NDU ilə Ərzincan Universiteti arasında anlaşma memorandumu imzalanıb

 

Türkiyə Cümhuriyyətinin Ərzincan Universitetinin rektoru, professor İlyas Çapoğlu onun başçılıq etdiyi heyət Naxçıvan Dövlət Universitetində iki günlük səfərdə olmuşdur. Qonaqlar universitetdəki tədris prosesi ilə yaxından tanış olmuş, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat fəaliyyətini, siyasi irsini təbliğ edib araşdıran Heydər Əliyev Universitetində maarifləndirici universitet televiziyası,  Mətbuat şöbəsi "Nuhçıxan" radiosunun cəmləşdiyi Media Mərkəzində olmuşlar. Universitetin Tələbə Teatr Studiyasının türk dünyasının böyük ədibi Nazim Hikmətin 110 illik yubileyi münasibətilə hazırladığı "Qəribə adam" tamaşası maraq rəğbətlə qarşılanmışdır.

Rektorluqda  keçirilən görüşdə eyni  tarixi köklərə malik Azərbaycan Türkiyə arasındakı birlik dostluqdan, hər iki ölkə rəhbərliyinin "Bir millət, iki dövlət!" siyasətini uğurla davam etdirməsindən danışılmışdır. Rektor, akademik İsa Həbibbəyli universitetin strukturu, professor-müəllim heyəti, tələbə kontingenti ilə bağlı məlumat vermiş, bu arada türkiyəli tələbələr daxil olmaqla 229 xarici vətəndaşın təhsil aldığını bildirmişdir. Rektor qeyd etmişdir ki, 70-ə yaxın ölkə ilə beynəlxalq əlaqəyə malik Naxçıvan Dövlət Universiteti qardaş Türkiyənin Ankara, Ərdahan, Van 100-cü il, Kocaeli universitetləri ilə dayanıqlı elmi əməkdaşlığa malikdir.  Xatırladılmışdır ki,  Qars Qafqaz Universitetinin təşəbbüsü ilə Bakı-Tbilisi-Ərdahan-Qars dəmiryolu üzərində yerləşən ali məktəblərin əməkdaşlığı layihəsi uğurla həyata keçirilir. Bu yaxınlarda Türkiyə Cümhuriyyətinin Ağrı İbrahim Çeçen Universitetində "Bölgə universitetləri arasındakı işbirliyinin genişlənməsi qarşıdakı hədəflər" mövzusunda keçirilən seminarda Naxçıvan Dövlət Universitetinin Türkiyə Cümhuriyyətinin Ərzurum Atatürk, Qars Qafqaz, Ağrı İbrahim Çeçen, İqdır, Ərdahan Gürcüstan universitetləri ilə Mövlana proqramı üzrə tələbə mübadiləsinə dair danışıqlar aparılmışdır.

Ərzincan Universitetinin rektoru, professor İlyas Çapoğlu təmsil etdiyi universitetin 1976-cı ildə Ərzincan Məslək Yüksəkokulu kimi fəaliyyətə başladığını, 2006-cı ildən müstəqil universitet olan bu ali məktəbi Anadoluda dünya universiteti kimi formalaşıb inkişaf etməkdə olduğunu söyləmişdir. Rektor buradakı fakültələr,  elmin, təhsilin səviyyəsi haqqında danışmışdır.

Səfərin ikinci günü keçirilən görüşdə  hər iki universitetin rektoru ikitərəfli birliyinin elm təhsilin inkişafı, dünya təhsil sisteminə inteqrasiya baxımından əhəmiyyətindən danışmışlar. Sonra qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır. Sənəddə universitet tələbələri mühazirəçiləri arasında təhsil, professionallıq mədəni fəaliyyəti dəstəkləmək akademik əməkdaşlığı, qarşılıqlı mədəni əlaqələrin artırılması məsələləri öz əksini tapmışdır. Anlaşma memorandumunda  fakültə əməkdaşları tələbə mübadiləsi, mütəxəssis ekspertlərin səfəri, elmi tədqiqat işləri    informasiya  mübadiləsi,  müştərək  konfrans  simpoziumların, onlayn əlaqələrin təşkili  nəzərdə tutulur.

Türkiyəli qonaqlar universitetin təsviri incəsənət rəsmxət ixtisası tələbələrinin əl işlərindən ibarət sərgiyə baxmış, universitetin incəsənət fakültəsinin konsert proqramını maraqla izləmişlər. 

 

 

Mehriban SULTAN

 

Azərbaycan müəllimi.- 2012.- 22 iyun.- S.3.