Nobel mükafatı
laureatı, bioloq Ceyms Uotsonun elmdə yaşadığı həyatın
dərsləri
Bioloq Ceyms Uotson 1953-cü ildə DNT-nin
strukturunu kəşf etməklə məşhurlaşmışdı
(Frensis Krik ilə birlikdə) və bu işə görə
Nobel mükafatı almışdı. Sonralar Uotson ABŞ-da
insan genomunu tədqiq edən Milli Mərkəzin ilk direktoru
olmuşdu və məşhur "insan genomu" layihəsinə
rəhbərlik etmişdi.
O, həyatı boyu
xatirələrini
yazmış, sonralar bu xatirələri təhlil
edərək
ömrünün hər mərhələsi üçün əldə etdiyi
həyat dərslərini müəyyənləşdirmişdir.
Mən hər zaman həyat dərslərinə,
xüsusən də dahilərin, müdriklərin və
tanınmış alimlərin həyat dərslərinə
çox böyük önəm vermişəm. Çünki
bu dərslər insana gələcək həyatında
çox faydalı ola bilər. Uotsonun həyat dərsləri
həm də ona görə maraqlıdır ki, bu dərslər
şərəfli alim ömrünün həyat dərsləridir,
daha dəqiqdir, xüsusi alim zəkası "filtrindən"
keçdikdən sonra qeydiyyata alınıb. Bu dərslər
savadlı, ziyalı, alim, rəhbər olmaq istəyən məktəblidən
və tələbədən başlayaraq bu gün elmdə
çalışan gənc, orta və yaşlı nəsil
alimlərə olduqca faydalı ola bilər. Odur ki, Uotsonun həyat
dərslərinin maraqlı məqamlarını sizlərə
təqdim etməyi vacib saydım.
"Müəllimlərə
münasibətdə hörmətsizlik etməyin."
"Kollec
lazımdır ki, düşünməyi öyrənəsən."
"Yeni
ideyalar üçün adətən faktlar
lazımdır."
"Sizin
müəllimləriniz kimi düşünməyə
çalışın."
"Əgər düşünməyi
öyrənsəniz, bu, sizin həyatınızı
yüngülləşdirə bilər. Mən universitetdə
oxuduğum ilk illərdə imtahanlara hazırlaşarkən
olduqca çox əzbərləyirdim, cəhd edirdim ki, tədris
proqramlarında və kitablarında deyilənlərdən daha
çox bilim. Amma daha yaxşı olardı ki, mənim müəllimlərimin
mütləq verməyə hazırlaşdıqları suallar ətrafında
diqqətimi cəmləyim. Əgər onlar ev
tapşırıqları verdikləri əsas mövzulara diqqət
yetirsəydim həmin sualları bilə bilərdim. Mən
müəllimlərimi xüsusi maraqlandıran şeylərə
diqqətimi cəmləşdirdikdə onların fikirlərini
daha asan başa düşdüm."
"İlk
dissertasiyanız üçün özünüz mövzu
seçməyin."
"Sizin
intellektual maraq dairəniz dissertasiya mövzusuna nəzərən
daha geniş olmalıdır."
"Nə
qədər mümkündürsə adla müraciət etməyə
tez başlayın."
"Bazar
günləri işləyin."
"Ciddi müntəzəmliklə təşkil
olunan istirahət günü yalnız artıq işləmək
istəməyən və əldə olunmuşla qane olan halda
uğurla dincələn insan beyninin təbiəti ilə pis
uyğun gəlir. Nadir müstəsnalar olmaqla eksperimentlərin
zaman qaydasını əvvəlcədən söyləmək
olmaz və əvvəlcədən əqli dincliyi
planlaşdırmaq lazım deyil.
Eksperiment zamanı həll olmamış
məsələ qaçılmaz olaraq sizin şüurunuzda
qalacaq. Eyni zamanda istirahət günü işləmək adi
günlərdə işləməkdən daha maraqlı olur. Əgər
sizin eksperimentiniz alınmasaydı, istirahət günü
işə gəlməzdiniz."
"İdman
ağlı aydınlaşdırır."
"Eksperimentlər
və ya ideyalar sizi irəli aparmalıdır, amma arxayın
olmaq olmaz ki, onlar həmişə sizin
emosiyalarınızı bərabər qiymətli müdafiə
edəcək. Uğur sevinc gətirir,
uğursuzluq yox, amma uğursuzluq işlərin ayrılmaz hissəsidir.
Əgər sizin eksperimentləriniz hər zaman işləyirsə
və ya qiymətli ideyaların başınıza gəlməsi
dayanmırsa, bu, o deməkdir ki, yəqin ki, siz
özünüzə elə məqsəd seçmisiniz
ki, ona can atmağa dəyməz.
Elm kimi
bir məşğuliyyət üçün təbii olan
neyromediatorların uçuş və enişlərini
kompensasiya etmək məqsədi ilə başa arabir istirahət
vermək üçün idmanla məşğuliyyətə
daha çox güc sərf edin."
"Yayın
sonunda eksperimentlər aparmaq qeyri-təbiidir."
Uzun iyun günlərinin
yaratdığı eyforiya intensiv işləməyə və
intensiv oynamağa imkan verir. Tamamilə
eksperimentə həsr olunan gün erkən axşam softbol və
ya voleybol oynamağa bir az da olsun mane olmur. Amma avqustun əvvəlinə havanın qaralması
şam yeməyi vaxtına düşür və
saralmış yarpaqlar yada salır ki, payız uzaqda deyil.
Bu zaman suyun temperaturu hələ də artmaqda
davam etdiyindən eksperiment aparmaq əvəzinə çimərliyə
getmək daha ağıllı qərar olar və eksperimentlərin
icrasını növbəti səhərə saxlamaq olar.
Avqustun son həftəsində elə uzaq və
cəlbedici yerə getmək olar ki, iki və ya üç
gün müddətində elm haqqında düşünməyi
tam unudasan. Əgər özünüzə
bir neçə həftə məzuniyyət götürsəniz
o, heç vaxt sizə ziyan gətirməz. Məzuniyyətin
sonuna yaxın siz hətta ola bilsin ki,
beyninizin kifayət qədər dincəldiyini hiss edəcəksiniz.
