"Dəbistan"
və "Molla Nəsrəddin"
Min şükürlər olsun ki, günü
gündən maarifimiz tərəqqi eyləyib
rəhbər-nicat olan mətbuatımız
artmaqdadır.
Küll
Rusiyanı bir qəribə cəşbü
qəlbanə görən ümumi hərəkat
biz bədbəxt, min
illərcə xabi-qəflətə (qəflət, qanmazlıq
yuxusuna - A.B.) uyub hər
bir şeydən məhrum müsəlmanlara
da sirayət etdi; bizim də qanımız hərəkətə
gəlib, gözlərimiz açılmağa başlayıb,
varlığımızdan bir əsər
görünməyə başlayıb!!
Bir
ilin müddətində Qafqaz
müsəlmanları arasında iki qəzetə
- "Həyat" və "İrşad"
- nəşr olunmağa başladı. Bu günlərdə Tiflisdə bir də bir müsəvvər
(rəngli rəsmlərlə bəzədilmiş - A.B.) və
məsxərə qəzetəsi ("Molla
Nəsrəddin" jurnalına işarədir
- A.B.) zühur etdi.
Bu gün də
Bakıda uşaq və şagirdlər üçün "Dəbistan" adlı cəridə
veriləcək!!
Əlbəttə,
qeyrilərə nisbətdə bu, bir şey deyil.
Qafqaz
diyarında sakin beş-altı milyon müsəlmanlar üçün
iki yövmiyyə (gündəlik - A.B.) qəzetə
və iki həftəlik və ya aylıq cəridələr (jurnallar
- A.B.) əsla kafi deyil;
bizdə altı, yeddi dəfə az olan ermənilərin əlan
iyirmi iki, iyirmi üç növbənöv
günlük və həftəlik qəzetələri
var.
Lakin nə
etmək olar?! Lənət heçə! Bir il bundan
əqdəm guya Qafqazda
heç müsəlman yox
idi; heç müsəlman
dili yox idi; heç müsəlman yazıçı yox
idi!!! Şimdi əqla
qeyrilər nəflərində bir şey oldu!! Əqla az da olsa
dərdlərimizi, ehtiyaclarımızı söyləməyə,
ürəklərimizi boşaltmağa bir yer oldu!!!
Əqla bu qədər olduğumuz
xabi-qəflətdən gözümüzü
açmağa şürun
etdik (başladıq -
A.B.)!!"
İştə
çətin öylə burası idi!
Çətin əvvəlinci qədəm idi!
Şhudi iş gedər!
Bu iş yavaş deyil, çox tezlik ilə biz müsəlmanlar
da tərəqqi və təaliyə
(yüksəlmə, ucalma, inkişaf
- A.B.) yolunda qeyrilərlə həmduş
(çiyin-çiyinə, yanaşı - A.B.) və həmdəst
(əl-ələ - A.B.) gedəriz. Çünki
istedad və qabiliyyətcə biz qeyrilərdən, əlhəmdülillah, əskik
deyiliz; nə allah
və nə təbiət bizdən bir şey müzayiqə etməyiblər (əsirgəməyiblər
- A.B.) və qeyrilərə verdiklərindən bizə daha artıq veriblər; təbiəti
və xudadadi-əqlcə, zəkavətcə (təbii və ilahi ağılca, zəkaca, bilikcə - A.B.),
fəsahət (gözəl və aydın danışmaq
bacarığı - A.B.) və bəlağətcə (fikrin incəliyi, aydınlığı ilə
- A.B.), kitabətcə (yazı sənəti,
yazıçılıq - A.B.) və qabiliyyətliyiz.
Lakin biz şimdiyədək xabi-qəflətdə olub, Allah təala kəramət
etdiyi nemətlərdən bəhrəmən
olmamışıq; əqlimizi, zəkamızı, fəsahət,
(gözəl və aydın danışmaq bacarığı
- A.B.) və bəlağətimizi (fikrin
incəliyi, aydınlığı - A.B.), kitalətimizi
(yazı, yazıçılıq qabiliyyəti - A.B.) işlətməmişik;
ata-babadan irs mirası
qalan kəsalət (yorğun,
kefsiz, əzgin - A.B.) və bətalətə
(süstlüyə, ləng və ağır tərpənişə
- A.B.) qərq olub bikarlığı, tənbəlliyi
özümüzə sənət etmişik;
gücümüzü, zorumuzu,
əqlimizi, zəkamızı pis işlərə,
fəsadə (puç olmuş
- A.B.), nifaqə və qeyri-naməşru (qanunsuz
- A.B.) və naməqul (ağıla gəlməyən - A.B.)
işlərə işlətmişik; uşaqlarımız
məktəb və sənət əvəzinə küçələrdə
tərbiyə tapıb bikarlığa, ləhv ləbə
(gözəl, ahəngdar səslər, burada,
şit, bayağı gülüş,
nəğmə, əyləncələr - A.B.) adət
etmişlər!
