1942) - Peterburq Texnologiya İnstitutu, 1913

35. Həyatov Məşədi Hüseyn Məşədi Əhməd oğlu (1871-1925) - Peterburq Texnologiya İnstitutu (oxuyub), Peterburq Dağ İnstitutu (bitirib)

36. Hüseynov Sadıq Cavad oğlu (1883-1952) - Darmştadt (Almaniya) Ali Texniki Məktəbi, 1910

37. Xanlarov Ağalar bəy (1866-1934) - Riqa Politexnik İnstitutu (bitirib)

38. Xanlarov Mövsüm bəy Məhəmməd bəy oğlu (1857-1921) - Strasburq Universiteti, 1882

39. İsmayılov Mehdi Ağacəfər oğlu (1888-1951) - Moskva Kommersiya İnstitutu, 1917 (?)

40. Kərimov Abbas Qurbanqulu oğlu (1890-1954) - Moskva, ali təhsilli (1900-cü illər)

41. Kərimov Abbasəli Hacı Balakərim oğlu (1879-19??) - Peterburq Texnologiya İnstitutu, 1912

42. Qacar Şahqulu Mirzə Bəhmən Mirzə oğlu - Peterburq Dağ-Mədən Mühəndisləri İnstitutu, 1898

43. Qasımov Muxtar Heybət oğlu - Varşava Politexnik İnstitutu, 1915

44. Qayıbov Nadir bəy Hüseyn əfəndi oğlu (1874-?) - Peterburq Yol Mühəndisləri İnstitutu, 1894 (oxuyub)

45. Qazıyev Teymur - Kiyev Politexnik İnstitutu

46. Qəzənfərov Həsən - Peterburq Yol Mühəndisləri İnstitutu, 1885

47. Ləmbəranski İsmayıl bəy Əbdüləziz oğlu (1882-1947) - Peterburq Texnologiya İnstitutu, 1915

48. Mahmudbəyov Ağalar bəy (1884-1938) - Darmştadt (Almaniya) Ali Texniki Məktəbi, 1908

49. Mahmudbəyov Bəylər bəy - Peterburq Politexnik İnstitutu, 1909 (?)

50. Mehmandarov İsaq bəy Sadıq bəy oğlu (1857-1916) - Peterburq Yol Mühəndisləri İnstitutu, 1884

51. Mehmandarov Teymur bəy Abbas (Ağa) bəy oğlu (1871-?) - Peterburq Texnologiya İnstitutu, 1898

52. Məhəmmədbəyov Mahmud bəy Hacı Əli bəy oğlu (1885-11.9.1931) - SPb. Elektrotexnika İnstitutu,  1914

53. Məhəmmədbəyov (Cavanşir) Yusif xan Məhəmmədəli xan oğlu (1866-1934) - Peterburq Universiteti, Peterburq Yol Mühəndisləri İnstitutu (bitirib)

54. Məlikaslanov Xudadat bəy Ağa bəy oğlu (1879-1935) - Peterburq Yol Mühəndisləri İnstitutu, 1904

55. Məlikaslanov Teymur bəy Ağa bəy oğlu (1889-1974) - Peterburq Yol Mühəndisləri İnstitutu, 1918

56. Məlikov Midhət bəy Həsən bəy Zərdabi oğlu (1879-1937) - Köln (Almaniya) Böyük Hersoq Politexnik İnstitutu, 1901

57. Mirzəyev Mirzə Lətif Mirzə Həsən oğlu (1879-1940) - Peterburq Yol Mühəndisləri İnstitutu, 1908

58. Mustafabəyov Bala bəy - Leypsiq (Almaniya)

59. Mustafabəyov Məşədi Ağa bəy İrza bəy oğlu (1874-1916) - Peterburq Texnologiya İnstitutu, 1901

60. Rəhimli Rəsul (1891-1958) - Almaniyada texniki ali təhsil alıb

61. Rüstəmbəyov Baxış bəy Əsəd bəy oğlu (1870-1942) - Peterburq Texnologiya İnstitutu, 1899

62. Rüstəmbəyov Əsəd bəy İsgəndər bəy oğlu (1878-?) - Peterburq Texnologiya İnstitutu, 1903

63. Rüstəmbəyov Fətulla bəy Əsəd bəy oğlu (1867-1946) - Peterburq Texnologiya İnstitutu, 1893

64. Rüstəmbəyov Şahbaz bəy Əsəd bəy oğlu (1881-1954) - Peterburq Texnologiya İnstitutu, 1909

65. (İr)zayev Abuzər bəy Əsgər bəy oğlu (1876-1920) - Moskva Texniki Məktəbi, 1899

66. (İ)rzayev (İ)rza bəy - ali texniki təhsilli (1910-cu ilədək)

67. Sultanov Çingiz İldırım oğlu (Çingiz İldırım) (1890-1937) - Peterburq Politexnik İnstitutu, 1916

68. Sultanov Fətəli bəy Nəcəfqulu bəy oğlu (1845-1904-dən sonra) - Peterburq Yol Mühəndisləri İnstitutu, 1870

69. Sultanov Həmid Həsən oğlu (1889-1938) - Leypsiq Politexnik İnstitutu, 1913

70. Sultanov Rüstəm bəy Paşa bəy oğlu (1875- 1941) - Peterburq Texnologiya İnstitutu, 1897

71. Şeyxülislamzadə Əkbər ağa İbrahim ağa oğlu (1891-1961) - Peterburq Yol Mühəndisləri İnstitutu, 1917

72. Talışxanov Hüseyn bəy Mirəli xan oğlu (1868-1920) - Peterburq Texnologiya İnstitutu, 1897

73. Tarıverdiyev Hidayət - Kiyev Politexnik İnstitutu, 1912-ci ilədək

74. Verdiyev Əli Səməd oğlu (1891-1957) - Paris Politexnik İnstitutu, 1914

75. Vəkilov Faris bəy İbrahim ağa oğlu (1886-1983) - Peterburq Texnologiya İnstitutu, 1915

76. Vəkilov Səməd ağa Əhməd ağa oğlu (1871-1943) - Peterburq Universiteti, Peterburq Yol Mühəndisləri İnstitutu, 1899

77. Vəzirov Cəmil bəy İsmayıl bəy oğlu (1886-1943) - Kiyev Politexnik İnstitutu, 1917 (III kurs)

78. Vəzirov Fərrux bəy Həmid bəy oğlu (1861-1920) - Peterburq Dağ-Mədən İnstitutu, 1886

79. Yusifxanov Məhəmməd(rza) Mirzə Əli oğlu - Lyej Universiteti (Belçika), 1910

 

