"Qələbəyə
doğru irəli" mövzusunda
ədəbi-bədii gecə
Fevralın
23-də Rəşid Behbudov adına
Mahnı Teatrında Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin təşkilatçılığı ilə
Xocalı soyqırımının 20-ci ildönümünə
həsr olunmuş "Qələbəyə
doğru irəli" mövzusunda
ədəbi-bədii gecə keçirildi. Qeyd
edək ki, BŞTİ-nin
müdiri Nailə Rzaquliyevanın
imzaladığı müvafiq əmrə
əsasən paytaxtın təhsil ocaqlarında Xocalı
soyqırımının 20-ci ildönümü
qeyd olunur. Tədbirlər planına əsasən ümumtəhsil
müəssisələrində mühazirələr, bədii
qiraət saatları təşkil olunur, tədris
ocaqlarının İnternet saytlarına
Xocalı soyqırımını əks etdirən materiallar yerləşdirilir, fotostendlər,
guşələr hazırlanır, rəsm sərgiləri, ədəbi-bədii
kompozisiyalar keçirilir,
divar qəzetləri tərtib edilir, sənədli və bədii filmlər nümayiş etdirilir. Tədbirdə
BŞTİ-nin və paytaxtın bir çox ümumtəhsil
məktəblərinin nümayəndələri, Xocalı
sakinləri və digər şəxslər iştirak
edirdilər.
Öncə
iştirakçılara Xocalı haqqında film
və klip nümayiş
etdirildi. Sonra Bakı
məktəblilərinin ifasında şeirlər söylənildi,
pantomim rəqslər göstərildi. Xocalıda erməni vəhşiliyinə məruz qalan və öz kiçik qızını itirən ananın
"Turacım" deyərək fəryad etməsi və Milli Qəhrəman Əlif Hacıyev
haqqında göstərilən səhnəciklər
iştirakçılara kədərli anlar
yaşatdı.
Tədbirdə
çıxış edən Xocalı sakini
və həmin hadisələrin canlı şahidi
Murad Şükürov
erməni vandallarının vəhşiliklərindən söz açdı. Bildirdi
ki, Azərbaycan xalqının XX əsrdə
üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqırımıdır. Xocalıda dinc əhaliyə qarşı törədilən
misli görünməmiş vəhşiliyin
hec vaxt qan yaddaşımızdan silinməyəcəyini
bildirən M.Şükürov qeyd etdi ki,
ümummilli lider Heydər
Əliyev hakimiyyətə gəldikdən sonra
Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına
qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsdiq olundu.Ulu
öndər Heydər Əliyevin sayəsində Xocalı
soyqırımının dünyaya
tanıdılması istiqamətində xeyli
iş görüldü.
Ümummilli lider hər
il faciənin ildönümündə
Xocalı soyqırımı ilə bağlı xalqa müraciət etmiş,
faciənin bütün azərbaycanlıların
qan yaddaşına çevrildiyini
vurğulamışdır. Bu gün ulu öndərin siyasi kursu ölkə Prezidenti İlham Əliyev
tərəfindən layiqincə həyata keçirilir.
Xocalı soyqırımının dəhşətlərinin dünya ölkələrinə
çatdırılması istiqamətində ardıcıl
işlər görülür. Biz inanırıq ki, haqq səsimizi dünya
ictimaiyyəti eşidəcək və faciəyə öz hüquqi qiymətini
verəcək.
Niyazi
RƏHİMOV
Azərbaycan
müəllimi.- 2012.- 24 fevral.- S.5.