"Əgər
seminarın mövzusu sizin üçün maraqlıdırsa,
birinci sırada oturun."
Sizə maraqlı olan seminarlardan fayda
götürməyin ən yaxşı yolu birinci sırada
oturmaqdır. Əgər sizin
üçün cansıxıcı deyilsə, onda
hamının gözü qarşısında yuxulayıb pis vəziyyətə
düşməyə risk etmirsiniz. Əgər
siz seminarı aparanın fikirlərinin gedişini izləyə
bilməsəniz birinci sırada oturduqda hər zaman onu
dayandırıb soruşa bilərsiniz. Çox
böyük ehtimal ki, təkcə siz mühakimələr
sapını itirməmisiniz. Sizin sualınız, hətta,
hamıya seminarı aparanın nəsə həqiqətənmi
əhəmiyyətli bir şey demək istədiyini və ya
o, onun özü-özünü buna
inandırdığını başa düşməyə
kömək edə bilər. Sual vermək
üçün seminarın sonunu gözləmək patoloji nəzakətlilik
göstərmək deməkdir. Siz
böyük ehtimalla mühakimələr sapını harada
itirdiyinizi unudacaqsınız və nəyisə başa
düşmədiyiniz haqqında sual verəcəksiniz.
Əgər seminarın sizə
cansıxıcı olacağı haqqında şübhələnsəniz,
amma o dərəcədə yox ki, onu buraxmaq riskini edəsiniz,
onda arxa sırada
oturun.
"Təkrarlanmayan
nəticələr uğur gətirə bilər."
Elmdə gözlənilən nəticəni
almaq həmişə xoşdur, amma siz bir neçə dəfə
eyni nəticəyə gəlməsəniz o, yekun
razıqalmaya gətirib çıxarmır.
Əgər siz çox ehtiyatsız işləyirsinizsə,
heç vaxt təkrarlana bilən nəticə ala bilməzsiniz.
Amma siz yalnız məhdud ehtiyatsızlıq etsəniz, sizin
yaxşı şansınız ola bilər
ki, eksperimentə hansısa nəzərə
alınmamış faktoru gətirəsiniz və bəxtiniz gətirsə,
əvvəllər məlum olmayan hadisəni tuta bilərsiniz.
"Sizin
eksperimentlərinizdə hər zaman auditoriya
olmalıdır."
Ekperimenti başlamazdan əvvəl əmin
olun ki, yoxlanılan ehtimal yalnız sizi maraqlandırmır.
Əvvəllər kəşf olunmuş üzərində
məqsədsiz variasiya, sizin laboratoriyanız müstəsna
olmaqla, hamıda yalnız əsnəmə yarada bilər.
Tələbə üçün demək olar
ki, monoton fəaliyyət laboratoriya metodlarını
yaxşı mənimsəmək üsuludur, amma ona həqiqi
elm kimi yox, məşğələlər kimi baxmaq
lazımdır. Axı onun nəticələrini
heç vaxt ciddi alimlərin oxumadıqları jurnallarda
çap etdirmək olar. Yeni söz demək
cəhdi əsnəməkdən də pis nəticələrə
gətirib çıxara bilər, beləliklə, ona hazır
olun ki, əksər həmkarlarınız sizi anormal hesab edəcək.
Amma əgər siz bir nəfər və ya bir neçə nəfər
sizin etdiklərinizi qiymətləndirə bilən
ağıllı adam tapmasanız, ehtimal
ki, belə inadkarlıq sizin
ağılsızlığınızı və ya dəliliyinizi
nümayiş etdirir.
"Elm
ünsiyyət tələb edir."
Siz məktəbdə oxuyarkən digərləri
ilə ünsiyyətdə olmadan faktları və ideyaları
öyrənməkdə uğur qazana bilərsiniz.
Amma elə ki, elm aləminə düşdünüz, bu
sferalar qarışır və təkcə sizin istirahətinizin
keyfiyyəti yox, həm də peşə uğurlarınız
tələb edir ki, siz başqalarının təkcə elmi
işlərini yox, şəxsi keyfiyyətlərini də qiymətləndirə
biləsiniz. Qeybət etmək hamıya, o
cümlədən alimlərə də xasdır, yenilikləri
bilməmək isə qolları bağlı işləmək
deməkdir.
Elmi karyeranın başlanğıcında
xüsusən əhəmiyyətlidir ki, digər
laboratoriyaların necə işlədiyinə baxasan, həm də
bu və ya digər nəticəni yeni necə interpretasiya etmək
haqqında digərləri ilə söhbət edəsən.
Yeni başlayanlar üçün öz həmkarlarını
rəqib görmək tamamilə təbiidir. Xüsusi halda bu, lazımdır və haqlıdır.
Amma elmi biliklər axtarışı
sıfır cəmi ilə oyun deyil, o, daima nəsə
saxlayır ki, kəşfi gözlənilir və siz öz həmkarlarınızı
nə qədər yaxşı tanısanız bir o qədər
öz piroq payınızı götürmək
şansınız olar.
"Sizi
bezdirməzdən əvvəl tədqiqat sahəsini dəyişin."
Digər peşələrdə olduğu
kimi, elmdə də şəxsi münasibətdə adamlar
olduqca tez-tez gözləyirlər ki, hər şey olduqca pis
olsun, o vaxta qədər isə hətta vaxtı çatsa da
çalışırlar ki, heç nəyi dəyişməsinlər.
Əslində isə dağın altına hərəkət
etməyə heç bir ağlabatan əsas yoxdur. Bundan qaçın və onda siz ölənə qədər
həyatda sevinəcəksiniz.
"Öz
zamanını qabaqlayan tədqiqat predmetini seçin."
Hansısa başqa adamların etdiyi
böyük kəşfdən sonra onun detallarını dəqiqləşdirmək
çətin ki, böyük alim etsin.
Əksəriyyətin hələ həllinin
vaxtı çatmadığını hesab etdiyi əhəmiyyətli
tədqiqat problemini öz qarşınızda qoyun və bir
sıçrayışla öz həmkarlarınızı
ötüb keçin.
