Beynəlxalq Ana Dili Günü
qeyd olundu
Bakının
Səbail Rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin Mərkəzi
Kitabxanasında 21 fevral- Beynəlxalq Ana Dili Gününə həsr
olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü
ilə kitabxananın direktoru Nüşabə
Ələkbərova açaraq bildirdi ki, bizim
sevimli dilimiz olan Azərbaycan dilini ulu babalarımız və ulu
öndərimiz Heydər Əliyev
çox sevib, ona həmişə böyük
qiymət verib və deyib:
"Dilimiz çox zəngin
və ahəngdar dildir, dərin tarixi köklərə malikdir.
Şəxsən mən öz ana dilimi çox
sevir və bu dildə
danışmağımla fəxr edirəm".
Bəli,
dünyanın ən qədim dillərindən sayılan dilimizi biz də dərindən
bilməli, sevməli və onun
saflığını qorumalıyıq.
Tədbirdə
geniş məruzə ilə
çıxış edən kitabxananın əməkdaşı
Şəbnəm Babaşova bildirdi ki, Beynəlxalq Ana Dili Günü
YUNESKO tərəfindən 1999-cu il
fevralın 21-də elan edilib.
Azərbaycan
dili də dünya
dilləri ailəsinin bir üzvüdür.
Onun tarixi xalqımızın
tarixi deməkdir.
Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı,
işlək dilə çevrilməsi, beynəlxalq
münasibətlər sisteminə
yol açması ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş
siyasətinin nəticəsidir.
Bu ənənələri
ölkə Prezidenti İlham Əliyev də uğurla davam etdirməkdədir.
Dövlət başçısının
müxtəlif vaxtlarda
imzaladığı Azərbaycan
dilində latın
qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi
haqqında və Azərbaycan Milli Ensiklopediyasının hazırlanması
haqqında sərəncamları
və bu istiqamətdə görülən
işlər dilimizin inkişafına böyük
qayğının təzahürüdür.
Mərasimdə kitabxananın fəal oxucularından olan, filologiya üzrə fəlsəfə
doktoru Rasim Nəbioğlu, Cəlil Məmmədquluzadənin ev-muzeyinin
böyük elmi işçisi Yeganə Məmmədova da çıxış edərək
ana dilimizi zənginləşdirməyin, yad
ünsürlərdən qorumağın,
onu sevməyin vacibliyini vurğuladılar.
Tədbirdə Bakıdakı 189 nömrəli
tam orta məktəbin
metodbirləşmə sədri
Təranə Rzayeva, Azərbaycan dili və ədəbiyyat müəllimləri Cəmilə
Bayram, Xanım Rzayeva və Ləman Qurbanovanın rəhbərliyi ilə VII
"d" sinif şagirdlərinin
hazırladığı Vətənə,
anaya və doğma dilimizə aid şairlərimizin yazdığı
şeirlərdən nümunələr
söylədilər.
Sonda iştirakçılar
kitabxananın şöbə
müdiri Cəmilə
Səmədovanın təşkil
etdiyi "Ana dilimiz-milli
sərvətimiz" adlı
kitab sərgisinə və C. Məmmədquluzadənin
ev-muzeyinin əməkdaşları
Saleh İbrahimov və Nigar Səfərovanın
səyi ilə tərtib olunaraq, Cəlil Məmmədquluzadənin
həyat və yaradıcılığını əks etdirən fotostendlərə böyük
maraqla tamaşa etdilər.
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan
müəllimi.- 2012.- 24 fevral.- S.8.