 İqtisadçılar

 

80. Cəfəroğlu Əhməd (1889-1975, İstanbul) - Kiyev Kommersiya İnstitutu (1916-1918)

81. Cəfərov Tağı - Berlin Universitetinin iqtisad fakültəsi, 1913

82. Əlizadə Zeynal Hacıağa oğlu (1895-1937) - Moskva Kommersiya İnstitutu (1916-18); ali təhsilini İtaliyada başa vurub

83. Hacınski Camo bəy Süleyman bəy oğlu (1888-1942) - Peterburq Universiteti, 1914

84. Hüseynov Mirzə Davud Bağır oğlu (1894-1938) - Moskva Kommersiya İnstitutu, 1917

85. Qayıbov Cahangir Hüseyn oğlu (1882-1942) - Moskva Lazarev İnstitutu, 1909

86. Qazıyev Teymur bəy (?-?, Türkiyə)

87. İbrahimov Nadir Bağır oğlu (1895-1938) - Moskvada ali təhsil alıb

88. İsmayılov Mehdi bəy Ağasəf oğlu (1888-1951) - Moskva Kommersiya İnstitutu, 1917

89. Kərimov Həbib (1883-?) - Leypsiq (Almaniya) İqtisad İnstitutu (bitirib)

90. (Mir)mehdiyev (Mir)yaqub Mir(əbdül)əziz oğlu (1891-1952) - Peterburq Politexnik İnstitutu, 1915

91. Məhəmmədov Abdulla Məşədi Hüseyn oğlu (1896-?) - Peterburq ali kommersiya kursları, 1910

92. Məhərrəmov Məhəmməd bəy Hacı Bayram oğlu  (1896-1982) - Peterburq Politexnik İnstitutu, oxuyub (1915)

93. Məlikov Məhəmmədhəsən - Peterburq Universiteti, oxuyub (1911)

94. Mirbağırov Mirhüseyn Hacı Mircəfər ağa oğlu (1896-1970) - Moskva Kommersiya İnstitutu

95. Mirzəcamalov Hüseyn bəy Məhəmmədrəfi bəy oğlu (Hüseyn Camal Yanar) (1884-1974) - Kiyev Universiteti, 1910

96. Mustafabəyov (Şirvani) Əliheydər bəy İbad bəy oğlu (1894-?) - Moskva Kommersiya İnstitutu, 1913

97. Mustafabəyov Mabud bəy - Odessa 3-illik mühasiblik kursları, 1908

98. Sadıqov Ağasəlim Nəcəfqulu oğlu - Strasburq Universiteti (1912-də oxuyurdu)

99. Səfərəliyev Tağı bəy Hacı Hüseynqulu bəy oğlu (1877-1934) - Riqa Politexnik İnstitutu

100. Səlimov Mirzəmüseyib (?-1975) - Moskva Kommersiya İnstitutu, 1914

101. Sultanov Əliəşrəf - Moskva Kommersiya İnstitutu, 1912-ci ildən sonra

102. Şabanov Rza Xəlil oğlu (Rza Həqqi)

103. Şərifzadə Əziz Qurbanəli oğlu (Əziz Şərif) (1895-1989) - Moskva Kommersiya İnstitutu (1915-17)

104. Tağıyev Bağır Səməd oğlu (1890-1976) - Moskva Kommersiya İnstitutu, 1917

105. Tağıyev Zeynalabdin Sadıq oğlu (1893-1940) - Peterburq Politexnik İnstitutu, 1915

 

Hüquqşünaslar

 

106. Ağabababəyov-Muğanlinski Abbasəli bəy Ağababa bəy oğlu (1861-1961) - Peterburq Universiteti

107. Ağabababəyov Əsəd bəy Hüseyn bəy oğlu (1891-19??) - Moskva Universiteti, 1916

108. Ağabəyov (İ)rza bəy Həzrət bəy oğlu (1894-1961) - Moskva Universiteti, bitirib

109. Ağayev İsmayıl Hüseynqulu oğlu (1885-1943) - Moskva Universiteti, 1916

110. Adıgözəlov Baxşəli bəy İsgəndər ağa oğlu (18??-1960) - Peterburq Universiteti

111. Adığozəlov İmamverdi bəy İsgəndər bəy oğlu (1889-1937?) - Peterburq Universiteti, 1916

112. Axicanov Müseyib bəy Qəhrəman bəy oğlu (1892-1920) - Kiyev Universiteti, bitirib

113. Axundov Əsədulla (1885-1939) - Kiyev Universiteti, 1914

114. Axundov Fətəli (1883-1939) - Peterburq, Xarkov universitetləri, 1902

115. Axundov İsgəndər bəy Mirzə Əbdülhüseyn oğlu (1862-1933) - Krakov Yagilon Universiteti (Polşa), 1890

116. Axundov İsmayıl Molla Abbas oğlu (1844-təx. 1900) - Peterburq Universiteti, 1869

117. Axundov Rüstəm (1874-1937) - Xarkov Universiteti, 1905

118. Axundzadə Rəşid bəy Axund Əbdüssalam oğlu (1879-1940) - Kiyev Universiteti, 1912

119. Aslanov Nurulla - 1912-ci ilədək

120. Cəfərov Qasım (Əbdülqasım) bəy Cəfər bəy oğlu (1887-1952) - Paris (1910-11); Peterburq Politexnik İnstitutu, 1915; Peterburq Universiteti, 1916 (ekstern)

121. Cəfərov Məhəmmədyusif Hacıbaba oğlu (1885-1938) - Moskva Universiteti, 1912

122. Dadaşov Abbas (1885-?) - Xarkov Universiteti, 1908

123. Əfəndizadə Səməd əfəndi - Peterburq Universiteti (?), 1907

124. Əlibəyov Mustafa bəy Mirzə Cabbar bəy oğlu (1868-1943)

125. Əlibəyov Sabir bəy Ağasəlim bəy oğlu (1886-1966) - Peterburq Universiteti, 1912; Qazan, 1913