"Yalnız
yaxın illərdə hiss oluna bilən uğur gətirəcək
məsələlər üzərində işləyin."
Öz zamanını qabaqlayan əhəmiyyətli
məsələləri çox tapmaq olar.
Mən hər hansı bir məsələ
üzrə inamla işə o vaxt başlayıram ki, yaxın
üç-beş ildə düşünülmüş nəticələr
almağımı mümkün hesab edirəm. Əgər sizin tunelin sonunda işıq görmək
şansınız olduqca azdırsa, bu sahəyə aid mövzu
götürüb öz elmi karyeranızı risk altına
salmayın. Əgər sizin 30% ehtimalla
yaxın iki-üç ildə suala cavab tapacağınıza
əsasınız varsa və digər əksəriyyət
yaxın on ildə onu həlledilməz hesab edirsə, belə
cəhd etməyə dəyər.
"Heç
vaxt iştirakçılardan ən ağıllı
olmayın."
İntellektual turnirlərdən həmişə
qalib çıxmaq üçün gözlənilməz
intellektual döyüşlərdə iştirak etmək
lazımdır. Sizin mühakimələrinizdə
səhvləri tapa bilmək və ya sizin fikrinizi təsdiq və
ya inkar edə biləcək faktlarla sizi təmin etmək
üçün kifayət qədər biliyə və qabiliyyətə
malik olan adamlar məclisini sizə heç nə əvəz
edə bilməz. Ətrafdakıların
ağlı nə qədər iti olarsa, sizin də
ağlınız bir o qədər iti olar. Bu, insan təbiətinə,
xüsusən də kişi təbiətinə
əksdir, amma sürünün başçısı
mövqeyi daha böyük uğurlar yolunda mane ola bilər. Birinci sinif kimya bölməsində az-çox
inkişaf etmiş kimyaçı olmaq o qədər də
yaxşı olmayan bölmədə birinci dərəcəli
ulduz olmaqdan daha yaxşıdır.
"Özünüzün
intellektual rəqibləriniz ilə sıx əlaqə
saxlayın."
Əgər siz əhəmiyyətli məqsəd
uğrunda çalışırsınızsa, çox ehtimal
ki, ciddi rəqabətlə qarşılaşacaqsınız.
Kim tədqiqatla tək məşğul olmaq istəyirsə,
elmin xaricində qalmağa məhkumdur. Yarışda
iştirak düşüncəsi güclü əsəbləşdirə
bilər, amma layiqli rəqiblərin olması sizin layiqli məqsədə
can atmanızın təminatçısı olur. Əgər onlar olduqca çoxdurlarsa,
düşünməyə dəyər. Bu, adətən
o deməkdir ki, siz olduqca aydın, öz zamanını kifayət
dərəcədə qabaqlayaraq daha konservativ və az təxəyüllü əksəriyyəti
qorxuda bilən məqsəd uğrunda yarışda iştirak
etmirsiniz. Üç və ya dörddən çox rəqibin
olması təkcə onu demir ki, sizin uğur
şansınız azdır, həm də onu deyir ki, onları
demək olar ki, adekvat qiymətləndirmək mümkün
deyil. Bu halda əksər rəqiblərinizin güclü və
zəif tərəfləri haqqında az
ehtimal ki, adekvat təsəvvürünüz olsun. Onlar nə
qədər az olsalar, onlarla məsələni
aydınlaşdırmaq daha asan olur və daha çox
şansınız yaranır ki, bu yarışda
ağıllı hərəkət edə biləsiniz. Rəqiblər çox olduğuna görə onlardan
qaçmaq təhlükəli yol açmaqdır.
"O adam ilə bir yerdə işləyin ki, sizinlə
intellekt baxımından bərabərdir."
İki alim bir yerdə işləyərkən
iki tək işləyən və hər biri öz yolu ilə
gedənlərə nəzərən adətən daha
çox uğur əldə edir. Yaxşı elmi cütlüklər hesablanmaqla
yaradılmış evliliyə bənzəyir və bir-birini
uğurla tamamlayan insanları birləşdirir.
Amma elmi komandada ikidən çox adam olduqda orada sıxlıq yarana bilər. Əgər
üç adam ümumi məqsəd
ardınca gedirsə, onlardan biri lider olur, digərlərindən
biri isə gec-tez özünü başqalarından zəif
hiss etməyə başlayır və inciyir ki, əsas qərarlar
onsuz qəbul olunur. Bundan başqa, üç nəfər
bir yerdə işləyəndə hər bir
iştirakçının alınan nəticələrdə
iştirakını ifadə etmək çətin olur.
"Qoy həmişə
sizi xilas edə bilən adamınız olsun."
Öz dövrünüzü qabaqlamağa
çalışarkən siz özünüzə çox
şey götürdüyünüzü hesab edən
adamları qaçılmaz olaraq
qıcıqlandıracaqsınız. Onlar sizin uğursuzluqlarınıza sevinəcəklər,
hesab edəcəklər ki, tale sizi haqlı olaraq cəzalandırır.
Bəzən onlar, yalnız özlərini o anda
göstərirlər ki, siz fəlakətə
uğrayırsınız. Siz çox vaxt
aşkar edirsiniz ki, onlardan necə asılısınız - məsələn,
sizə təqaüd və ya qrant verilməsini uzatmaq
haqqında onların qərarlarından. Odur
ki, həmişə bilmək lazımdır ki, təsir
gücünə malik olanlardan (sizin valideynlərinizdən
başqa) kimlər sizin tərəfinizdədir.
"Mühazirələrdə
öz tədqiqatlarınızdan danışın."
"Tələbələrdən
söylənilən faktlardan uzağı görməyi tələb
edin."
Bacarıqlı tələbələrdən
yalnız digərlərindən öyrəndikləri
faktları və ya ideyaları sizə söyləməyi tələb
etsəniz, bu, onları auditoriyadan kənardakı həyata
hazırlamır.
"Tələbələrinizi sizin
mütəxəssis olmadığınız predmetləri mənimsəməyə
görə mükafatlandırın."
