Uşaq və yeniyetmələrin elmi-texniki
yaradıcılıq
müsabiqəsinin keçirilməsi barədə
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsi üçün stimulların yaradılması və onlar arasında təcrübə mübadiləsinin təşkili məqsədilə
ƏMR
EDİRƏM:
1. 2012-ci ilin fevral-aprel aylarında uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan MR Təhsil naziri, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirləri müsabiqənin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər hazırlayıb həyata keçirsinlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) müsabiqənin yerlərdə təşkili və keçirilməsinə əməli köməklik göstərsin.
5. Zona və respublika mərhələlərində iştirak edən məktəblilərin və onların rəhbərlərinin ezamiyyə xərcləri rayon, şəhər təhsil şöbələri, idarələri və digər ezam edən təşkilatlar tərəfindən ödənilsin.
6. Müsabiqənin Respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi Respublika Texniki Yaradıcılıq Mərkəzinin 2012-ci ilə təsdiq olunmuş xərclər smetasında nəzərdə tutulmuş vəsait hesabına müəyyən olunmuş qaydada həyata keçirilsin.
7. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin Respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi məqsədilə Respublika Texniki Yaradıcılıq Mərkəzinin 2012-ci ilə təsdiq olunmuş xərclər smetasında müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin.
8. Zonalar üzrə müsabiqənin təşkili və keçirilməsinə əməli köməklik göstərilməsi məqsədilə yerlərə ezam olunmuş əməkdaşların ezamiyyə xərcləri müsabiqənin xərclər smetası əsasında ödənilsin.
9. Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnamənin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
10. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan müəllimi" qəzetində dərc etdirsin və əsasnamə ilə birlikdə Təhsil Nazirliyinin İnternet səhifəsində yerləşdirsin.
11. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
6 fevral 2012-ci il
Azərbaycan müəllimi.- 2012.-
10 fevral.- S.2.