Fənn olimpiadalarının yekun turunun keçirilməsi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Fənn olimpiadalarının yekun turunun keçirilməsi məqsədilə

 

ƏMR EDİRƏM:        

 

1. Fənn olimpiadalarının yekun turu 17-18 mart 2012-ci il tarixdə Bakı şəhərində keçirilsin.

2. Olimpiadaların yekun turunun iştirakçıları 17 mart  2012-ci il tarixdə qəbul edilib aşağıdakı müəssisələrdə yerləşdirilsinlər:

- Azərbaycan  dili    ədəbiyyat,  Azərbaycan   tarixi   fənləri   üzrə   nazirlik   nəzdindəki  S.C.Pişəvəri adına humanitar  fənlər gimnaziyasında - F.Yusifov küçəsi 39, tel.: 567-22-17

- riyaziyyat, fizikainformatika fənləri üzrə nazirlik nəzdindəki fizika-riyaziyyatinformatika təmayüllü liseydə - S.Dadaşov küçəsi, 555-ci məhəllə, tel.: 510-76-28

- kimyabiologiya fənləri üzrə nazirlik nəzdindəki kimya-biologiya təmayüllü liseydə - 8-ci Kilometr qəsəbəsi, Ş.Mirzəyev küçəsi 53, tel.: 323-78-42.

3. Olimpiadaların yekun turu Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya fənlərindən  iştirakçıların yerləşdiyi müəssisələrdə, informatika fənnindən isə BDU-da 18 mart 2012-ci il tarixdə keçirilsin.

4. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) fənn olimpiadalarının xərclər smetasını hazırlayıb 10 gün  müddətinə təsdiqə təqdim etsin.

5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

14 fevral 2012-ci il

Azərbaycan müəllimi.- 2012.- 17 fevral.- S.2.