126. Əliyev Əkbər Hüseyn oğlu - Moskva Universiteti, 1918-ci ilədək

127. Əliyev İbrahim Mahmud oğlu (1890-1938) - Moskva Universiteti

128. Əminov Mustafa bəy Əli ağa oğlu (1877-1907) - Peterburq Universiteti, 1902

129. Əmiraslanov Mustafa Hacıbala oğlu

130. Əmircanov Əbdüləli bəy Şirəli bəy oğlu (1874-1948) - Tiflis Müəllimlər İnstitutu, 1890; Moskva Universiteti, 1899

131. Əmircanov Həşim bəy Şirəli bəy oğlu (1879-1918) - Peterburq Universiteti, 1908 

132. Əmirov Azad bəy Abbas bəy oğlu (1889-1939) - Novorossiysk, Moskva universitetləri, 1915

133. Fiqarov Hacı Həsən Hacı Əlimərdan oğlu (1890-?) - Peterburq Universiteti, 1915 (I kurs)

134. Hacıbəyli Ceyhun bəy Əbdülhüseyn bəy oğlu (1891-1962) - Peterburq, Varşava, Paris (Sorbon), 1915

135. Hacıbəylinski İslam bəy Abbasqulu bəy oğlu (1887-?) - Peterburq Universiteti, 1912; Qazan Universiteti, 1913

136. Hacıqasımov Yusif ağa Mahmud ağa oğlu (1888-1940-dan sonra) - Moskva, 1916

137. Hacınski Sadıq bəy İsa bəy oğlu (1887-1929, Paris) - Peterburq Universiteti, 1913; Qazan, 1916

138. Hacıyev İsgəndər Kərbəlayı İsrafil oğlu (1896-?) - Peterburq Universiteti (1913-14)

139. Heydərov Osman bəy İsa bəy oğlu (1888-1917) - Peterburq Universiteti (oxuyub)

140. Həmzəyev Cahangir - Kiyev Universiteti

141. Xasməhəmmədov Ələkbər bəy Hacıbaba bəy oğlu (?-1925) - Moskva Universiteti, 1893

142. Xasməhəmmədov Ələsgər bəy Hacıbaba bəy oğlu (?-19??) - Moskva Universiteti, 1892

143. Xasməhəmmədov Xəlil bəy Hacıbaba bəy oğlu (1875-1947) - Moskva Universiteti, 1896

144. Xoyski Rüstəm xan İsgəndər xan oğlu (1888-1948) - Peterburq Universiteti, 1913

145. Xoyski Fətəli xan İsgəndər xan oğlu (1875-1920) - Moskva Universiteti, 1897

146. İsmayıl Hüseynqulu oğlu (1885-1943) - Moskva Universiteti, 1916

147. İsrafilov Əbumüslüm bəy Mirzə Cəbrayıl bəy oğlu (1885-?) - Peterburq Universiteti, 1911 (oxuyub)