Tələbələrin hamısı sərbəstliyə
can atır və onları bu sərbəstliyə
hazırlamağın ən yaxşı üsulu odur ki, gələcəkdə
inkişaf etmək üçün lazım olan yaxın fənlər
və texnologiyalarla tanışlıq üçün onlara
imkan verilsin.
"Heç
vaxt imkan verməyin ki, tələbələriniz özlərini
laborant hiss etsinlər."
Sizin həqiqətən də
maraqlandığınız mövzu üzrə gələcək
dissertasiya mövzusuna uyğun iş vermək məqsədəuyğundur.
Eyni zamanda heç cür imkan vermək olmaz ki,
onlar sizin karyeranız üçün işlədiklərini
düşünsünlər. Tələbələr
gördükləri işlərin, hər şeydən əvvəl,
onların öz xidmətləri kimi qeyd olunacağına əmin
olduqda daha yaxşı işləyirlər. Ceyms Uotson qeyd edir ki, adətən tələbə
onun laboratoriyasına gəldikdən bir və ya iki ay sonra tələbənin
işinə hər gün etdiyim nəzarəti
dayandırıram. Mən imkan verirəm
ki, o, öz tempində işləsin və mənim kabinetimə
yalnız onun nəsə göstərə biləcəyi halda
gəlsin (mənfi və ya müsbət nəticələr).
Əgər tələbə işlədiyi
laboratoriyada məzmunlu seminar keçirə bilirsə, bu o deməkdir
ki, o, artıq sərbəst işləməyə öyrənib.
"Gülərüz
köməkçi götürün."
Daimi əməkhaqqı olmayan alim əgər
yatmırsa, onda laboratoriyada vaxtını keçirir.
Ceyms Uotson yazır: "Kim mənimlə birgə işləyirdisə,
mənim üçün ailə kimi idi və onlarla birgə
nahar edir, birgə çimərliyə gedir, xizək
sürürdüm." Və laboratoriya işlərində
mənə kömək üçün laborantlar seçərkən
çalışırdım ki, mənim əhatəmdə
yumor hissi və pozitiv əhvali-ruhiyyəsi olan, sülh meyilli
olsunlar ki, uğursuzluq anlarında sakitləşdirə bilsinlər.
Ən yaxşı ətraf mənim evlənməmiş
həmyaşıdlarım idi. Hələ ailə
qayğıları ilə yüklənmədiklərindən
onlar ciddi iş rejiminə riayət etməyə bilərdilər.
Onlardan xahiş etmək olardı ki, axşam
saatlarında və istirahət günlərində (hansısa
bir nəticəni daha tez almaq istədikdə) bizə kömək
etsinlər. Eyni zamanda mən də onlara əməkdaşlarım
kimi yox, daha çox dostlarım kimi baxırdım və
laboratoriyada icra etmək üçün iş olmadıqda
onların laboratoriyada qalmalarını xahiş etmirdim."
"Akademik
müəssisələr çox sadə dəyişə bilməzlər."
Akademik mübarizələrin çox hissəsi
otaqlar, təyinat və yüksəliş uğrunda olur.
Universitet həyatı olduqca tez-tez sıfır
cəmli oyun olur və burada hər bir uduşa ekvivalent uduzmaq
düşür. Təəssüf ki, əksər
dekanlar və şöbə müdirləri çox vaxt
ardıcıl fəaliyyət göstərmirlər və
öz əməkdaşlarını bir il
öncə imtina olunmuş nə iləsə
mükafatlandırmaqla öz hakimiyyətlərini və təsirlərini
saxlayırlar.
"Kollec
tələbələrini elmi işə həvəsləndirin."
Ceyms Uotson yazır: "Elə ki,
laboratoriya masaları boş olurdu, ləngimədən mənim
rəhbərliyim altında tədqiqatlar aparmağa can atan
qabiliyyətli kollec tələbələrini qəbul edirdim.
Onlardan çoxu hələ müəyyən etməmişdilər
ki, magistraturaya və ya tibbi kollecə getsinlər və onlar
üçün elmi iş ilə klinikada işin fərqini
görmək faydalı idi. Bundan başqa, tədqiqat qrupunda
iştirak onlara elm üçün şəxsi keyfiyyətlərin
əqli qabiliyyətdən az əhəmiyyətli
olmadığına inanmaq imkanı verirdi. Bu
doğrudur ki, elm ilə uğurlu məşğul olmaq
üçün xüsusi növ qabiliyyət lazımdır.
Laboratoriyalarda çox vaxt elə adamlara rast gəlmək
olar ki, onların olduqca yüksək istedadı imtahanlarda
aşkar olunmur. Onlar yalnız o vaxt
oyanır ki, onların qarşısında "köhnə məlum
olana" aid yox, "yeni, məlum olmayan" haqqında məsələ
qoyulur."
"Öz
fakültənizdə seminarları elmdəki yeniliyə həsr
edin."
Fakültənin keyfiyyəti haqqında həftəlik
seminarlara əsasən qiymət vermək olar.
Elm məşhurları adətən harasa
yalnız o zaman getməyə hazır olurlar ki, orada özləri
üçün fayda görsünlər. Geniş
tələbə auditoriyası cəlb edilə bilinməyən
və yalnız əsasən fakültənin nüfuzunu qorumaq
üçün iştirak edən əməkdaşlardan ibarət
olan auditoriyada keçirilən seminarlar tezliklə onlar
üçün də cansıxıcı olur. Seminarları keçirmək üçün hələ
sizin universitetdə öz yerini möhkəmlətməmiş
və yeni yaranan elmi istiqamətlərin nümayəndələrini
dəvət etmək daha yaxşı olar. Yaşlı
əməkdaşlarınızdan olan dostlarınızı
seminarları aparmaq üçün seçərkən siz tələbəyə
onlarda olanı onlara vermək riskini edirsiniz. Əksər hallarda kiçik işçilərdən
birinə həvalə etmək lazımdır ki, əla seminar
aparması gözlənilən hər hansı bir adamla
danışıb seminar aparmağa dəvət etsin və o, gəldikdə
onu müşayiət etsin. Kiçik əməkdaşlarda
bu işi bacarmaq üçün vaxt və motivlər
çoxdur, çünki onlar fikirləri onların intellektual
həyatlarını zənginləşdirə biləcək
alimlərlə görüşmək imkanını qiymətləndirirlər.