Şimdi
işlər bir az dəyişməkdədir;
cavanlarımızın yavaş-yavaş
tərbiyə tapıb, məktəb görüb,
qeyri tayfaların və dünyanın əhval
və əxlaqından müxbir (xəbərdar,
məlumatlı - A.B.) olub qeyrətə gəliblər
iş görüblər, millət fikrinə
düşüblər!!
Bazarlara
partapart salıb adam
öldürmək əvəzinə, gərək bikar-bikar gündüzlər küçələri
ölçüb, gecələr
qumarxanaları məkan etmək əvəzinə, xalqı
aldadıb pulunu, malını yemək əvəzinə,
ortalığa fitnə və fəsad salmaq
əvəzinə millət fikrinə düşüblər. Millətin
gözünü açıb tərəqqi
etməsinə səy və guşiş ediyorlar (çalışırlar - A.B.).
İmdi iş ilə cavanlarımızın böylə
düşünməsidir; bu iş əmələ gəldikdə
tərəqqimiz, əmalımız (işlərimiz - A.B.), səadətimiz
təmin olunmağına şübhə yoxdur.
Çünki imdiyədək cəhalət
və bətalət, kəsalət və tərbiyəsizlik, fisqü fücur (əxlaqsızlıq
və pozğunluq - A.B.) ləhvü ləəb
(gözəl, ahəgdar səslər, burada, şit,
bayağı nəğmə, gülüş,
əyləncələr - A.B.) sayəsində zaye
olmaqda olan qabiliyyət
və istedadi-millimiz üçün
meydan açılıb, bir
parlaq ziyalı surətdə özünü nümayan
etməkdə (göstərməkdə, meydana
çıxmaqda - A.B.) şəkk yoxdur.
Mən "Həyat" və
"İrşad" qəzetlərinə
şüruu edəndə (...qəzetlərini
nəşr etməyə, çıxartmağa başlayanda - A.B.) bir az vaqeə (fikir, xəyal
- A.B.) edirdim ki, əcəba
(görəsən - A.B.) millətimizdə layiq
və dana (alim,
istedadlı, bilikli - A.B.)
yazıçılar olacaqmı?! Lakin bir
az keçdikdə mənə məlum oldu ki, səhv etmişəm.
Çünki millətimiz o
qədər layiq, daha
müxbir şəkildə köməkçilər
meydana gətirdi ki, iki qəzetə deyil, onlarca qəzetə abartmağa
müstəiddirlər (qabildirlər, burada,
qabiliyyətləri çatar - A.B.)!!
Şimdi "Molla Nəsrəddin" və "Dəbistan"ın
da zühura
çıxması bunu sübut
ediyor!! Baxın "Molla
Nəsrəddin"ə. Bu cəridə
nə gözəl cəridədir! Nə qədər əql,
zəka, məharət və zövq
göstəriyor!! Nəinki biz müsəlmanlar,
bəlkə ən mədəni, ən mütərəqqi tayfalar böylə cəridələr ilə
fəxr edə bilərlər! Onun nəqşləri və sözləri o qədər gözəl, o
qədər pürməna, o qədər
tənəbbihamiz (təsirli, oyadıcı,
ağıllandırıcı, ağıl verici
- A.B.) nəqşlər və sözlərdir ki,
insanın baxdıqca xoşu gəlib,
baxdıqca bəsirəti artır (gözü
açılır, dərrakəsi artır,
aydınlaşır - A.B.).
Əminik
ki, "Dəbistan"da öz
dairəsində bir layiq,
möhtərəm, bəsirət artıran, məlumatlı cəridə
olacaq; üsuli-tərbiyəmizə böyük-böyük xidmətlər edəcək.