148. Kazımbəyov Bəhlul - Xarkov Universiteti, 1908

149. Kəngərlinski Əsəd bəy

150. Qacar Şəmsəddin (Şəmsi) Mirzə (1894-1979) - Peterburq Hüquqşünaslıq İnstitutu

151. Qaragözov İsgəndər bəy

152. Qasımov Qasım Hacı Mahmud oğlu (1889-1956, Almaniya) - Paris (Sorbon); Peterburq Universiteti, 1911

153. Qayıbov Mirzə Məhəmməd Qulu oğlu (1818-1879)

154. Qazıyev Əkbər bəy Hüseyn bəy oğlu (1894-1954) - Moskva Universiteti, 1918

155. Qazıyev Paşa bəy İsmayıl bəy oğlu (1885-1939) - Moskva Universiteti

156. Qazıyev Yusif - Moskva və Xarkov universitetləri, 1912-ci ilədək

157. Qədimbəyov Ələsgər - Novorossiysk Universiteti, 1887

158. Qədimbəyov Hüseyn

159. Makinski Abbas(əli) bəy Bəhram bəy oğlu - Peterburq Universitetində oxuyub (1908)

160. Makinski Teymur bəy Məhəmmədqulu bəy oğlu (1874-19??) - Varşava Universiteti, 1916

161. Makinski Zülfüqar bəy Məhəmmədqulu bəy oğlu (1885-19..) - Peterburq Universiteti, 1911

162. Məhəmmədbəyov Moğbil - Moskva Universiteti, 1896 (?)

163. Mirbabayev Miryusif Hacı Mirabbas oğlu (1889-1951) - Moskva Universiteti, 1916

164. Mirzə İbrahim xan - Peterburq Universiteti, 1910

165. Mustafayev Qara - Moskva Universiteti

166. Nərimanbəyli Nəriman bəy Haşım bəy oğlu (1889-1937) - Moskva Universiteti (1908-11); Xarkov Universiteti, 1915

167. Paşabəyov Hüseyn bəy Əbdürrəhman bəy oğlu (1892-1972) - Moskva Universiteti, 1915

168. Pepinov Əhmədcövdət bəy Ömər bəy oğlu (1893-1938) - Moskva Universiteti, 1918

169. Poladxanov Paşa bəy Ağabala bəy oğlu (18..-193.) - Moskva Universiteti, 1913

170. Rəfibəyov İsgəndər bəy Hadı bəy oğlu (1881-1909) - Xarkov Universiteti, 1903

171. Rəfibəyov Məhəmməd bəy (1881-1953) - Peterburq, Novorossiysk; 1921

172. Rüstəmbəyov Şəfi bəy Mustafa bəy oğlu (1893-1960) - Kiyev Universiteti, 1916

173. R(i)zayev Məhəmmədbağır Kərbəlayı Ələsgər oğlu (1893-?) - Moskva Universiteti, 1912 (I kurs)

174. Seyidzadə Mirhidayət ağa Miradil ağa oğlu (1887-1919) - Qazan Universiteti (1906-1910)

175. Səfərəlibəyov Şirin bəy Hüseyn bəy oğlu - Kiyev

176. Səfikürdski Aslan bəy Ağalar bəy oğlu (1881-1937) - Peterburq, Xarkov; 1905

177. Səfikürdski Nəsrəddin bəy Ağalar bəy oğlu (1884-1920) - Peterburq, 1910

178. Səfiyev Cəlil bəy Ağa bəy oğlu (1880-?) - Moskva Universiteti, 1904 

179. Səyyah Həmid (1887-?) - Moskva Universiteti, 1913

180. Sultanov-Kəngərli Cümşüd bəy İsmayıl ağa oğlu (1845-1902) - Novorossiysk Universiteti, 1874

181. Sultanov Eynəli bəy Şölbəyi bəy oğlu (1863-1935) - Novorossiysk Universiteti, 1913

182. Sultanov Əkbər - 1912-ci ilədək

183. Sultanov Paşa (Əlipaşa) bəy Hacı Ələkbər bəy oğlu (1868-1942) - Novorossiysk Universiteti, 1891

184. Sultanov  Əsgər - 1912-ci ilədək

185. Sultanov Hidayət bəy Eynəli bəy oğlu (1884-1938) - Novorossiysk Universiteti, 1912

186. Sultanov Hidayət bəy Salah bəy oğlu (1876-1962) - Moskva Universiteti, 1900

187. Sultanov İsmayıl bəy Mehdi bəy oğlu (1877-?) - Peterburq Universiteti, 1917

188. Sultanov Mahmud bəy Salah bəy oğlu - Moskva Universiteti, 1917

189. Sultanov Musa (Müseyib) - Novorossiysk Universiteti

190. Sultanov Nadir(şah) Abbasəli bəy oğlu (1889-?) - Moskva Universiteti, 1913

191. Sultanov Zülfüqar bəy Nəzər bəy oğlu (1894-?) - Peterburq Universiteti, 1915 (I kurs)

192. Şahmalıyev Əli bəy Fətəli bəy oğlu (1881-?) - Novorossiysk Universiteti, 1907

193. Şahmalıyev İsmayıl bəy Nəsrullah bəy oğlu (1879-1938) - Novorossiysk Universiteti, 1910

194. Şahmalıyev Məhyəddin bəy Fətəli bəy oğlu (1879-19??) - Novorossiysk Universiteti, 1912

195. Şahmalıyev Məhəmməd bəy Nəsrullah bəy oğlu (1864-19??) - Novorossiysk Universiteti, 1892

196. Şahsuvarov Nurməhəmməd bəy Adilxan oğlu (1883-1958) - Kiyev Universiteti, 1915

197. Şahtaxtinski Həmid ağa Xəlil ağa oğlu (1880-1943) - Novorossiysk Universiteti, 1912

198. Şahtaxtinski Heydər bəy Heydər bəy oğlu (1889-19??) - Moskva Universiteti, 1915

199. Şeyxov Fərəcullah - Moskva Universiteti, 1896

200. Şeyxzamanov İsgəndər - 1915-ci ilədək

201. Şıxəlibəyov Asəf bəy Nurəli bəy oğlu (1886-?) - Xarkov Universiteti, 1912

202. Şıxlinski Mamay bəy (1878-1939) - Peterburq Universiteti, Moskva Universiteti, 1914

203. Tağıyev Zeynalabdin Sadıq oğlu (1893-1940) - Peterburq Universiteti, 1916

204. Tahirov Nəsir bəy Mirzə Həsən bəy oğlu (1864-?) - Peterburq Universiteti, 1890

205. Tahirov Rəhim İbad oğlu (1886-?) - Xarkov Universiteti, 1906

206. Tarıverdiyev Süleyman - Peterburq Universiteti, 1912

207. Təkinski Məhəmməd xan (1880-1938) - Novorossiysk Universiteti, 1909

208. Topçubaşov Əlimərdan bəy Əliəkbər bəy oğlu (1863-1934) - Peterburq Universiteti, 1888

209. Vəkilov Mustafa ağa Nadir ağa oğlu (1890-1965) - Moskva Universiteti, 1917

210. Vəlibəyov Bahadır Qasım oğlu (1894-1940) - Kiyev Universiteti (1912-14)

211. Vəzirov Miryusif Mirbaba oğlu (Yusif Vəzir Çəmənzəminli) (1887-1943) - Kiyev Universiteti, 1915

212. Yusifbəyli Nəsib bəy Yusif bəy oğlu (5.7.1881-1920) - Novorossiysk Universiteti, 1907

213. Ziyadxanov Adil xan Əbülfət xan oğlu (1877-1955) - Moskva Universiteti, 1902

214. Ziyadxanov İsmayıl xan Əbülfət xan oğlu (1867-1920) - Moskva Universiteti, 1893

215. Zülqədərov Əli bəy Allahyar bəy oğlu (1884-?) - Novorossiysk Universiteti, 1903

 

Həkimlər

 

216. Abbasov Mirzə Əli Abbas oğlu (1886-1957) - Kiyev Universiteti, 1917

217. Adıgözəlbəyov Surxay bəy Kərim bəy oğlu (1885-1938) - Qazan, diş həkimi

218. Ağaəlizadə Hacı Fətulla - Qazan Universiteti, 1919-cu ilədək

219. Ağahüseynov Yaqub Rəhim oğlu (?-1971) - Kiyev Universiteti, 1912

220. Ağakişibəyov Fərrux bəy Əlikişi bəy oğlu (1879-1956) - Novorossiysk Universiteti, 1915

221. Ağayev Cahangir - Kiyev Universiteti

222. Ağayev Həsən bəy Məşədi Hüseyn oğlu (1875-1920) - Moskva Universiteti, 1901

223. Ağayev Şükür Hacı Cəfərqulu oğlu (1887-1961) - Qazan Universiteti, 1917

224. Axundov Aslan bəy İsgəndər bəy oğlu (1893-1957) - Tartu (Derpt) Universiteti (Estoniya)

225. Axundov Bəhram bəy Mirzə Cəfərqulu bəy oğlu (1872-1932) - Lill Universiteti (Fransa), 1901; Xarkov Universiteti, 1904