"Yeni
jurnalın redaksiya heyətinin tərkibinə daxil olun."
Çoxdan mövcud olan jurnalın redaksiya
heyətinin tərkibi olduqca nadir hallarda dəyişir ki, yeni
elmi istiqamətlərin tələblərinə cavab versin. Yeni istiqamət yeni düşüncə tərzi
yaradır və yeni jurnal tələb edir. Keçmiş ilə yaşayan redaktorlar heç də
həmişə elmdə yeniliyin qiymətini layiqincə verə
bilmir və çox vaxt hətta bilmir ki, rəy
üçün kimə müraciət etsin.
"Böyük
kəşflərin nəticələrini ləngimədən
çap etdirin."
"Səyahət
elmi yaxşılaşdırır."
Hansısa mötəbər elmi müəssisədə
işləməyinizdən asılı olmayaraq istənilən
ayrıca götürülən anda sizin ixtisasınız
üçün əhəmiyyətli olan şeylər,
böyük ehtimalla, hardasa başqa yerdə də icra olunur.
Əgər siz Elmlər Akademiyasında işləyirsinizsə
bu, heç də o demək deyil ki, sizin tədqiqat
apardığınız sahədə universitetlərdə və
ya sahə institutlarında aparılan işlərdən xəbərdar
olmaq lazım deyil. Digər auditoriyalar
qarşısında çıxışlardan imtina etməklə
siz öz gələcəyinizi zədələyirsiniz. Öz ərazinizdən kənara çıxmaqla siz
bacarıqlı aspirantlar və digər elmə gəlmək
üçün istedadlı adamlarla görüşə və
onları komandanıza dəvət etməklə
komandanızı gücləndirə bilərsiniz. Əgər
siz qabiliyyətli tədqiqatçı ilə, onun məqalələri
vasitəsi ilə tanış olsanız,
çox güman ki, onu kimsə başqa adam işə qəbul
edib. Əgər siz həddən artıq
gediş-gəliş edirsinizsə, təbiidir ki, bu, əks nəticə
verəcək. Çalışın ki, əsas
kurslar üzrə öz mühazirələrinizi təxirə
salmayasınız.
"Həyata
keçməsi möcüzələr tələb edən
layihələri müdafiə etməyin."
Ona görə ki, hətta onlar həyata
keçirilsə də, verəcəkləri mənfəət
məsrəflərdən az olacaqdır.
"Mübahisəli
məsələlərə aid təkliflər siyasi müdafiə
tələb edir."
"Müvəffəqiyyəti
mükafatlandırmaq lazımdır."
Ceyms Uotsonun dedikləri: "Mən
heç vaxt bilməyəcəm ki, Harvardın mənə əməkhaqqımın
artırılmasına layiq olan Nobel mükafatına görə
təşəkkürünü bildirməməsində
biologiya şöbəsində olan düşmənlərimin
iştirakı var və ya yoxdur. Mənə elə
gəlir ki, Harvardın nüfuzunun artmasında mənim xidmətlərim
prezidentdən aldığım, bir cümlədən ibarət
təbrik yazısından daha çoxuna layiqdir. Adamlar çox çərənləyirlər ki,
guya elm mühiti üçün pul birinci stimul deyil. Lakin bu, o faktı aradan qaldırmır ki, istənilən
işə götürən üçün əməkhaqqı
onun sizə necə dəyər verdiyini göstərmək
üsuludur. Beləliklə, pul sizə
lazım olsa da, olmasa da, nəzarət edin ki, əməkhaqqınız
statusunuza uyğun olsun."
"Öz
hiddətinizi vasitəçilərlə
çatdırın."
"Universitet administrasiyasının
ünvanına dərin hiddət hissini sizinlə düzgün
olmayan rəftar edildiyini düşünən
dostlarınız vasitəsi ilə
çatdırmağınız yaxşıdır.
Hər şeyi birbaşa öz dekanınıza
demək cəhdiniz asanlıqla elə sözlərə
keçə bilər ki, sizin üçün körpüləri
yandıra bilər. Heç cür yol vermək
olmaz ki, sizi təmkinli olmayan və şeylərə başqa
nöqteyi-nəzərdən baxmağı bacarmayan insan kimi qəbul
etsinlər."
"Adekvat
olmayan iş otağına görə işdən
çıxmağa hazır olun."
"Sizin həmkarlarınız bilməyəcəklər
ki, siz əməkhaqqına az və çox əlavə
olunduğunu bilmir, amma hamı sizə məhz hansı otaq
ayrılmasını görəcək və bu, sizin
uğurlarınıza və digərlərinin sizin
haqqınızda təsəvvürlərinə təsir edəcəkdir.
Eyni vəzifədə olan bütün əməkdaşlar
üçün otaqların bərabər paylanması ədalətlidir,
amma işin səmərəliliyini azaldır. Öz karyerasının müxtəlif mərhələlərində
olan elmi işçilərdə tələbatlar müxtəlifdir,
lakin əgər uyğun şəkildə otaqlar verilsə və
geri alınsa, bu, favoritizmdə günahlandırmağa gətirib
çıxarır. Beləliklə,
otaqların rasional düşüncədən daha çox
siyasi düşüncələr əsasında
bölgüsü normaya çevrilmişdir. Amma əgər sizə yeni işıqlı ideyanı
işləyib hazırlamaq və ya eksperimental
sıçrayış üçün lazım olan fəza
ayrılmasa, başqa yerdə çalışan
işçilər sizi tamamilə ötüb keçə bilər.
Lazımi otağın ayrılmasından imtina o
deməkdir ki, sizin bacarıqlarınızı lazımınca
qiymətləndirmirlər və ya sizin fakültə
üçün mənası yoxdur ki, siz qalacaqsınız və
ya gedəcəksiniz. Əgər siz
özünüzün işdən
çıxacağınızla inandırıcı hədələyə
bilməsəniz, heç vaxt bilməyəcəksiniz ki,
hansı hesabdasınız. Bütün
bunlar kifayət qədər ciddidir və həmişə
bundan keçmək çətin olur. Amma, əgər
siz bu Darvin dünyasında belə böhran yaratmasanız,
onda məhdud ehtiyatlar qaçılmaz olaraq sizin daha az sakit həmkarlarınıza keçəcək."
