Şahmatçılarımız
dünya və Avropa
birinciliklərində uğurla
çıxış edirlər
Respublikamızın
məktəbli şahmatçılarının hər il Avropa və dünya çempionatlarında, eləcə də
müxtəlif səviyyəli
beynəlxalq turnirlərdə qələbə qazanmaları
artıq ənənə halını almışdır.
Ümumiyyətlə,
Azərbaycanda şahmatın və xüsusən də uşaq şahmatının inkişaf
dövrü ötən əsrin 70-80-ci
illərində ümummilli lider Heydər Əliyev respublikaya
rəhbər təyin olunduqdan sonra başladı. Beləliklə,
şahmatın inkişafı üçün
hər cür şərait
yaradıldı. Elə həmin dövrdən də Azərbaycanda
məktəblilər arasında şahmatın inkişafı üçün məqsədyönlü
işlər görülməyə başlandı.
Şahmatın
daha da sürətlə
inkişaf etməsi,
şahmatçılarımızın müstəqil dövlətin
təmsilçisi kimi beynəlxalq səviyyədə
uğurlarının artması isə ümummilli
lider Heydər Əliyevin ikinci
dəfə hakimiyyətə gəlməsi ilə
başlandı.
Azərbaycan
Respublikasının Prezidentinin "Azərbaycanın
uşaq şahmatçıları Teymur Rəcəbov və Vüqar
Həşimova dövlət qayğısının
artırılması haqqında" 22 fevral
1998-ci il tarixli sərəncamı
bu iki uşaq
şahmatçısı üçün
hazırlanmış xüsusi proqramın
tam şəkildə
həyata keçirilməsini
təmin etmişdir.
Bunun nəticəsində Teymur Rəcəbov və Vüqar
Həşimov Avropa və Dünya
çempionatlarında mühüm qələbələr
qazanmışlar. Həmin ilin
yekunlarına görə Beynəlxalq Şahmat
Federasiyasının reytinq-siyahısında Teymur
Rəcəbov və Vüqar Həşimovla
yanaşı gənc şahmatçılarımız Qədir
Hüseynov və Rauf
Məmmədov da öz
yaş qruplarında lider
mövqelərinə yüksəlmişlər. Bu yüksək nəticələri respublikada ümumən şahmatın
inkişafı yolunda mühüm
mərhələ kimi nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti 18 dekabr 1998-ci il tarixdə "Azərbaycanın uşaq şahmatçılarına dövlət
qayğısının artırılması haqqında" sərəncam
imzalamışdır
Bu dövrdən başlayaraq ölkəmizdə
şahmatın, xüsusən də uşaq
və yeniyetmələr arasında şahmatın
inkişafında yeni mərhələ
başladı.
Şahmatçılarımızın uğurları və
mövcud potensial şahmat idman növünün gələcək
inkişafının təmin edilməsi istiqamətində
görüləcək tədbirlərin həyata keçirilməsini
zəruri etmişdir. Şahmat
sahəsində dövlət siyasətinin həyata
keçirilməsi, ölkədə şahmatın və onun infrastrukturunun daha da inkişaf
etdirilməsini, beynəlxalq səviyyəli
şahmatçıların, məşqçilərin, hakimlərin və digər mütəxəssislərin hazırlanmasını təmin etməklə
ölkənin bu sahədə rolunun artırılması məqsədilə
Azərbaycan Prezidenti cənab İlham Əliyev 2009-cu il
mayın 5-də "2009-2014-cü illərdə Azərbaycanda
şahmatın inkişaf etdirilməsi
Dövlət Proqramı" imzalamışdır.