226. Axundov Bəşir Salah oğlu (1882-1926) - Xarkov Universiteti, 1912

227. Axundov Əbdülxalıq Hacı Abdulla oğlu (1863-1950) - Erlangen Universiteti (Almaniya), 1888

228. Axundov Hüseyn Molla Abbas oğlu (1847-?) - Peterburq Tibbi-Cərrahiyyə Akademiyası, 1876

229. Axundov Mirqiyam (1885-?) - Xarkov Universiteti, 1911

230. Axundova Xeyransa - Moskva Ali Qadın Tibb Kursları

231. Allahverdiyev Əliheydər Nəcəfqulu oğlu (1889-1972) - Kiyev Universiteti, 1916

232. Aslanov Əmir bəy Zəkəriyyə bəy oğlu (1892-1941) - Kiyev Universiteti, 1916

233. Babaxanov (Babayev) Baba Əsəd oğlu (1884-?) - Xarkov Universiteti, 1906

234. Bayraməlibəyov Şirəli Ağababa oğlu (1884-1933) - Kiyev Universiteti, 1917 (?)

235. Cavadov Əliheydər (1885-192?) - Xarkov Universiteti, 1912

236. Cəfərov İlyas Məhəmmədhüseyn oğlu (1885-?) - Xarkov Universiteti, 1912

237. Cəfərov Məhəmməd Cəfər oğlu (1882-?) - Xarkov Universiteti, 1906

238. Cəfərov Məhəmmədsadıq Kərbəlayı Ağa oğlu - Kiyev Universiteti, 1911

239. Cuvarlı Mehdi bəy Nəcəf bəy oğlu (1875-1922) - Yuryev (Derpt) Universiteti, 1907

240. Əfəndiyev Mahmud bəy

241. Əfəndiyev Məhəd bəy Əli əfəndi oğlu (1879-?) - Xarkov Universiteti, 1902

242. Əfəndiyev Məhəmməd İsmayıl oğlu - Qazan Universiteti

243. Əfəndiyev Sultanməcid (1887-1938) - Qazan Universiteti, 1915

244. Əlibəyov Əli bəy Qulu bəy oğlu (1878-1964) - Kiyev Universiteti, 1916

245. Əlibəyov İsa bəy Bala bəy oğlu (1887-1945) - Qazan Universiteti, 1916

246. Əlibəyova Xədicə Mustafa bəy qızı (1894-1958) - Tiflis, Olqa Mamalıq İnstitutu, 1907

247. Əliverdibəyov Bahadur bəy Kərbəlayı Əliəkbər bəy oğlu (1883-1953) - Xarkov Universiteti, 1912

248. Əliyev Əlimuxtar Ağakişi oğlu (1884-1954) - Kiyev Universiteti, 1914

249. Əliyev Rüstəm (1893-1932) - Kiyev, 1917

250. Əsgərov Abbas Əsgər oğlu (1887-1956) - Kiyev, 1914

251. Hacıqasımov Mustafa Mahmud oğlu (1883-1967) - Xarkov Universiteti, 1910

252. Hacıyev Məhəmməd Cəbrayıl oğlu (1895-1955) - Novorossiysk Universiteti, 1916

253. Həsənbəyov Bahadur Əliəkbər oğlu (1879-1938) - Xarkov Universiteti, 1910 (?)

254. Hüseynbəyov Fərrux bəy Məhərrəm bəy oğlu (1876-1913) - Xarkov Universiteti, 1906

255. Hüseynov Ağa

256. Hüseynov Məhərrəm

257. Hüseynov Mirzə Abbas bəy Hacı oğlu - 1887-ci ilədək

258. Hüseynzadə (Turan) Əli bəy Molla Hüseyn oğlu (1864-1941) - İstanbul, Məktəbi-Tibbiyyeyi-Əsgəriyyə, 1895

259. İbrahimbəyov İsfəndiyar - Xarkov Universiteti, 1916

260. İbrahimov İbrahim

261. İldırım Cabbar İldırım oğlu (1884-1968) - Peterburq Tibbi-Cərrahiyyə Akademiyası, 1912

262. İsrafilbəyov (Qədirli) Möhsün Nəcməddin oğlu (1892-1941) - Kiyev Universiteti, 1917

263. Kazım bəy Mirzə Aleksey Əbdüssəttar oğlu (1859-1919) - Qazan Universiteti, 1883

264. Kazımov Ağahüseyn Kərbəlayı Ələsgər oğlu (1882-1937) - Kiyev Universiteti, 1917

265. Kərbəlayev Hüsən İsrafil oğlu (1897-1942) - Xarkov Universiteti, 1917

266. Kərimov Məhəmmədəli - Qazan Universiteti, 1916

267. Kəsəmənli Həsən bəy Hacı Əliş bəy oğlu (1886-?) - Xarkov Universiteti, 1916-cı ilədək

268. Qarabəyov Qara bəy İsmayıl bəy oğlu (1874-1953) - Moskva, Derpt, 1898

269. Qarayev Əbülfəz Fərəc oğlu (1884-1952) - Novorossiysk Universiteti, 1912

270. Qayıbov Bahadur Hüseyn əfəndi oğlu (1818-1949) - Xarkov Universiteti, 1903

271. Qayıbov Əli İsmayıl oğlu (1889-1960) - Xarkov Universiteti, 1916

272. Qayıbov İlyas (1892-1940) - Kiyev Universiteti, 1917

273. Qayıbov Məhəmməd ağa Məhəmmədkərim oğlu (1883-1957) - Novorossiysk Universiteti, 1909

274. Qədimbəyov Əziz bəy Əziz bəy oğlu (1879-?) - Novorossiysk Universiteti, 1908

275. Qədimov Əliabbas Əli oğlu (1887-1937) - Qazan Universiteti (1906-07), İstanbul Universiteti, 1916

276. Qəniyev Məhəmmədtağı Yusif oğlu (1887-?) - Xarkov Universiteti, 1914-cü ilədək

277. Qiyasbəyov Mehdi (1881-?) - Xarkov Universiteti, 1902

278. Qurbanov Əliəkbər Qurban oğlu - Qazan Universiteti, 1914

279. Ləli Mirzə Əli xan Mirzəağa oğlu (1845-1907) - İstanbul Universiteti

280. Ləmbəranski Cəmil bəy Nəsir bəy oğlu (1884-1959) - Kiyev Universiteti, 1913

281. Mahmudbəyov Lətif bəy Əsəd bəy oğlu (1894-1972) - Kiyev Universiteti, 1918

282. Mehdizadə Mirzə Abbasqulu Molla Əliabbas oğlu  (Abbas Səhhət) (1874-1918) - Tehran, Mədrəseyi-Nizamiyyeyi-Nasiriyyə, 1900