"Qoy
sizin rəhbərliyə yaxın dostlarınız olsun."
"Heç
vaxt ölməkdə olan fənlər üzrə mütəxəssislərə
daima əməkhaqqı təklif etməyin."
"Sədr
olun."
"Əksər aparıcı universitetlərin
alimləri elmlə məşğul olmaq vaxtına mane olan səlahiyyətləri
görmək istəmirlər. Onlar administrativ işi bezdirici hesab edirlər və hər
biri istəyir ki, bölmənin sədri kimsə
başqası olsun. Məsuliyyətdən bu yolla
qaçma səbəbindən əksər təbiət elmləri
bölmələrində iş ola biləcəyindən
az cəlbedici olur. Kokteyli qarışdıran
solominka (çubuq) qiymətlidir. Şöbələrin
zəif rəhbərləri əməkdaşlar arasında əhəmiyyətli
kursları və ya qiymətli avadanlıqları və iş
fəzasını (yerini) bölərkən ağılsız
qərarlar qəbul edir. Uğursuz
seçilmiş əməkdaşlar məşğələləri
aparır və kitabxana üçün heç kimin
oxumadığı jurnalları alır. Bölmənin
iclasları mənasız keçir, həyati məsələlərə
aid olmayan mənasız müzakirələr aparılır və
otaqda oksigen tükənənə qədər davam edir. Sədr funksiyası ağıllı professorun
vaxtının 10%-dən çoxunu almamalıdır."
"İki
ciddi məşğuliyyət olduqca çoxdur."
Çoxlu sırf nəzəri
düşüncələr kimi eksperimentlər də adətən
sizin əvvəlcə düşündüyünüzdən
ən azı 5 dəfə çox güc tələb edir.
İstənilən sahədə, istər
universitet prezidenti, skripaç, qiymətli kağızlar
üzrə mütəxəssis və ya alim olduqda öz məsələlərinə
sadiqlik və ona vurğunluq lazımdır. Öz diqqətinizi müxtəlif predmetlər
arasında bölməklə eyni qabiliyyətə malik, amma
böyük məqsədyönlülüyə sahib olan rəqibinizin
xeyrinə oynayırsınız. Özünü
peşəkar violençelist adlandıran uğurlu bankir
çox vaxt nə yaxşı bankir, nə də yaxşı
violençelist olmur.
"Bir bina
daxilində rəqabət sağlamlıq üçün zərərlidir."
"Eyni məqsədə can atan ciddi rəqibin
olması həmişə həyəcan mənbəyidir. Hər zaman yanında yerləşən adama pislik
istəyi ruhi gücü zəiflədir. Elmdə
yol məqsəd deyil, məqsəd məqsəddir. Və odur ki, rəqiblər başqa ölkədə
deyilsə, hansısa başqa şəhərdə olması
yaxşıdır. Əgər onlar eyni binadadırlarsa
bu, miniatür formalı cəhənnəmdir, həm də az məhsuldarlıqlı cəhənnəm.
"Elmi
karyeranızın zirvəsini gözləmədən rəhbər
rolunu götürün."
"Maariflənmiş
mütləqlik rejimi yaradın."
"Məni ona görə direktor təyin
etdilər ki, Kold-Sprinq-Xarborda işləyən əməkdaşlara
laboratoriyanın gələcəyi haqqında mənim fikirlərimi
bölüşdürməyə onları inandırmaq yox,
laboratoriyanın gələcəyini təmin edim.
Əslində tədqiqat müəssisəsi demokratik ola bilməz. Hər halda
ağıllı rəhbər onun planlarının qiymətləndirilməsinin
qayğısına qalır. Mən
heç vaxt artıq Kold-Sprinq-Xarborda işləyən
uyğun sahələrin mütəxəssislərindən
qeyri-rəsmi məsləhət almadan yeni əməkdaşları
işə götürməmişəm. Və
əsasən artıq bizim ştatda işləyən alimlərimizin
müdafiə etdikləri adamlar yeni əməkdaş olurdular.
Mənə məlum olduğu qədər mən bir dəfə
də olsun elə adam işə
götürmədim ki, bizim digər əməkdaşlarımız
ona qarşı olsunlar."
"Öz
alimlərinizə beysbol komandasını idarə edən
menecer kimi rəhbərlik edin."
"İdman və qabaqcıl elmi tədqiqatlar
arasında ümumi cəhətlər çoxdur.
Hər ikisinin həqiqi ulduzları orta
yaşlı adamlar yox, cavan adamlardır, baxmayaraq ki, bəzən
40-dan çox yaşı olan insan da tor qarşısında
raketka ilə və ya lövhə qarşısında təbaşir
ilə təhlükəli qüvvə olur. Yalnız o
adamlar uzun müddət elmi menecer ola bilərlər
ki, daima oyunu yeni səviyyəyə qaldıra bilən
istedadlı yenilərin axtarışında olsun. Əməkdaşlarının orta yaşının
tədricən yuxarı qalxmasına imkan verilən elmi müəssisələrdə
cansıxıcılıq qaçılmaz olur. Lakin yeni binalar tikilməsi və yeni yerlər
açılması hesabına əməkdaşların orta
yaşını azaltmaq sizə lazım olan deyil. Yaşlı olan binada həyat qaynamırsa, onda boruda
olduğu kimi pul uçmağa başlayır. Həmçinin artıq topu dəqiq ata bilməyən
alimləri təqaüdə göndərməyin vacibliyini
başa düşmək yaxşı menecer üçün əhəmiyyətlidir.
Yalnız daima özünü yeniləşdirən,
yeni düşüncə tərzini qəbul edən adamlar yenə
də sizinlə işləyərək orta yaş əldə
edə bilər."
"Oyunçuları
mövsümün ortasında dəyişməyin."
"Alimi işə götürdükdən
sonra ona tam imkan verin ki, topu tor üzərindən ata bilsin.
