"Ümumtəhsil məktəblərində
kurikulumların tətbiqi: strategiyalar, təcrübələr"
mövzusunda seminar keçirilib
Qəzetimizin ötən nömrəsində
xəbər verildiyi kimi, mayın 23-də Təhsil Problemləri İnstitutunda
"Ümumtəhsil məktəblərində
kurikulumların tətbiqi:
strategiyalar, təcrübələr"
mövzusunda seminar keçirildi.
Seminarda Təhsil Nazirliyinin nümayəndələri, məktəb
direktorları, müəllimlər,
beynəlxalq məsləhətçilər
və KİV nümayəndələri
iştirak edirdilər.
Tədbiri giriş sözü ilə TPİ-nin direktoru, professor Abdulla Mehrabov açaraq
qonaqları salamladı
və onlara seminarın proqramı haqqında məlumat verdi. Ümumtəhsil məktəblərində yeni fənn kurikulumlarının tətbiqi
və əldə olunan nəticələrdən
danışdı.
Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov çıxışında
ümumtəhsil məktəblərində
kurikulum islahatının
tətbiqi mərhələsindən
və nailiyyətlərindən
söhbət açdı.
Qeyd etdi ki, yeni təhsil
islahatını təqdir
edənlərlə yanaşı
onun əleyhdarları
da oldu və aparılan
işlər ardıcıl
şəkildə davam
etdirildi. Fəxarət hissi
keçirirəm ki, islahatın 3-cü
mərhələsində nəzərdə tutulmuş
işlər başa çatdırılıb.
Hazırda bu islahatın həyata keçirilməsində
müəyyən çətinliklər vardır.
Lakin müəllimlər
və valideynlər arasında maarifləndirmə
işlərini aparmaqla
bu çətinlikləri
də yoluna qoymaq mümkündür.
TPİ-nin direktor müavini, Kurikulum Mərkəzinin direktoru Ənvər
Abbasovun
"Ümumtəhsil məktəblərində
kurikulumların tətbiqi
strategiyaları" mövzusunda təqdimatı
oldu. O, qeyd etdi ki, ümumi
təhsilin kurikulumu üzrə Respublika Şurası və Təhsil Problemləri İnstitutunun strukturunda Kurikulum Mərkəzi yaradılmışdır. 2008-2009-cu tədris ilindən
2011-2012-ci tədris ilinə
kimi I siniflərdə
dərs deyəcək ibtidai sinif müəllimləri öyrədici seminar- treninqlərdə
iştirak etmişlər.
2010-cu ildən etibarən
hər il respublikanın 18 şəhər
və rayonunda rəhbər pedaqoji kadrlar üçün öyrədici kurslar təşkil edilmiş və 910 müdavim
təlimçi sertifikatı
almışdır. İndiyə kimi 40 minə qədər müəllim
təlim kurslarından
keçmişdir. Bu iş
indi də davam etdirilir.
Təhsil ocaqlarında kurikulumlarin tətbiqindən danışan
Ənvər Abbasov maarifləndirmə işlərinin
aparılmasından, o cümlədən
seminarların, konfransların,
"dəyirmi masa"ların,
görüşlərin, işçi
qruplarında müzakirələrin,
fərdi və kollektiv
görüşlərin, dərs dinləmələrin keçirilməsindən
söz açdı.
Bakıdakı 258 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri
üzrə direktor müavini Aynur Kazımovanın, Bülbül
adına Orta İxtisas Musiqi Məktəbinin ibtidai sinif müəllimi Pərvanə Talıbovanın
"İbtidai siniflərdə
kurikulumların tətbiqi
təcrübəsindən" mövzusunda təqdimatları
oldu.
Aynur Kazımova
bildirdi ki, kurikulumla işlənən
yeni dərsliklərin
qiymətləndirmə ekspertinin
üzvüyəm, riyaziyyatdan
bəzi didaktik materialların hazırlanmasında
rəyçiyəm. Onu deyə bilərəm ki, dərsi texnoloji baxımdan düzgün planlaşdıranda
və xüsusən İKT-dən istifadə etdikdə uşaqların dərsə
marağı xeyli artır. Bilik onlar tərəfindən
həm fəal, həm də vizual əldə edilir. Bir də, müəllim
və şagird arasında qarşılıqlı
anlaşma münasibəti
yaranmalıdır.
Bir gün məktəbdə riyaziyyat
fənni üzrə olimpiada keçirdik.
Məqsədimiz istedadlı şagirdləri
üzə çıxarmaq
və onları inkişaf etdirmək idi. Nəticədə
IV "b" sinfindən iştirak
edən 5 şagirddən
4 nəfəri qalib oldu. Bu da 80 % göstərici
idi. Məlum oldu ki, müəllim riyaziyyata çox diqqət yetirir, əlavə materiallardan və hazır testlərdən istifadə edir və 45 dəqiqəni şagirdlər fəaliyyətdə
olurlar.
Digər təqdimatçı Pərvanə
Talıbova isə dedi ki, 24 ildir ibtidai sinif müəllimi işləyirəm. Bu gün
şərəfli peşəmlə
fəxr edirəm. Deməliyəm ki, Təhsil
Nazirliyinin təşkilatçılığı
ilə kurikulumla əlaqədar keçirilən
təlim kurslarında
iştirak edərək
yeni təlim metodlarını öyrəndim.
İnformasiya-kommunikasiya texnologiyaları üzrə
aldığım biliklərdən
istifadə edərək
elektron dərslər qurmağa başladım.