Dövlət
Proqramının həyata keçirilməsinə dair Azərbaycan Respublikası təhsil nazirinin əmrilə
Tədbirlər planı təsdiq edilmiş
və uğurla yerinə yetirilməyə
başlanmışdır. Bu istiqamətdə görülən işlər
çərçivəsində təcrübə mübadiləsi
aparmaq, seminarlarda iştirak etmək və hakimlik
etmək məqsədilə şahmat məktəblərinin
mütəxəssisləri mütəmadi olaraq Avropa və dünya çempionatlarına, hakimlik
və məşqçilik
seminarlarına və digər tədbirlərə ezam olunmuşlar. Bununla yanaşı, 2009-cu ildən başlayaraq şahmat məktəbləri
direktorları və digər mütəxəssislərin
seminar-müşavirələri keçirilir,
onlara müvafiq təlimatlar
verilir və yeniliklərlə
tanış edilirlər. Respublika Şahmat Məktəbi və bir
çox şəhər və rayon şahmat məktəbləri
əsaslı surətdə təmir olunub.
Sevindirici haldır ki,
Naxçıvan, Neftçala,
Xızı, Samux, Yevlax,
Şamaxı, Cəlilabad, Mingəçevir, Ağcabədi, Ucar, Goranboy və Qazax şahmat məktəblərinin
yeni binalarının
açılış mərasimlərində ölkə Prezidenti cənab İlham Əliyev
də iştirak etmişdir.
Hazırda
Azərbaycanda 66 uşaq-gənclər şahmat
məktəbi fəaliyyət göstərir. Bu
məktəblərdə 35 minə yaxın məktəbli məşğul
olur. Məktəblilərimiz hər il müxtəlif respublika
və beynəlxalq yarışlarda müvəffəqiyyətlə
çıxış edirlər.
1992-ci
ildən bu günədək uşaq və yeniyetmə
şahmatçılarımız təkcə dünya
və Avropa birincilik və
çempionatlarında 203 medal
qazanmışlar ki, onlardan
43-ü qızıl, 31-i gümüş,
29-u isə bürünc medallardır.
Artıq
səkkizinci ildir ki,
Beynəlxaq Şahmat Federasiyasının
(FİDE) qərarı ilə məktəblilər arasında
6 yaş qrupları üzrə, oğlanlar və qızlar ayrı-ayrı olmaqla dünya və Avropa çempionatları keçirilir
və bu yarış uşaq
və yeniyetmələr arasında ən kütləvi və əhəmiyyətli yarışlardan biridir.
Qeyd etmək lazımdır ki, respublikamızın
şahmatçıları 2007-ci ildən bu
yarışlarda iştirak edir
və demək olar ki,
müvəffəqiyyətlə çıxış ediblər.
Belə ki, 2007-ci ildə Lənkəran
şahmatçısı Cavidan Babazadə, 2008-ci ildə isə Masallı
şahmatçısı Şücaət Orucov
gümüş medal,
2009-cu ildə Yunanıstanın Saloniki
şəhərində keçirilən məktəblilərin
dünya birinciliyində Bakı
şahmatçıları Zaur Məmmədov
qızıl, Bakı şəhər 1 nömrəli
İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama
Məktəbinin yetirməsi Elxan Bayramov isə gümüş
medal qazanmışlar. 2010-cu il məktəblilərimiz üçün
daha uğurlu olmuşdur. Məktəblilərin
dünya birinciliyində Respublika
İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər Şahmat
Məktəbinin yetirmələri Aqil Pirverdiyev, Vüqar Əsədli
və Nərmin Xələfova qızıl medal,
Ucar rayon Uşaq-Gənclər
Şahmat Məktəbinin yetirməsi
Xatın Bağırova və Bakı şəhər 1 nömrəli
İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama
Məktəbinin yetirməsi Nərmin Kazımova gümüş medal, Lənkaran
şəhər Uşaq-Gənclər Şahmat
Məktəbinin yetirməsi Cavidan Babazadə
və Gəncə şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Ülviyyə
