Tələbələrin
ÕVII Respublika fənn
olimpiadasının keçirilməsi haqqında qərar
Azərbaycan
Respublikası Təhsil Nazirliyi
Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi
QƏRAR
¹ 162
Bakı şəhəri "06" fevral
2012-ci il
Tələbələrin
XVII Respublika fənn olimpiadasının
keçirilməsi haqqında
Respublika ali təhsil müəssisələrində təhsil alan tələbələrin müxtəlif fənlərə marağının artırılması, həmin fənlər üzrə yüksək bilik nümayiş etdirən tələbələrin aşkar edilməsi və onlarda biliyə olan həvəsin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti
QƏRARA ALIR:
1. Tələbələrin XVII Respublika fənn olimpiadası (riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis, alman, fransız və rus dilləri fənləri üzrə) 2012-ci ilin fevral-aprel aylarında keçirilsin.
2. Olimpiadanın I turu 2012-ci il fevral-mart aylarında ali təhsil müəssisələrində, II yekun turu isə cari ilin aprel ayında Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilsin.
3. Olimpiadanın keçirilməsi məqsədilə Təşkilat komitəsi (əlavə 1) yaradılsın.
4. Olimpiadanın keçirilməsi ilə bağlı tərəflər öz üzərinə aşağıdakıları götürür:
4.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi:
- Olimpiada qalibləri üçün diplomların hazırlanmasını;
- Olimpiada qalibləri üçün hədiyyələrin və medalların alınmasını.
4.2. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi:
- Olimpiada qaliblərinə aşağıdakı məbləğdə mükafatların verilməsini:
1-ci yer (12 nəfər) üçün 300 manat
2-ci yer (24 nəfər) üçün 150 manat
3-cü yer (36 nəfər) üçün 100 manat
- Münsiflər heyətinin sədrlərinə (12 nəfər) 200 manat məbləğində pul mükafatının ayrılmasını.
5. Tərəflər olimpiadanın keçirilməsi və qaliblərin mükafatlandırılması ilə bağlı xərclər smetasını hazırlayıb 15 gün müddətində təsdiq etsinlər.
6. Təhsil Nazirliyinin və ATİAHİ Respublika Komitəsinin müvafiq şöbələri qərarın "Azərbaycan müəllimi", "Təhsil işçisi" qəzetlərində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını və İnternet səhifələrində yerləşdirilməsini təmin etsinlər.
7. Qərarın icrasına nəzarət təhsil nazirinin müavini Q.Novruzova və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Ş.Əsgərova həvalə olunsun.
Misir MƏRDANOV,
Səttar MEHBALIYEV,
Azərbaycan Respublikasının
təhsil naziri
Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin sədri
Azərbaycan müəllimi.- 2012.-
17 fevral.- S.2.