Xocalı
soyqırımı qurbanları yad edildi
Azərbaycan
Dövlət Pedaqoji Kollecində Xocalı faciəsinin 20-ci
ildönümünə həsr olunmuş
"Xocalı - qan
yaddaşımız" adlı ədəbi-bədii gecə keçirildi. Əvvəlcə
kollecin tələbələri Dövlət
himnini söylədilər. Üçrəngli Dövlət
bayrağı səhnəyə gətirildi. Vətənimizin
suverenliyi, ərazi bütövlüyü,
torpaqlarımızın müdafiəsi uğrunda
canından keçmiş şəhidlərimizin
və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla
yad edildi.
Tədbiri
giriş sözü ilə açan gecənin aparıcıları
Xocalı faciəsi haqqında geniş məruzə ilə
çıxış etdilər. Qeyd olundu ki, ermənilər
öz məkrli niyyətlərini həyata keçirmək
üçün Xocalını təsadüfən seçməmiş,
bu şəhərin mühüm strateji əhəmiyyətə
malik olmasını, bölgədə yeganə aeroportun burada
yerləşməsini nəzərə almışdır.
Kollecin direktoru, əməkdar müəllim
Nurlana Əliyeva 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın
Xocalı şəhərində törədilmiş, bəşəriyyət
tarixində ən qanlı faciələrdən biri olan
Xocalı soyqırımından danışdı. Bildirdi ki, Xocalı
faciəsi 200 ilə yaxın bir müddətdə erməni qəsbkarlarının
və onların havadarlarının Azərbaycan xalqına
qarşı apardığı etnik təmizləmə və
soyqırımı siyasətinin davamıdır. Qeyd olundu ki,
ümummilli lider Heydər Əliyevin müdrik və sülhsevər
siyasəti sayəsində atəşkəsə nail
olunmuş, 1994-cü ildə bu dəhşətli faciəyə
siyasi qiymət verilmişdir. Dünya ictimaiyyəti bu acı həqiqəti
bilməli və insanlığa qarşı törədilmiş
bu cinayət aktı beynəlxalq aləm tərəfindən
öz hüquqi qiymətini almalıdır.
Vurğulandı
ki, Prezident İlham Əliyev Xocalı faciəsini təcavüzkar
erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan
xalqına qarşı apardığı soyqırımı və
etnik təmizləmə siyasətinin qanlı səhifəsi
kimi qiymətləndirmişdir. Bu faciənin dünyada
tanınması üçün xarici ölkələrdəki
diasporlarımızın fəaliyyətinin önəmli
olduğunu söyləyən Nurlana Əliyeva Heydər Əliyev
Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
Xocalı soyqırımı barədə həqiqətlərin
dünyaya çatdırılması istiqamətində fəaliyyətini
yüksək qiymətləndirdi.
Tədbirdə
iştirak edən qonaqlar
çıxışlarında
azğınlaşmış erməni quldurlarının Azərbaycan
xalqına qarşı törədilən vəhşi hərəkətlərdən
ürəkağrısı ilə söz açdılar.
Bildirildi ki, Xocalı faciəsi
xalqımız tərəfindən heç vaxt unudulmayacaq.
Milli Qəhrəman
Çingiz Mustafayevin lentə aldığı Xocalı
soyqırımı, erməni daşnaklarının vəhşiliklərini,
amansızlıqlarını əks etdirən
videogörüntülər göstərildi.
Sonda
kollecin tələbələri
müdhiş gecəyə aid "Xocalı
harayı" adlı ədəbi-bədii
kompozisiya nümayiş etdirdilər.
***
Bu
günlərdə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar
Xocalı faciəsinin fəlakətindən canlarını qurtaran və girovluqdan azad olunan Xocalı sakinləri
Pərvanə Novruzova və Teymur Musayevlə Bakı
Qida Sənayesi Kollecində müəllim
və tələbələrin görüşü olmuşdur.
Görüşü kollecin direktoru Mikayıl Məhərrəmov
açaraq faciənin dəhşətlərindən,
dinc əhaliyə qarşı erməni
yaraqlılarının törətdikləri vəhşiliklərdən
danışıb. Kollecin müəllimlərindən Xatirə Məmmədova
"Xocalı soyqırımının hüquqi
əsasları" və Dəmir Yusifov
"Beynəlxalq cinayətlərdən biri
də Xocalı soyqırımıdır"
mövzularında çıxış edərək Xocalı
faciəsinin tarixindən və faciənin dünya
ölkələrinə çatdırılmasından söz açıblar. Sonra
Xocalı sakinləri P.Novruzova və T.Musayev o faciənin necə
törədilməsi və girov
düşmələrindən danışdılar.