Fətəliyeva isə bürünc medal qazanmışlar. Komanda
hesabında isə komandamız çempion
olmuşdur. Həmin il Türkiyənin Kayseri
şəhərində keçirilən məktəblilərin
dünya çempionatında Qax rayon Uşaq-Gənclər
Şahmat Məktəbinin yetirməsi
Xanım Balacayeva qızıl medal qazanmışdır. 2011-ci ildə
Polşanın Krakov şəhərində
keçirilən məktəblilərin dünya
çempionatında Sumqayıt şəhər
Uşaq-Gənclər Şahmat Məktəbinin
yetirməsi Fərid Aslanov və Ucar rayon Uşaq-Gənclər
Şahmat Məktəbinin yetirməsi
Xatın Bağırova qızıl, Respublika
İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər Şahmat
Məktəbinin yetirmələri
İzzət Kənan, Oğuz
Abışlı gümüş medal, Aqil Pirverdiyev
isə bürünc medal
qazanmışlar. Komandamız yenə də çempion
olmuşdur. Həmin il
Türkiyənin Antalya şəhərində
keçirilən məktəblilərin Avropa
çempionatında Sumqayıt şəhər Uşaq-Gənclər
Şahmat Məktəbinin yetirmələri
Rəvan Əliyev, İsmayıl Mələk və
Bakı şəhər 2 nömrəli Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Mətin
Mürsəlli qızıl medal, Lənkaran
şəhər Uşaq-Gənclər Şahmat
Məktəbinin yetirməsi Cavidan Babazadə
gümüş, Naxçıvan şəhər
Uşaq-Gənclər Şahmat Məktəbinin
yetirməsi Rauf Murtuzov
isə bürünc medal
qazanmışlar. Komandamız isə komanda
hesabında 2-ci yerə layiq görülmüşdür.
2012-ci
il də uğurla
başlamışdır. Ötən ay
Rumıniyanın Yası şəhərində keçirilən
məktəblilərin 8-ci dünya çempionatında Bakı şəhər 1 nömrəli
İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama
Məktəbinin yetirmələri, 6 nömrəli məktəbin şagirdi Günay Məmmədzadə
qızıl, Nərmin Söyünlü bürünc, Respublika
İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər Şahmat
Məktəbinin yetirmələri 212 nömrəli məktəbin
şagirdi Nərmin Məmmədova gümüş,
136 nömrəli məktəbin şagirdi
Aytən Əmrayeva isə bürünc
və Bakı şəhər 2
nömrəli Uşaq-Gənclər Şahmat
Məktəbinin yetirməsi, 7 nömrəli məktəbin şagirdi İsmayıl Şahəliyev və Ucar rayon Uşaq-Gənclər
Şahmat Məktəbinin yetirməsi Xatın Bağırova gümüş medal
qazanmışlar.
Qeyd etmək yerinə
düşər ki, yuxarıda adları
çəkilən şahmatçılar təhsil
aldıqları məktəblərdə də müvəffəqiyyətlə
oxuyurlar və çoxları dərs əlaçısıdır.
İyunun 12-də
Yunanıstanın Halkidiki şəhərində
məktəblilərin Avropa
çempionatı başlayır. Bu
yarışa respublikamızdan 13 şahmatçı
qatılacaqdır. Ümidvarıq ki, bu dəfə də məktəbli
şahmatçılarımız bizi öz qələbələri ilə sevindirəcəklər.
Əmin
olmaq istəyirik ki, Azərbaycan şahmat
məktəblərinin yetirmələri ümummilli
lider Heydər Əliyevin və ölkə
Prezidenti cənab İlham
Əliyevin şahmatçılar qarşısında qoyduğu məqsədə - dünya
şahmat tacının Azərbaycana gətirilməsinə
nail olacaqlar.
İbrahim
MƏMMƏDOV,
"Təhsil" Respublika İdman
Mərkəzinin direktor müavini,
Azərbaycan
Respublikasının
əməkdar
bədən tərbiyəsi və
idman
xadimi,
əməkdar məşqçi
Azərbaycan
müəllimi.- 2012.- 8 iyun.- S.7.