"Germanistikanın
aktual problemləri"nə həsr olunmuş elmi-praktik
konfrans
İyunun 1-də
Azərbaycan Dillər
Universitetində "Germanistikanın aktual problemləri"nə
həsr olunmuş elmi-praktik konfrans keçirildi.
Konfransda Türkiyə, Avstriya, Almaniya, Rusiya universitetlərinin germanistika
üzrə tanınmış professorları, Almaniyanın,
Avstriyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri,
ADU-nun professor-müəllim heyəti və tələbələri
iştirak edirdilər.
Konfransı giriş sözü ilə
açan ADU-nun alman dili fakültəsinin dekanı, dosent
Sevinc Rzayeva germanistikanın elm sahəsi kimi daim öndə
getdiyini və indi də aparıcı mövqe tutduğunu qeyd
etdi. O, bu cür tədbirlərin keçirilməsində
universitet rəhbərliyinin, xüsusi ilə də ADU-nun
rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun
dəstəyinin olduğunu konfrans
iştirakçılarının diqqətinə
çatdırdı.
ADU-nun elmi işlər üzrə prorektoru, professor
Dünyamin Yunusov tədbir iştirakçılarını
universitet rəhbərliyi adından salamladı. Belə tədbirlərin
keçirilməsində fakültə və kafedraların təşəbbüs
göstərməsinin sevindirici hal olduğunu deyən D.Yunusov bildirdi
ki, tədqiqat işi ilə məşğul olan daim
inkişaf etməli, araşdırmalar aparmalıdır. Natiq universitet əməkdaşlarının
monoqrafiya və dərs vəsaitləri nəşr etdirmələrini
də yüksək qiymətləndirdi.
Türkiyənin Mərmərə Universitetinin
xarici dillərin tədrisi
bölümünün rəhbəri, professor Cemal Yıldız
konfransda iştirak etdiyindən məmnun olduğunu bildirdi. Türkiyə və Azərbaycan universitetləri
arasında əməkdaşlığın olduğunu və
bu əməkdaşlığın inkişaf etdiyini konfrans
iştirakçılarının nəzərinə
çatdırdı. O, germanistikanın Almaniya ilə
bağlı olmasına baxmayaraq İsveçrədə,
Avstriyada və digər ölkələrin dilçilik
universitetlərində də tədqiq olunduğunu qeyd etdi.
Bonn Universitetinin
professoru Heinrich Kelz həm Almaniyanın daxilində, həm də
bütün dünyada alman dilinin xarici dil kimi tədrisini təmin
etmək
qarşıda duran əsas vəzifələrdən
biri olduğunu vurğuladı və konfransın işinə
uğurlar arzuladı.
Almaniyanın Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Herbert
Kvelle ADU-da təhsil alan tələbələrin
alman dilinə böyük maraq göstərdiklərinin
sevindirici hal olduğunu bildirdi.
Avstriyanın ölkəmizdəki səfirliyinin
mədəni işlər üzrə
attaşesi Ziqlinde Şpanlanq Avstriya nümayəndələrinin
də konfransda iştirak etmələrindən məmnun olduğunu qeyd etdi.
Alman dilinin leksikologiyası
və üslubiyyatı kafedrasının
professoru Sərxan Abdullayev bilik qazanmaq üçün daim elmə
maraq göstərməyi, elmi inkişaf etdirmək
üçün səy göstərməyin vacib olduğunu
vurğuladı. O, alman dili fakültəsinin buna daim təşəbbüs
göstərdiyini bildirdi.
Konfransda əlavə çıxış edənlər
də oldu.
Şakir CƏFƏROV
Azərbaycan
müəllimi.- 2012.- 8 iyun.- S.5.