Güclü zərbələr insan 3-dən 5-ə
qədər mövsüm oynadıqdan sonra alınmağa
başlayır. Əgər siz bu həftə kim yaxşı formadadır prinsipi ilə
öz oyunçularınızı qiymətləndirsəniz
bu, yalnız komanda ruhuna ziyan gətirəcək. Ardıcıllıq və daimilik sizin
oyunçularınızdan ən yaxşı nəticələri
əldə etmək üsuludur. Bu
münasibətdə başqalarının elmi işlərinə
rəhbərlik öz elmi işini icra etməkdən əsaslı
şəkildə fərqlənir."
"Elmə
ayrılan ianələri elmin maliyyələşdirilməsinə
ayırın, əməkhaqqına yox."
"Ümumi qayda belədir: istənilən
elmi müəssisənin büdcəsinin yalnız ən
minimal hissəsi yaşlı əməkdaşların əməkhaqqına
getməlidir. Normal maliyyələşdirmə şəraitində
kim uğurlu alim kimi qalırsa, onun öz
şəxsi tələbatlarından xeyli artıq olan qrantlar
ala bilir. İanələrdən daxil olan vəsaitləri
yaxşı olar ki, karyerasının
başlanğıcında olan və aldığı qrantlar
adətən onların elmi tələbatlarına uyğun
olmayan alimlər üçün istifadə olunsun."
"Aparıcı
alimlərə vəzifə artımını onların gözlədiyi
vaxtdan tez verin."
"Yaxşı işçilərin vəzifələrini
tez artıraraq siz qaçılmaz olaraq çox da qiymətli
olmayan əməkdaşlara sərf edilməli büdcə hissəsini
azaltmış olursunuz. Kimi qiymətləndirirsinizsə
ona səxavətli olun: əməkhaqqına olunan əlavə
inflyasiyanın sürətini örtmürsə, başqa yerdə
iş axtarmaq vaxtıdır."
"Mümkün
olan qədər az qəbul təyin edin."
Əməkdaşlardan kimsə kabinetinizə
gəlirsə və ya sizin qəbulunuza yazılmaq
üçün zəng edirsə dərhal öyrənin ki,
ona nə lazımdır. Əgər
onlar hər hansı avadanlığa və ya tarifə həqiqətən
ehtiyac hiss edirlərsə, gözləmədən "hə"
deməklə həm özünüzün, həm də əməkdaşın
vaxtına qənaət etmiş olursunuz. Hətta
sizdə olmayan pulu verməyə söz vermək lazım gəlsə
də onu edin. Sizin
marağınızdadır ki, işçiniz sizin xoşunuza
gəlmək qayğısına yox, ancaq öz işinin
qayğısına qalsın.
Öz narazılığınızı
göstərməkdən utanmayın.
Nə vaxtsa işçilərinizdən
biri nəsə ağılsız bir söz
danışdıqda və ya başqa yolla qanınızı
qaynamağa məcbur etdikdə öz etirazınızı dərhal
bildirin. Öz-özünüzə
acıqlanmayın ki, yalnız ən yaxın adam
sizin narazılığınızı bilsin. Bu,
sizin sağlamlığınız üçün zərərlidir
və əslində davranışı ilə sizi təhqir
etmiş adama münasibətdə qeyri-səmimilikdir. Onlar artıq ehtiyatlanmalıdırlar ki, onlar
üçün böyük xoşagəlməzliklər var
və təbiidir ki, sizin tənqidinizə cavabı sonraya
saxlamağa yox, dərhal cavab verməyi vacib hesab edəcəklər.
Belə xoşagəlməz söhbətlər sonraya
saxlanılırsa, həmin adam öz həyatını
yaşamağa başlayır və münaqişə toxumu səpir.
Bu, məhsuldar deyil. Hətta ola bilər ki, siz haqlı deyilsiniz. Onda da həmçinin tez üzr istəyin.
"Ərazini
gəzin."
Sizin əməkdaşlarınız
qarşıya çıxan problemləri sizə
çatdırmaq üçün kabinetinizə nadir hallarda gələcək.
Dəhşətli həqiqət sizə o vaxt məlum
olacaq ki, artıq "ağacın budağı"
qırılacaq. Qabaqda olmaq
üçün hər günün bir hissəsini əraziyə
baxışla keçirmək vacibdir. Bu, sizə
laboratoriyada vəzifə pillələrində yüksək
yer tutmayan əməkdaşlarla görüşmək və
onlara işlədikləri üçün gülümsəmək və
ya razılıq sözləri ilə təşəkkür etmək
imkanı verəcək. Həmçinin bir o qədər
də əhəmiyyətlidir ki, laboratoriyalara axşamlar və
istirahət günləri də baş çəkilsin.
Yalnız adi günlərdə gündüz saatlarında
iş aparılan laboratoriyalar güman ki, faydasızdır. Əksinə,
şənbə günü gündüz laboratoriya masası
arxasında çalışan adam orada
vaxtını keçirmək üçün durmur.
"Mümkün olduqca daha çox səlahiyyətlərinizi
başqalarına həvalə edin."
Administratorlar da alimlər kimi onları
sakit qoyduqda öz işlərini daha yaxşı icra edir.
İstənilən idarə ya irəli və
ya geri gedir.
Aparıcı elmi müəssisəyə
rəhbərlik boş dayanmamağı tələb edir.
Yeni ideyaları və texnologiyaları tez istifadə
etmək lazımdır ki, digər yerlərdə
çalışan alimlər sizin əməkdaşlarınız
edəcəyi təcrübələri onlardan daha tez edə
bilməsinlər. Uğur avtomatik olaraq yeni
əməkdaşlara və avadanlıqlara tələbat
yaradır ki, bunun üçün çox vaxt yeni binalar tikmək
lazım gəlir. Əgər siz çox
az-az hallarda vaxtında (tez) irəli hərəkət edirsinizsə,
yeni elmi sıçrayışların bir qismi digərlərinə
qismət olma ilə yanaşı, aparıcı əməkdaşlarınızın
bir qismi digər yerlərə işləməyə keçəcək.
Elmdə idmanda olduğu kimi mövsümün sonunda əhəmiyyətli
deyil ki, bir il qabaq kim çempion olub. Odur
ki, özünüzə iş yeri seçərkən
sentimental olmayın və bunu digər alimlərdən də
gözləməyin. Gəmi ilə birgə
batmaq ağılsızlıqdır.
