Bakı Avrasiya Universitetində elmi-praktik konfrans

  

İyunun 14-də Bakı Avrasiya Universitetində 15 İyun - Milli Qurtuluş Günü bu təhsil ocağının 20 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başladı. Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynli mərasimi açaraq qonaqları salamladı onları burada görməsindən məmnun olduğunu bildirdi.

Rektorun rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında verdiyi məlumata görə, bu universitet 1992-ci ildə Ali Diplomatiya Kolleci adı ilə yaradılmış, fəaliyyətinə isə 1993-cü ildən başlamışdır. Ali Diplomatiya Kolleci 2005-ci ildə Bakı Diplomatiya Kolleci, 2006-cı ildən isə Bakı Avrasiya Universiteti adlandırılmışdır. Yarandığı vaxtdan indiyədək universitetin bakalavr pilləsini 3109  nəfər, magistr pilləsini isə 200 nəfər bitirmişdir. Hazırda universitetdə 2 - filologiya jurnalistika, tətbiqi elmlər iqtisadiyyat fakültələri fəaliyyət göstərir.

Sonra "Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində dönüş nöqtəsidir" mövzusunda məruzə etmək üçün söz Bakı Avrasiya Universitetinin prorektoru, hüquq elmləri doktoru, professor Nazim Cəfərliyə verildi.

Məruzədə qeyd olundu ki, çox təcrübəli siyasətçi olan Heydər Əliyev hakimiyyətə gələndən sonra azərbaycançılıq ideyalarının əsası qoyuldu. Ulu öndər hara gedəcəyimizi dəqiq göstərdi bunun nəticəsində xalq onun ətrafında sıx birləşərək milli şüur, milli ruh nümayiş etdirdi. İnsanlar dərk etdilər ki, hansı böyük faciədən qurtarıblar ölkəni hansı istiqamətdə idarə edəcəklər. Dərhal xalqın maddi rifah halının yaxşılaşdırılması,   yerlərinin yaradılması, beynəlxalq əlaqələrin qaydaya salınması s. ilə bağlı normativ-hüquqi sənədlər qəbul olundu. Bunların hamısı o dahi insanın fədakar əməyinin nəticəsində mümkün oldu. Ümummilli liderimiz Heydər Əliyevin ən böyük xidmətlərindən biri layiqli davamçısını yetişdirməsidir. Bu gün Azərbaycan Respublikasında ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ulu öndərin siyasəti uğurla davam etdirilir.

Sonra monitorda Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin həyatı siyasi fəaliyyəti haqqında videoçarx nümayiş etdirildi.

Tədbirdə daha sonra universitetin regionşünaslıq tətbiqi elmlər kafedrasının müəllimi, professor Hikmət Rzayevin "Bakı Avrasiya Universitetinin 20 illik tarixində xarici əlaqələr", Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəlsəfə kafedrasının dosenti, əməkdar jurnalist Yasin Qaraməmmədlinin "Azərbaycan müasir dünya", Xəzər TV-nin Xəbərlər Departamentinin rəhbəri İbrahim Bostançının "Milli Qurtuluş Günü türk xalqının milli sərvətidir" mövzusunda məruzələri təqdim olundu.

Mərasimdə çıxış edən hüquqşünas, tanınmış adamı İlham Rəhimov, Bakı Şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Bakı Asiya Universitetinin rektoru Cəlil Nağılı, şair İlyas Tapdıq, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Milli Qeyri-hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni universitetin professor-müəllim tələbə heyətini yubiley münasibətilə təbrik etdilər, onlara gələcək fəaliyyətlərində şəxsi həyatlarında uğurlar arzuladılar.

 

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.- 2012.- 15 iyun.- S.3.