Ümumtəhsil məktəblərinin 2012-2013-cü dərs ilinə aid tədris planlarının təsdiqi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

 Azərbaycan Respublikasının tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün  2012-2013-cü dərs ilinə aid aşağıdakı tədris planları təsdiq edilsin:

1. Ümumtəhsil məktəblərinin I-V sinifləri üçün tədris planları (1, 2, 3, 4, 5 nömrəli əlavələr).

2. Ümumtəhsil məktəblərinin VI-XI sinifləri üçün tədris planları (6, 7, 8, 9, 10 nömrəli əlavələr).

3. Azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün tədris planları (11, 12 nömrəli əlavələr).

4. Tədris planlarına dair "Qeydlər" (13 nömrəli əlavə).

5. Aparatın rəhbəri İ.Pirməmmədov, Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), İqtisadiyyat şöbəsi (Ş.Əliyev), Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını təmin etsinlər.

6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin əlavələrlə birlikdə "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

10 iyul 2012-ci il

 

Azərbaycan müəllimi.- 2012.- 20 iyul.- S.2.