Əgər
satışa qoyulursa, həmişə qonşu əraziləri
alın.
Elmi müəssisənin inkişafı
qaçılmaz olaraq ərazisinin genişlənməsini tələb
edir. Odur ki, tərəddüd
etmədən sizin əraziyə bitişik yeri alın, hətta
ona dərhal tətbiq yeri tapmaq çətin olsa da. Hətta satıcı sizdən olduqca yüksək
haqq tələb etsə də sizin üçün bu sahə
kəskin vacib olduğu anda olduğundan daha çox satma
imkanınız olacaq. İndi bir qədər
artıq ödəmək qonşunun sizə öz şərtlərini
diktə etmək vaxtını gözləməkdən daha sərfəlidir.
Cəlbedici
bina elmi müəssisəyə güclü görünməkdə
kömək edir.
Bəzən belə görünür ki, əgər
çox da gözəl olmayan bina tikilərsə daha ucuz
tikinti materiallarının və tanınmayan arxitektorların
xidməti hesabına pula qənaət etmək olar.
Lakin uzaq perspektiv üçün bu, sərfəli
deyil. Yaraşıqlı, müasir binalar
xeyriyyəçilərə inam verir ki, onların da nəvələri
bu idarənin şöhrətindən istifadə edəcəklər.
Uzunömürlülük hissi əliaçıqlığa
səbəb olur.
Qoy
sizin varlı qonşunuz olsun.
Hansı məsrəfləri təmin etməsindən
asılı olmayaraq tədqiqat qrantları bütün
birbaşa ehtiyacları tam ödəyə bilmir.
Zəngin məzunlarından özünü
asılı edə bilən universitetlərdən fərqli
olaraq elmi-tədqiqat müəssisələrinə zəngin,
yerli uğurlarla öyünməyə meyilli olan qonşular
lazımdır.
Sizin
hamilərinizlə dostluq edin.
Sizin hamilərinizlə münasibətinizi
şəxsi ünsiyyət səviyyəsinə
qaldırmağın yaxşı üsulu onlar
qayğılardan dincəldikləri sferaya daxil olmaqdır (məsələn,
onların klublarına daxil olmaq və ya yay istirahətini
onların ailə ilə dincəldikləri yerlərdə
keçirmək). Əgər onlar sizi istəyəndən
çox dost kimi görsələr, çətin vəziyyətdə
sizin üçün daha çox şey edə bilərlər.
Əgər
yalnız götürsəniz və əvəzində
heç nə verməsəniz sponsorlar məyus olacaq.
Xeyriyyəçilik
qarşılılıqlığı tələb edir.
Sizin işiniz üçün pul xərcləyən
adamlara onların xeyirxahlığı üçün cavab
jesti ilə təşəkkür bildirmək lazımdır.
Bu, heç də o demək deyil ki, onlarla əliaçıqlıqda
bərabər olmağa çalışasınız: hədiyyə
yox, diqqət əsasdır.
Öz müəssisəniz
üçün də əliaçıq olmağınız
vacibdir. Heç də pis olmaz ki,
sizin əməkhaqqınızı müəyyən edənlərə
ümumi işiniz üçün onun bir hissəsini qurban
verməyə hazır olduğunuzu göstərəsiniz.
Əhəmiyyətli
qərarları vaxtında qəbul edin.
Uğur çox vaxt öz rəqiblərindən
qabiliyyətli olanlara yox, birinci başlayanlara gəlir.
Əgər nəsə etmək
lazımdırsa, onu ləngimədən edin. Əgər siz olduqca çox gözləsəniz,
kimsə başqası həmin ideyanı söyləyəcək
və siz başqasının proqramını icra edən vəziyyətində
qalacaqsınız. Belə hallarda sizə
tabe olanların əsası olacaq ki, nə üçün məhz
sizin ən yüksək əməkhaqqı almanızla
maraqlansınlar.
Ceyms Uotson yazır: "Ümumi uğura
inam üçün Harvardda əməkhaqqı yenidən
ciddi rəqiblərində olduğundan daha yüksək
olmalıdır. Ulduzları cəlb etmək
üçün ulduz əməkhaqqı vermək lazımdır.
Yaxşı alimlər artıq Harvarda ona görə
getməzlər ki, o, Harvarddır. Heç kim elmə varlanmaq üçün gəlmir,
amma adamlar onunla məşğul olmaq qərarına ona görə
gəlmir ki, bütün həyat rahatlıqlarından
özünü məhrum etsin."
"Elm horizont kənarına
çıxarması üçün yaxşı
ağılları toplamaq lazımdır və onlara imkan vermək
lazımdır ki, yaxşı ağıllar təbii yolla etməyə
cəhd göstərdiklərini etsinlər - öz dövrlərinin
ən cəlbedici məsələlərini həll etsinlər.
Belə ağıllar qaçılmaz olaraq
özlərinə oxşarları cəlb edəcəklər
və digər qalanları özü-özünə
çıxır."
Ceyms Uotsonun elmdə yaşanan həyat dərslərinin
demək olar ki, hamısı qəbul olunandır.
Odur ki, elmi idarə edənlər də, elmdə nüfuz
qazanmış insanlar da, elm aləminin "astana"sından
yenicə bu aləmə daxil olanlar da, gələcəkdə
elm yolunu seçmək istəyində olanlar da bu dərslərdən
faydalana bilərlər. Eynşteyn, Landau, Mendeleyev, Korolyov,
Vasim Məmmədəliyev, Tesla, Murtuza Nağıyev, Abbas
Çayxorski, Xudu Məmmədov, Nyuton kimi alimlərin alim həyatlarından
öyrəndiklərim də bu fikri mənə qəti əminliklə
deməyə imkan verir. Dahilərin həyat dərsləri
bu əminliyin əsasıdır.
Vaqif
ABBASOV,
AMEA-nın
müxbir üzvü,
kimya elmləri doktoru, professor,
Neft
Kimya Prosesləri İnstitutunun direktoru
Azərbaycan
müəllimi.- 2012.- 22 iyun.- S.5.