283. Mehmandarov Əbdülkərim (Kərim) bəy Mustafa bəy oğlu (1854-1929) - Peterburq Tibbi-Cərrahiyyə Akademiyası, 1877

284. Mehmandarov İbrahim bəy Sadıq bəy oğlu (1856-1934) - Peterburq Tibbi-Cərrahiyyə Akademiyası, 1879

285. Mehmandarov Səməd bəy Sadıq bəy oğlu (1855-1931) - Peterburq Ali Topçuluq Məktəbi, 1875

286. Mirbabayev Mirhəsən Hacı Mirabbas oğlu (1960) - Moskva Universiteti, 1916

287. Mirqasımov Mirəsədulla Mirələsgər oğlu (1883-1958) - Novorossiysk Universiteti, 1913

288. Mirtağıyev Mirmövsüm - Kiyev Universiteti, 1912-ci ilədək

289. Muğanlinski Canbaxış bəy Əlinağı bəy oğlu (18??-1942) - Varşavada tibb fak. bitirib, 1910-dan qabaq

290. Musabəyov Qəzənfər Mahmud oğlu (1888-1938) - Kiyev Universiteti, 1917

291. Nağıyev Ənnağı (?-1960-70, Gəncə) - Kiyev Universiteti

292. Nərimanov Nəriman Nəcəf oğlu (1870-1924) - Novorossiysk Universiteti, 1908

293. Ordubadski Firuz bəy Mehdi bəy oğlu (1889-1937) - Kiyev Universiteti, 1914

294. Orxanbəyli (Əliyev) Məhəmməd bəy Mirzə Baba oğlu (1894-1937) - Türkiyə

295. Orucov Cavad Həsən oğlu (?- 1918) - Almaniya, Moskva; 1904

296. Rəfibəyov Xudadat bəy Əliəkbər bəy oğlu (1877-1920) - Xarkov Universiteti, 1903

297. Rəfibəyov Qəmbər bəy Mehdi bəy oğlu (1880-1920) - Kiyev Universiteti

298. Rəfiyev Musa bəy Hacı Məhəmmədhüseyn bəy oğlu (1888-1938) - Xarkov Universiteti, 1911

299. Rəhimov Ağaverdi Yarəli oğlu (1895-1936) - Kiyev Universiteti, 1918

300. Rəhimov İbrahim Molla Rəhim oğlu (1849-1927) - Moskva, Yena (Almaniya) Universitetləri; 1881

301. Rüstəmbəyov Cəfər bəy Mustafa bəy oğlu (1884-1938) - Xarkov Universiteti, 1910

302. Sadıqov Cəlil - Kiyev Universiteti (oxuyub)

303. Sarıcalinski Mehdi bəy Həsən bəy oğlu - Kiyev, Moskva universitetləri, 1917

304. Seyidov Əli bəy Mirseyfəddin oğlu (1884-?) - Xarkov Universiteti, 1911

305. Səfikürdski Ağalar bəy Ağalar bəy oğlu (1890-1966) - Moskva Universiteti, 1917

306. Səfiyev Hüseynqulu bəy Cabbar bəy oğlu (1879-?) - Moskva Universiteti, 1904

307. Səlimbəyov Məhəmmədəli bəy - Qazan Diş Həkimliyi İnstitutu, 1904 (?)

308. Səlimxanov Zeynal bəy Ağa bəy oğlu (1885-?) - Moskva Universiteti (oxuyub)

309. Sultanov Abbas bəy Ağalar bəy oğlu (1895-1938) - Kiyev Universiteti (1915-17)

310. Sultanov Bahadur bəy Salah bəy oğlu (1889-?) - Xarkov Universiteti, 1915

311. Sultanov Bəybala - Moskva Universiteti, 1902

312. Sultanov Cabbar - Yuryev (Derpt) Baytarlıq İnstitutu, Xarkov Universiteti (1908-09)

313. Sultanov Xosrov bəy Paşa bəy oğlu (1879-1941) - Novorossiysk Universiteti, 1903

314. Sultanov Kərim Ağa bəy oğlu (1889-1918) - Xarkov Universiteti, 1915-16 (?)

315. Sultanov Məhəmmədtağı Polad oğlu (1886-1963) - Kiyev Universiteti, 1914

316. Sultanov Məlik Qasım oğlu (1880-1939) - Moskva Universiteti, 1908

317. Sultanov Rza

318. Şahbazi Tağı Abbas oğlu (1892-1937) - Kiyev Universiteti, 1917

319. Şahmalıyev Firidun Fərhad bəy oğlu (1887-?) - Xarkov Universiteti, 1908

320. Şahsuvarov Əliəkbər Kərim oğlu (1877-?) - Novorossiysk Universiteti

321. Şahtaxtinski Əsədulla - Derpt Universiteti, 1907; Kiyev Universiteti, 1913

322. Şahtaxtlı Leyla İsa sultan qızı (1886-1907) - Tiflis Nücəba Qızlar İnstitutu (1904); İsveçrə Universiteti (1906-07)

323. Şərifov Mustafa İsmayıl oğlu (1875-1952) - Xarkov Universiteti, 1899

324. Şıxlinskaya (Qayıbova) Nigar xanım Hüseyn əfəndi qızı (1870-1931) - Tiflis Nücəba Qızlar İnstitutu, 1889

325. Tağıyev Məhəmmədtağı (188?-1918) - Kiyev Universiteti, 1916

326. Talışinski Mirəbülfət xan Ağa xan oğlu (1885-1949) - Kiyev Universiteti, 1914

327. Topçubaşov Mustafa bəy Ağa bəy oğlu (1895-1981) - Kiyev Universiteti, 1919

328. Vəkilov Məhəmmədrza ağa Mansur ağa oğlu (1864-1944) - Xarkov Universiteti, 1893

329. Vəlixan Sona İbrahim qızı (1882-1981) - Peterburq Qadın Tibb İnstitutu, 1908

330. Vəliyev Hüseynbala Cavad oğlu (1885-1970) - Xarkov Universiteti, 1911 (?)

331. Zeynalov Həmzə Məhəmməd oğlu (1890-1960) - Kiyev Universiteti, 1913

 

Müəllimlər

 

332. Davatdarova Mina xanım (1890-1923) - Tiflis Nücəba Qızlar İnstitutu (1905-07)

333. Əbdürrəhmanbəyzadə Süleyman bəy Səlim bəy oğlu (1850/1860-192?) - Tiflis Müəllimlər İnstitutu, 1887