İndi ümumtəhsil məktəblərində
həyata keçirilən
kurikulum islahatının
qarşıya qoyduğu
ən mühüm vəzifələrdən biri şəxsiyyətyönümlü
təhsil sisteminə
nail olmaqdır. Ona görə də şagirdlərimi
vətənpərvər şəxsiyyət
kimi yetişdirmək məqsədilə hazırladığım
silsilə tədbirlərə
daha üstünlük
verirəm.
"Vətənimdir Azərbaycan"
adlı layihə çərçivəsində: "İçərişəhər" tarixi abidə kompleksinə, "Qız qalası" abidəsinə,
Nizami Gəncəvinin
abidəsi önünə
və Nizami adına muzeyə,
Şəhidlər xiyabanına
ekskursiyalar təşkil
etmişəm. Nəticədə şagirdlər gözəl
istirahət etdilər,
həm də onlarda təbiətə qayğı, həssaslıq
hissləri formalaşdıra
bildim. Hazırda biz müəllimlər dərslərimizi qurarkən
"kurikulum.az" və
"edu.gov.az" saytlarında verilən dərs nümunələrindən istifadə
edirik.
Düşünürəm ki, dünyanın
bir çox inkişaf etmiş ölkələrində olduğu
kimi, Azərbaycanda da "Siniflər və fənlər üzrə nümunəvi
videodərslərin cəmləndiyi
saytlar" yaradılsa,
müəllimlər buradakı
videodərslərdən istifadə
edərək faydalana bilərlər. Həm
də hər bir şagirdin elektron portfoliosunun yaradılmasını da təklif edirəm. Belə bir elektron qovluq
yaradılsa, müəllim
sabahkı dərsə
hazırlaşarkən şagirdin
bilik səviyyəsinə
uyğun tapşırıqlar
qurmaq üçün,
hətta evdə də bu portfolioya
nəzər sala bilər. Valideyn isə
övladının yoxlama
yazıda hansı səhvlərə yol verdiyini, məktəbə
gəlmədən İnternet
vasitəsilə onun elektron portfoliosuna baxmaqla hər şeyi öyrənə bilər.
Beynəlxalq məsləhətçilər Sayyora Rahmankulova, Nazim İrfan, Alex(Andru) Crisan
və Can Küçüktepepınarın "Ümumtəhsil
məktəblərində kurikulumların
tətbiqi və inkişaf perspektivlərinin
beynəlxalq tendensiyaları"
adlı slaydlarla təqdimatları
oldu. Bu zaman kurikulumların
tətbiqi ilə əlaqədar İnternet vasitəsilə Amerika və Türkiyə mütəxəssisləri
ilə canlı bağlantılar da yaradıldı.
Sonra TPİ-nin şöbə müdiri Bibixanım İbadova
"Ümumtəhsil məktəblərində
kurikulumların tətbiqi
üzrə tövsiyə
və strategiyaların
işlənib hazırlanması"
mövzusunda
təqdimat etdi.
Bibixanım İbadova bildirdi ki, artıq ölkə üzrə 1000-ə yaxın məktəbdə
elektron dərslərdən
istifadə imkanı vardır. Yeni fənn kurikulumları əsasında
təhsil alan şagirdlərin öyrənmə
marağı, bilik və bacarıqlarının
səviyyəsi, təlim
prosesində fəallığı,
yaradıcı işlərə
meyillik daha da yüksəlir.
Fənn kurikulumlarının
tətbiqi şagirdlərin
yaradıcı qabiliyyətini
müəyyən etməyə,
onların təhliletmə,
fəal öyrənmə
bacarıqlarının və məntiqi
təfəkkürünün inkişafına imkan yaradır. Valideynlərin əksəriyyəti tətbiq
olunan yeni fənn kurikulumlarından razı qaldıqlarını
bildirir və fikirlərini müasir tələblərə müvafiq
keçilən dərslərin
təlimin keyfiyyətində
dönüş yaratması,
uşaqları fəallaşdırması,
təlim marağının
artmasına təsir göstərməsi ilə
izah edirlər.
Bildirildi ki, tövsiyələr normativ
sənəd və materialların, kurikulumun, dərslik və dərs vəsaitlərinin,
qiymətləndirmə sisteminin
təhlili, respublikanın
14 rayonunda məktəb
rəhbərləri, müəllimlər
və valideynlərlə
aparılan sorğuların nəticələri
əsasında hazırlanmışdır.
Monitorinq
üçün Kurikulum
Mərkəzinin mütəxəssisləri
beynəlxalq ekspertlərlə
birlikdə məktəb
rəhbərliyi, müəllimlər
və valideynlər üçün sorğu anketləri işləyib hazırlamışdır. Monitorinq Təhsil Problemləri İnstitutunun
15 mütəxəssisi tərəfindən
aparılmışdır. Sorğuda
326 məktəb rəhbəri,
224 müəllim və
2046 valideyn iştirak etmişdir. Tövsiyələr
ana dili, riyaziyyat, həyat bilgisi, təsviri incəsənət, texnologiya
və informatika fənləri üzrə
işçi qruplarında
müzakirə edilmiş,
onların rəy və təklifləri nəzərə
alınmışdır.
Seminarda mövzu ilə
bağlı əlavə
çıxışlar da
oldu. Seminar diskussiya
şəklində başa
çatdı.
Şakir CƏFƏROV
Azərbaycan
müəllimi.- 2012.- 1 iyun.- S.3.