Qəbələ Turizm və Otelçilik
üzrə Peşə Tədris Mərkəzinin məzunlarına
peşə diplomları təqdim olunub
Bu günlərdə Qəbələ
şəhərində "Qafqaz Resort" hotelinin konfrans
zalında 2009-cu ilin sentyabrından fəaliyyətə
başlayan Qəbələ Turizm və Otelçilik üzrə
Peşə Tədris Mərkəzinin 3-cü
buraxılış məzunlarına
diplomların təqdimetmə
mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə
açan mərkəzin
direktoru Eyvaz Kazımov qeyd edib
ki, zəngin mədəni-tarixi
irsə və əlverişli təbii şəraitə malik
olan Azərbaycan turizm sahəsində böyük inkişaf
perspektivlərinə malikdir. Bu gün ölkəmizdə
turizmin inkişafı üçün geniş imkanlar
mövcuddur. Tədris mərkəzinin 3 illik fəaliyyəti
barədə geniş məlumat verən E.Kazımov qeyd edib
ki, müəssisənin əsas məqsəd və vəzifələrindən
biri turizm sektoru üçün peşəkar kadrların
hazırlanmasından ibarətdir. Bu məqsədə yüksək
səviyyədə nail olmaq üçün turizm obyektləri
ilə sistemli şəkildə iş aparılır, xarici
dövlətlərin təcrübələri yaxından
öyrənilir. Diqqətə çatdırıldı ki, bu
gün mərkəzin 136 nəfər məzunu Azərbaycan
Respublikası Təhsil Nazirliyi tərəfindən verilən
peşələrinə uyğun diplomlara sahib olacaq.
"Qafqaz Resort" hotelin
icraçı meneceri Ali Çaylaq çıxış edərək
tədris mərkəzində əldə edilən nailiyyətlər, məzunların
iş yerlərində qazandığı uğurlar barədə
danışıb. O, Azərbaycan Respublikasında, o cümlədən
Qəbələdə turizmin sürətli inkişafından
bəhs etdi. Qəbələ
Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin
məhz turizm sektoru üçün mütəxəssislər
hazırladığı bildirilib.
Tədbirdə çıxış edən
"Qafqaz River-Side" hotelinin icraçı direktoru Atilla
Çetinbaş, Qəbələ Rayon İcra Hakimiyyətinin
təhsil, səhiyyə və mədəniyyət şöbəsinin
müdiri Ətayə Osmanova
turizmin Azərbaycan üçün böyük əhəmiyyət
kəsb etdiyini və bu sektorda çalışanların
üzərinə böyük məsuliyyət
düşdüyünü qeyd ediblər. Diqqətə
çatdırılıb ki, "Azərbaycan Respublikasında
2010-2014-cü illərdə turizmin inkişafına dair
Dövlət Proqramı" ölkədə turizmin
rastlaşdığı problemlərin həll edilməsi və
turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin edilməsi
üçün hazırlanmışdır.
Sonra Qəbələ Turizm və
Otelçilik üzrə Peşə Tədris Mərkəzinin
məzunlarına diplomlar təqdim olunub.
Niyazi
RƏHİMOV
Azərbaycan
müəllimi.- 2012.- 27 iyul.- S.2.