Axırda
Xocalı faciəsində şəhid olmuş
xocalıların xatirəsinə ehsan
süfrəsi açılmışdır.
***
Azərbaycan xalqının tarixinə
qanlı səhifə kimi daxil
olmuş Xocalı
soyqırımının 20-ci ildönümü
Naxçıvan Dövlət
Universitetində qeyd olunub.
Ali məktəbin pedaqoji
fakültəsində keçirilən tədbirdə faciə
qurbanlarının xatirəsi bir dəqiqəlik
sükutla yad olunub.
Müdhiş
qətliamın tarixinə nəzər salan
YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Kamal Camalov Xocalı
soyqırımının erməni millətçi-şovinistlərinin
200 il ərzində davamlı olaraq Azərbaycan xalqına qarşı həyata
keçirdiyi etnik
təmizləmə, soyqırımı siyasətinin sübutu olduğunu deyib, belə tədbirlərin gənclərin milli mənəvi, vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı rolundan
danışıb.
Universitet
Gənclər Təşkilatının sədri Arzu Abdullayev "Xocalı
soyqırımı beynəlxalq cinayət kimi"
adlı məruzəsində bəşər tarixində analoqu olmayan faciənin mənəvi
və siyasi-hüquqi tanınmasına
yönəlmiş tədbirlərdən danışıb,
Xocalı hadisələrinin dünya
ictimaiyyətinə çatdırılması
məqsədilə gücləri birləşdirməyə səsləyib.
Tədbirdə həmçinin ibtidai sinif müəllimliyi
ixtisası üzrə III kurs tələbəsi
Məsmə Nağıyevanın "Xocalı faciəsi qan yaddaşımızdır" və bədən tərbiyəsi və
idman ixtisası üzrə I kurs tələbəsi Həcər Məmmədovanın
"Xocalı soyqırımı XX əsrin faciəsidir"
adlı məruzələri dinlənilib.
Konfransda
Xocalı hadisələrini əks etdirən slayd
nümayiş olunub.
***
"...Xocalıda
ağaclarımız çiçəkləyibmi görən?
İnanmırıq çiçəkləyə. Axı o
güllər də yaxşı bilir ki, açsa, onları
düşmən qoxulayacaq..." Bu sözlər
Bakının Sabunçu rayonundakı 80 nömrəli tam
orta məktəbdə Xocalı
soyqırımının iyirminci ildönümü ilə bağlı
keçirilən "Qaysaq bağlamayan yaram - Xocalı"
adlı tədbirdə səsləndi.Tədbiri məktəbin
Azərbaycan dili və ədəbiyyat
müəllimi Mahirə Hüseynovanın
rəhbərliyi ilə VIII "q" sinfinin şagirdləri
hazırlamışdı. Mərasimdə əvvəlcə
Xocalı faciəsinin qurbanları bir dəqiqəlik
sükutla yad edildi, sonra Xocalı faciəsi
haqqında 20 il əvvəl dünya mətbuatında gedən məlumatlar
səsləndi. Şagird aktyorlar
- Xocalı sakinləri başlarına gətirilən
müsibətləri danışır, erməni vəhşiliyini
bir daha göz önünə gətirirdilər. Məktəblilər
insanları birliyə çağıran şeirlər və
mahnılar söylədilər. Burada səslənən
"Qalx ayağa igid oğullar, mərd oğullar Vətəni! Qalx
ayağa Nizamilər, Xətailər,
Füzulilər yurdu! Qalx
ki, sənin bu möhtəşəmliyin
qarşısında düşmənlərimiz lal
olsun!" sözləri salonda
əyləşən hər bir şagirdi vətən, torpaq
uğrunda səfərbər olmağa çağırdı.
Tədbirdə məktəbin direktoru Əlislam Abasquliyev,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
aparıcı məsləhətçisi Fərman Abdullayev
çıxış edərək Xocalı faciəsinin
iyirminci ildönümü
ilə bağlı keçirilən bu tədbirin
şadirdlərin vətənpərvərlik tərbiyəsində
böyük əhəmiyyətə
malik olduğunu
vurğuladılar.
***
2
nömrəli Bakı Peşə Liseyində Xocalı soyqırımının 20-ci
ildönümünə həsr olunmuş
tədbir keçirilib. Xocalı şəhidlərinin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş
sözü ilə açan
liseyin təlim-tərbiyə işləri
üzrə direktor müavini
Paşa Əyyubov Xocalı faciəsi haqqında
ümumi məlumat verərək soyqırımının acı nəticələri
və dəhşətlərindən danışıb. Liseyin tarix müəllimi Hürü Rüstəmova "Xocalı faciəsinin
günahkarları layiqli cəzalarını
alacaqlar" mövzusunda
məruzə ilə çıxış edib.