Bu maddə, yənu üsuli
tərbiyə məsələsi biz
müsəlmanlar üçün ən böyük, ən mühüm
maddələrdən biridir. Yəqinə demək olur ki, bu maddədə biz müsəlmanlar bir cahil, qəbih (eybəcər, qanmaz
- A.B.), bir şey
bilmiyən uşaq kibiyiz
və bizim cümlə bəlalarımız,
bədbəxtliyimiz həman bu maddədən
(cəhətdən, səbəbdən - A.B.) naşidir
(əmələ gəlir, törəyir, meydana çıxır - A.B.); çünki
övlad tərbiyəsini bilmiyən bir taifə nə cür səmadət
və fəlahətə (əkinçilik, kənd təsərrüfatı
- A.B.) nail olar?!
Lakin
bunların cəmiləsilə belə farsın belə sözünü bədavər etməyi (yada salmağı, misal
çəkməyi - A.B.) özüm üçün vacib bilirəm.
Fars deyir:
Müstəme
sahib soxən ra bər
səre kar avərd
(Tərcüməsi: Dinləyən
söz sahibini iş başına gətirdi )
Bu
söz nə gözəl söz!
Ələlxüsus bir söz
qəzetələr üçün həqdir!
Çünki qəzetə və qəzetəçi
hər gün danışan bir şeydir; onu eşidici (yəni
eşidən, dinləyən, oxuyan - A.B.) olmasa, kimə danışsın?!
Cəmaətimiz
isə qəzetə barəsində qəribə-qəribə
fikirdədir!! Öylə fikr eyliyirlər
ki, qəzetə və ya
cəridə fəqət bir parça yazılmış
kağızdır. Halbuki bu
bir parça
yazını ortalığa çıxartmaq üçün
cürbəcür zəhmət və məşəqqətlərdən
savayı maşınlarına, hürufatına və qeyri lazımatına (ləvazimatına - A.B.) əqla
on beş min manat lazımdır; bundan keçəndən sonra
hər nömrənin əqla həştad (səksən -
A.B.), doxsan manat xərci
var!
İştə
millət və cəmaət də gərək o qədər himmət etsin
(əl tutsun, kömək, yardım etsin, arxa dursun
- A.B.) ki, bu qədər
məxaricin öhdəsindən gəlmək mümkün
olsun!! Valla qəzetə bu gün
olub, sabah olmuyacaq və həm
yazıçılarımız pərakənd olacaqlar
(burada, yazmaq həvəsindən
düşəcək, işdən yayınıb hər kəs
bir tərəfə üz
tutacaq - A.B.) və həm millətimiz ürfan və mətbuatın mənfəətindən
kəmbəhrə qalacaqdır!! Qəzetə və
cəridəyə meyilli olub
ildə altı manatdan keçmiş
və özgələrin qəzetələrinə məsailbəkəf
olanlar (vurulanlar, təsiri
altına düşənlər - A.B.) gərək bu qitəyə bir az diqqət etsinlər və insafa
gəlsinlər.
Lakin
qeyrəti-həmiyyəti-milliyəmizdən ümidvarız ki, həm qəzetələrimizə və həm
"Molla Nəsrəddin"ə və
"Dəbistan"a layiqincə yardım və kömək edib qoymuyacaqlar ki, bu günə nafe (bu cürə xeyirli, mənfəətli, dəyərli -
A.B.) və lazım şeylərdən məhrum
olaq. Bu gün bunlar
təşviq və tərğib olunmazlar
isə (alqışlanıb, həvəsləndirilməsələr
- A.B.), sabah da bir kəs meydana qədəm
qoymaz və cümlə məyus və məğmum
olub (qəmli, qüssəli - A.B.) cümləmiz
nabüd (meydandan
çıxma, yox olma
- A.B.) və məhv olarız.
Əhməd
bəy AĞAYEV
Bəd
əl təhrir: "Dəbistan"ın bu
gün rəsm güşadıdır. Bu barədə qəzetəmizin əvvəlinci
səhifəsində elan var.
Cəmi ürəfa və danişməndlərdən xahiş ediriz ki, bu rəsm güşada gəlsinlər.
"İrşad" qəzeti,
16 aprel
1906, səh. 1-2
Azərbaycan
müəllimi.-
2012.- 20 iyul.- S.4.