334. Əfəndiyev Əbdülkərim Yusif əfəndi oğlu (1895-1934) - Tiflis Müəllimlər İnstitutu, 1917 (oxuyub)

335. Əfəndizadə Abdulla bəy İsmayıl əfəndi oğlu (1873-1928) - Tiflis Müəllimlər İnstitutu, 1899

336. Əfəndizadə Rəşid (Əbdürrəşid) bəy İsmayıl əfəndi oğlu (1863-1942) - Tiflis Müəllimlər İnstitutu,1893

337. Əmircanov Abdulla bəy Süleyman bəy oğlu (1866-?) - Tiflis Müəllimlər İnstitutu, 1888

338. Hüseynov Teymur Əbdüləli oğlu (1892-1938) - Tiflis Müəllimlər İnstitutu, 1919

339. İsmayılova (Qacar) Gövhər xanım Ağa Əliəkbər qızı (1862-1927) - Tiflis Nücəba Qızlar İnstitutu (oxuyub)

340. İsmayılova (Qacar) Fərruxə xanım Ağa Əliəkbər qızı - Tiflis Nücəba Qızlar İnstitutu (bitirib)

341. İsmayılova (Qacar) Sittarə xanım Ağa Əliəkbər qızı - Tiflis Nücəba Qızlar İnstitutu (bitirib)

342. Qacar Mənijə xanım  (1896-?) - Tiflis Nücəba Qızlar İnstitutu, 1915

343. Qasımov Pənah Əliəkbər oğlu (1881-1939) - Tiflis Müəllimlər İnstitutu, 1907

344. Qənizadə Sultanməcid Murtuzəli oğlu (1868-1938) - Tiflis Müəllimlər İnstitutu, 1887

345. Mahmudbəyov Həbib(ullah) bəy Hacı İbrahimxəlil bəy oğlu (1864-1928) - Tiflis Müəllimlər İnstitutu, 1887

346. Qayıbov Hacı Rəhim bəy - Tiflis Müəllimlər İnstitutu, 1888

347. Qayıbova (Usubova) Gövhər Hüseyn əfəndi qızı (1885-1944) - Tiflis Nücəba Qızlar İnstitutu, 1903

 

Ali dini təhsillilər

 

348. Ağaəlizadə Axund Zeynalabdin (Ağa) Məhəmmədcavad oğlu (1871-1954) - Nəcəfdə ali dini təhsil alıb

349. Axundzadə Axund Mirzə Əbuturab Axund Molla Məhəmməd oğlu (1835-1910) - Mədinədə ali dini təhsil alıb

350. Dərbəndli Fazil (XIX yüzil) - ali dini təhsil alıb

351. Dəxil Dilsuz (Axund Molla Hüseyn Marağayi) (XIX yüzil) - Ətəbatda ali dini təhsil alıb

352. Hacızadə Kərbəlayı Axund Zəki Kərbəlayı Abdulla oğlu (1850-1919) - Nəcəfdə ali dini təhsil alıb

353. Qaracadaği Ağa Mirzə Məhəmmədəli (XIX yüzil) - ali ruhani təhsil alıb

354. Şirvani Hacı Seyid Əzim Məhəmməd oğlu (1835-1888) - Nəcəf və Bağdad (1858-ci ilədək), Şam ali ruhani məktəbini bitirib, 1860

 

Başqa ixtisaslar üzrə ali təhsillilər

 

355. Abdullayev Kazım Kərbəlayı Əli oğlu (1889-?) - Peterburq Universiteti, 1913 (I kurs)

356. Adıgözəlov Əbdülhəmid bəy Cavad ağa oğlu (1895-?) - Peterburq Universiteti, 1915 (I kurs)

357. Adıgözəlov (Gorani) Əsgər ağa Haqverdi bəy oğlu (1857-1910) - Moskva Kənd Təsərrüfatı Akademiyası, 1878

358. Ağabəyzadə Məhəmmədsadıq bəy İsmayıl bəy oğlu (1865-1944) - Peterburq Topçuluq Məktəbi, 1886

359. Ağaoğlu Məhəmməd bəy Ağa oğlu (1896-1949) - Moskva Universiteti, 1916

360. Ağayev (Ağaoğlu) Əhməd bəy Mirzə Həsən bəy oğlu (1869-1939) - Peterburq Universiteti, Sorbon Universiteti, 1893

361. Cəfərov Əbdürrəhim bəy Cəfər bəy oğlu (1882-1972) - Peterburq Universiteti, 1915

362. Cəfərov Rəhim - ali təhsilli bioloq, 1920-ci ilədək

363. Daşdəmirov Əkbər - Varşava, 1918-ci ilədək

364. Əfəndiyev (Hilmi) Həbib Hacı Məcid əfəndi oğlu (təx. 1881-1936) - İstanbul Universiteti

365. Əfəndizadə (Qantəmir) Qafur Sədrəddin oğlu (1888-1944) - İstanbul Universiteti, 1914

366. Əfəndizadə/Əfəndiyev Məhəmməd bəy Rəşid bəy oğlu (1887-1977) - Peterburq Universiteti, 1914

367. Əliyev Əli Məhəmməd oğlu - Moskva Universitetində oxuyub (1903)

368. Əliyev Əliəsgər Abdulla oğlu (1883-1938) - Moskva Şərq Dilləri İnstitutu, 1912

369. Əliyev Məhəmməd(qasım) Hüseyn oğlu (1883-1967) - Peterburq Ali Hərbi Topoqrafiya Məktəbi, 1905

370. Əlizadə (Şirvani) Məhəmmədtağı Hacı Əbdüssəməd oğlu (1858-1918) - Moskva Kənd Təsərrüfatı Akademiyası, bitirib

371. Əmircanov Möhsün bəy Süleyman bəy oğlu (1859-?) - Peterburq Universiteti, 1881-84 (oxuyub)

372. Hacınski Əli bəy İsa bəy oğlu (1895-?) - Peterburq Universiteti, 1915 (I kurs)

373. Hüseyn xan Əhməd xan oğlu - Moskva Universitetində oxuyub (1911)

374. Xanlarov Ağa Cəbrayıl bəy Məhəmmədəli bəy oğlu (1896-?) - Peterburq Universiteti, oxuyub (1916)

375. İbrahimzadə (İbrahimov) Mirzə Möhsün (Mövsüm) - Paris Universiteti, 1920-ci ilədək

