Moldovanın sabiq prezidenti
Bakı Dövlət Universitetində olub
Moldova Respublikasının
sabiq prezidenti Petru Luçinski Bakı Dövlət Universitetində tələbələrlə
görüşüb.
Görüşdə çıxış
edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov
ali qonağı
Azərbaycanın ilk ali
təhsil ocağında
salamlayaraq universitetin tarixi, son nailiyyətləri
haqqında məlumat verib. Azərbaycan-Moldova əlaqələrindən
danışan rektor ümummilli lider Heydər Əliyevin iki ölkə arasındakı münasibətlərin
inkişafında və
möhkəmləndirilməsində Petru Luçinskinin rolunu yüksək qiymətləndirdiyini bildirib.
Tələbələr
qarşısında çıxış
edən Petru Luçinski Sovet İttifaqının dağılması,
bu proseslərdə Azərbaycan və Moldovanın yeri, müstəqilliyini əldə
edən bu iki ölkədəki mövcud vəziyyət mövzusunda məruzə edib. Natiq qeyd edib ki, Azərbaycanın bugünkü uğurlarını
illərlə aparılan
ardıcıl və məqsədyönlü siyasətdə
görür. Azərbaycan-Moldova
arasındakı dostluq
əlaqələrinin tarixindən
danışan sabiq prezident ümummilli lider Heydər Əliyev ilə çox
isti münasibətlərinin
olduğunu qeyd edib.
1997-ci ildən Bakı Dövlət Universitetinin fəxri doktoru olan Petru
Luçinski tələbələrin
çoxsaylı suallarına
cavab verib. Görüşdə Moldovanın Azərbaycandakı
səfiri İqor Bodiu və Moldova Azərbaycanlıları Konqresinin
prezidenti Vüqar Novruzov iştirak ediblər.
Azərbaycan müəllimi.- 2012.- 1 iyun.- S.2.