Sonra
liseydə istehsalat təlimi ustası
işləyən və əslən
Xocalı sakini olan Nəzakət
Məmmədova
yaşadığı ərazinin düşmən tərəfindən
işğal olunmasının,
yaxınlarının faciəli
şəkildə erməni
azğınları tərəfindən vəhşicəsinə öldürülməsindən,
liseyin istehsalat təlimi
ustası Gülnarə
İsmayılova isə ermənilərin
törətdikləri bu cinayətlərə görə cəzasız qalmayacaqlarından
ürəkağrısı ilə söz
açıblar.
Tədbirdə
liseyin şagirdləri Xocalı
soyqırımına aid şeir söyləyib və ədəbi-bədii
kompozisiya nümayiş
etdiriblər.
***
Xocalı faciəsinin 20-ci ildönümü Bakı Humanitar Kollecində
anım mərasimi ilə qeyd olundu. Əvvəlcə
kollecin tələbələrinin
hazırladığı soyqırımı ilə
bağlı rəsm sərgisi nümayiş
olundu. "Xocalı
harayı" adlı ədəbi-bədii kompozisiyada Dövlət himninin
oxunmasından sonra tədbir
iştirakçıları torpaqlarımızın suverenliyi, azadlığı, müdafiəsi uğrunda canından keçmiş
şəhidlərimizin və Xocalı qurbanlarının əziz
xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirin
aparıcıları Xocalı faciəsinin Azərbaycanın
tarixində qanlı bir səhifə,
insanlığa qarşı törədilmiş misli görünməmiş terror
hadisəsi olduğunu qeyd
etdilər. Onlar Xocalının işğal edilməsi ilə bağlı tarixi faktları xatırlatdılar.
Kollecin teatr şöbəsinin tələbələri
ssenari müəllifi və rejissoru kollecin müəllimi
İmran Vahabova məxsus
"Xocalı harayı" adlı kompozisiyanı nümayiş etdirdilər. Tədbirin sonunda kollecin tələbələri
Xocalı hadisələrinə, həmin qırğın
zamanı düşmən əli ilə faciəli şəkildə
həlak olmuş yüzlərlə
insanın acı taleyinə həsr olunmuş
şeirlər və bayatılar
söylədilər.
***
Bakının Müşfiq qəsəbəsindəki
274 nömrəli tam orta məktəbdə
Xocalı faciəsinin 20-ci ildönümü
ilə əlaqədar soyqırımı
qurbanlarının anım mərasimi
keçirildi. Tədbir
iştirakçıları əvvəlcə məktəbin
foyesində Xocalıda şəhid olanların xatirəsinə
həsr olunmuş şagirdlərin çəkdikləri rəsm sərgisi ilə
tanış oldular. Dövlət himni ifa olundu.
Üçrəngli Dövlət bayrağı Koroğlu uvertürasının sədaları
altında səhnəyə gətirildi. Xocalı soyqırımında həlak
olanların əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edildi.
Tədbiri giriş
sözü ilə açan
məktəbin direktoru Atakişi
Cəfərov Xocalının işğal
edilməsi ilə bağlı bəzi tarixi
faktları xatırlatdı. O dövrdə hakimiyyətdə
olanların xalqımızın başına gətirilən
müsibətlərə çox laqeyd münasibət
bəslədiyini təəssüf hissi ilə xatırladan Atakişi
Cəfərov bildirdi ki,
ümummilli liderimiz
Heydər Əliyev xalqın tələbi ilə ölkəyə
rəhbərlik etməyə başladıqdan sonra
Xocalı faciəsinə siyasi qiymət
verilməsinə nail oldu.
Tədbirin
aparıcıları Xocalı faciəsinin 20-ci ildönümü münasibəti ilə məktəbdə
görülən işlər barədə
iştirakçılara məlumat verdilər. Bu məqsədlə məktəb kollektivi
bədii qiraət saatları, inşa
yazı müsabiqələri keçirmişdir.
Əsir düşmüş, faciənin
canlı şahidləri olan Xocalı
sakinləri ilə görüşlər keçirilmiş,
uşaqları maraqlandıran suallar
cavablandırılmışdır.
Məktəblilərin
ifasında Xocalı faciəsinə həsr olunmuş
ədəbi-bədii kompozisiya göstərildi.
Tədbirin sonunda əsrin faciəsini əks
etdirən film nümayiş
etdirildi.
Azərbaycan
müəllimi.- 2012.- 24 fevral.- S.7.