376. Kazımov İbrahim - Kiyev Universitetinin kimya fakültəsi, 1914

377. Kəngərli Məhəmmədqulu bəy Şəfi ağa oğlu (1864-1905) - Peterburq Ali Topçuluq Məktəbi, 1884

378. Qayıbov Cahangir Hüseyn əfəndi oğlu (1882-1942) - Moskva Şərqşünaslıq İnstitutu, 1909

379. Quluyev Mustafa Zəkəriyyə oğlu (1893-1938) - Kiyev Universiteti, 1918

380. Quluzadə İbrahim Hilal oğlu (1902-1941) - Moskva Ali Rəssamlıq Məktəbi

381. Qurbanov Əhməd Hacı Məhəmməd oğlu (1896-1939) - Qazan Universiteti (oxuyub), Moskva Şərq Dilləri İnstitutu, 1915

382. Makinski Kamilpaşa xan Nəsrulla xan oğlu (1893-?) - Peterburq Universiteti, oxuyub (1911)

383. Məhəmmədov Əsədulla Məşədi Hüseyn oğlu (1886-?) - Peterburq Universiteti, 1910 (I kurs)

384. Məhəmmədzadə Abdulla Ağaməhəmməd oğlu (Abdulla Sur) (1883-1912) - İstanbul Universiteti, 1909

385. Məhəmmədzadə Cəlil - Kiyev Universiteti, 1916

386. Məlikov İsgəndər bəy - Cenevrə Universiteti, 1920-ci ilədək

387. Məlikov Rəhim bəy Mehrəli bəy oğlu (1886-1936) - Qazan Universiteti, 1912

388. Mirbabayeva (Mirbağırova) Ruqiyyə xanım - İsveçrədə ali təhsil alıb

389. Mirbağırov Mirməhəmməd Hacı Mirəhməd oğlu (1889-?) - Peterburq Universiteti (1910-13)

390. Mirzəcamalov Hüseyn Məhəmmədrəfi oğlu (1884-1974) - Kiyev Universiteti, 1910

391. Mirzəyev Bəhram Rüstəm oğlu (1891-1974)  - Peterburq Universiteti, 1916

392. Musəvi Mirfəttah Əli oğlu (1891-1919) - Novorossiysk Universitetində oxuyub

393. Nəsirbəyov Əbülfət xan - Novorossiysk Universitetində oxuyub (1913)

394. Novruzi İsmayıl - İstanbul Universiteti, 1920-ci ilədək

395. Sadıqov Əkbər Hacı Xəlil oğlu (1892-?) - Peterburq Universiteti, 1912 (I kurs)

396. Süleyman Səlim - İstanbul Universiteti, 1920-ci ilədək

397. Rzabəyli Fətulla bəy Əziz bəy oğlu (1885-1968) - Novorossiysk Universiteti, 1911

398. Zülqədərov Məhəmməd bəy Allahyar bəy oğlu (?-1918/1919) - Peterburq Texnologiya İnstitutu (1894)

399. Məlikov-Zərdabi Həsən bəy Səlim bəy oğlu (12.11.1837-28.11.1907) - Moskva Universiteti, 1865

400. Məlikov-Zərdabi Səfvət bəy Həsən bəy oğlu (1886-?) - Riqa Politexnik İnstitutu (oxuyub)

401. Nəbioğlu İsmayıl bəy (1870-1928) - Peterburq Rəssamlıq Akademiyası, 1916

402. Nəcəf Rasim (1889-1929) - Peterburq Rəssamlıq Akademiyası

403. Rasizadə Hüseyn (Cavid) Molla Abdulla oğlu (1882-1941) - İstanbul Universiteti, 1909

404. Rəfibəyli Cavad bəy Hadı bəy oğlu (1890-1957) - Kiyev Universiteti, 1916

405. Şahmalıyev Əmirxan Fərhad bəy oğlu (1888-?) - Xarkov Universiteti

406. Şahtaxtlı Əbülfət Nəcəfqulu oğlu (1858-1913) - Peterburq Texnologiya İnstitutu (1877-1878), Moskva Şərqşünaslıq İnstitutu, Haydelberq Universiteti (Almaniya)

407. Şahtaxtlı Hüseynəli ağa Baxşəli ağa oğlu (1894-?) - Peterburq Universiteti (1915-17)

408. Şahtaxtlı İsa sultan Nəcəfqulu oğlu (1851-1894) - Peterburq Meşə İnstitutu, 1874; Paris və Londonda da oxuyub

409. Şahtaxtlı Məhəmməd ağa Məhəmmədtağı sultan oğlu (1848-1931) - Peterburq Universiteti, Leypsiq Universiteti (Almaniya), 1869

410. Şərifov Davud Mikayıl oğlu (1882-1952) - Novorossiysk, Kiyev universitetləri, 1907

411. Vəkilov İbrahim ağa Paşa ağa oğlu (1853-1934) - Peterburq Hərbi Topoqrafiya Məktəbi, bitirib

412. Vəzirov Bəhram bəy İsmayıl bəy oğlu (1886-1929) - Peterburq Meşə İnstitutunda oxuyub

413. Vəzirov Cavad bəy Həmid bəy oğlu (1873-1924) - Leypsiq (Almaniya), ali k/t təhsili, 1907

414. Vəzirov Əli Mirbaba oğlu (?-1920) - Parisdə ali təhsil alıb

415. Vəzirov Nəcəf bəy Fətəli bəy oğlu (1854-1926) - Peterburq Universiteti (1874), Moskva Kənd Təsərrüfatı Akademiyası, 1878

416. Vəzirov Şamil bəy Nəcəf bəy oğlu (1886-1933) - Berlin Kənd Təsərrüfatı İnstitutu, 1918-ci ilədək

417. Yaqubova (Osmanzadə) Səlimə xanım (1890-1982) - Peterburq Universiteti, 1919-cu ilədək

418. Yedigarov Ağa bəy (1823-1842) - Peterburq Universiteti, 1848

 

 

Ədalət TAHİRZADƏ

 

Azərbaycan müəllimi.- 2012.- 3 fevral.- S.4-5.