Futbolçu
qızlar Azərbaycan birincisi olmuşlar
Azərbaycan
Respublikası Prezidentinin Azərbaycan
Respublikasında 2012-ci ilin "İdman ili" elan edilməsi ilə bağlı sərəncamından
irəli gələn vəzifələri həyata keçirmək
məqsədilə Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin Tədbirlər Planına əsasən bir sıra işlər həyata keçirilmişdir.
Keçirilən tədbirlərdə digər təhsil müəssisələri
ilə yanaşı Bakı şəhəri 9 nömrəli
Uşaq-Gənclər İdman Məktəbi
daha çox diqqəti
cəlb edir. Burada fəaliyyət göstərən bölmələrin
hər birində (güləş, basketbol,
futbol) nailiyyətlər ürəkaçandır.
İdman məktəbi daha
hazırlıqlı komandaları ilə şəhər və
respublika miqyaslı yarışların
demək olar ki,
hamısında iştirak edərək I -
III yerləri qazanır.
İdman məktəbi "Azərbaycan
Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı(2005-2015-ci illər)"nı
əldə rəhbər tutaraq fəaliyyətini
genişləndirmiş, bu sahədə də
yüksək göstəricilərə nail
olmuşdur. Belə ki,
2009-cu ildə 1 qrupla gənc
futbolçuların hazırlığına start
verən idman məktəbində
hazırda 3 qrup fəaliyyət göstərir.
Maraqlı burasıdır ki, Bakı təhsil
sistemində yeganə olaraq qızlardan
ibarət futbol komandası məhz burada formalaşmışdır. Komandanın
4 üzvü qızlardan ibarət
yığma komandanın tərkibinə qəbul edilmişdir. Məşqçi-müəllim Zamin Əsədullayevin gərgin əməyi nəticəsində
taktiki cəhətdən daha
hazırlıqlı olan komanda
fəaliyyəti dövründə bütün
rəqiblərini məğlub etmişdir.
Qızlardan ibarət futbol
komandaları arasında keçirilən yarışların final mərhələsində Zaqatala
komandasına 5:0 hesabı ilə qalib gələrək
Azərbaycan birincisi olmuş
komanda növbəti qələbə ilə
öz azarkeşlərini bir
daha sevindirmişdir.
Sizi təbrik edirik, futbolçu qızlar!
Azərbaycan
müəllimi.- 2012.- 22 iyun.- S.7.