Ümumtəhsil məktəblərinin
2012-2013-cü dərs ilinə aid tədris planlarının təsdiqi haqqında
Azərbaycan Respublikası
təhsil nazirinin əmri
Azərbaycan
Respublikasının tədris Azərbaycan, rus,
gürcü dillərində aparılan, ləzgi
dili və azsaylı xalqların dilləri
öyrədilən ümumtəhsil məktəbləri üçün
2012-2013-cü dərs ilinə aid
aşağıdakı tədris planları təsdiq edilsin:
1. Ümumtəhsil məktəblərinin
I-V sinifləri üçün tədris
planları (1, 2, 3, 4, 5 nömrəli əlavələr).
2. Ümumtəhsil məktəblərinin
VI-XI sinifləri üçün tədris
planları (6, 7, 8, 9, 10 nömrəli əlavələr).
3. Azsaylı xalqların dilləri
öyrədilən ümumtəhsil məktəblərinin I-IV
sinifləri üçün tədris
planları (11, 12 nömrəli əlavələr).
4. Tədris planlarına dair "Qeydlər" (13 nömrəli əlavə).
5. Aparatın rəhbəri İ.Pirməmmədov, Kənd
rayonları üzrə ümumi təhsil
şöbəsi (A.Əhmədov), İqtisadiyyat
şöbəsi (Ş.Əliyev), Dərslik və nəşriyyat
şöbəsi (F.Şahbazlı) tədris planlarının çap olunub vaxtında
yerlərə çatdırılmasını təmin etsinlər.
6. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) bu əmrin
əlavələrlə birlikdə "Azərbaycan müəllimi"
qəzetində və "Təhsil xəbərləri" məcmuəsində
dərc olunmasını təmin etsin.
7. Əmrin icrasına nəzarəti
öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
10 iyul 2012-ci il
Azərbaycan
müəllimi.- 2012.- 20 iyul.- S.2.