8 mart Beynəlxalq Qadınlar günüdür

 

Bu gün dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da 8 mart Beynəlxalq Qadınlar günü kimi qeyd olunur.

Bu bayramın tarixi kökləri uzun illərə dayanır.

8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına və eyni zamanda çətin şəraitinə etiraz olaraq tətil etməsi günü əsas götürülməklə 1910-cu ildə bayram günü kimi qəbul edilib. BMT-də 1975-ci ildə 8 mart ilk dəfə Beynəlxalq Qadınlar günü olaraq keçirildi. İki il sonra, 1977-ci ildə isə nəhayət, BMT-nin ümumi qurultayında 8 mart qadın hüquqları və beynəlxalq bayram günü olaraq qeyd edildi. Beynəlxalq Qadınlar günü eyni zamanda qadın hüquqlarının genişləndirilməsini və bugünkü qadının daha da azad olmasının tarixi səbəblərinin xatırlanması üçünxüsusi gündür.

Azərbaycan qadını azadlıq əldə etdikdən sonra sürətlə inkişaf etmiş və cəmiyyətin də inkişaf etməsinin səbəbkarı olmuşdur.

Təsəvvür edin, əgər hazırda ölkəmizdə səhiyyə və təhsil sahəsində işləyənlərin böyük əksəriyyətini qadınlar təşkil edirsə, görün, qadınlar savadsızlıqdan, çadra altından çıxandan sonra, cəmiyyətdə hüququ olmadığı bir zamandan bəri tarixi nöqteyi-nəzərdən qısa bir dövrdə nə qədər sıçrayış əldə etmiş, inkişaf etmişlər.

Təbiidir ki, qadınlar üçün yaradılmış şərait, ölkəmizdə qadınlara göstərilən münasibət və qayğı, eyni zamanda qadınların daxili istedadı, onların potensialı, ağlı, zəkası, biliyə, təhsilə, elmə, mədəniyyətə olan hədsiz marağı və öz istedadlarını həyata keçirmək üçün çalışqanlığı - bunlar hamısı birlikdə Azərbaycan qadınını yüksəklərə qaldırmışdır. Biz fəxr edə bilərik ki, qadınlar cəmiyyətimizdə çoxluq təşkil edir. Çünki əhalimizin 51 faizindən çoxu qadınlardır.

Ümummilli liderimiz Heydər Əliyev bir çıxışında qeyd etmişdir ki, "təbiət dünyanı dəyişdirərkən cənnəti qadınla əvəz etdi. Həqiqətən belədir! Nə qədər gözəl sözdür, ədalətli ifadədir! Cəmiyyətdə, həyatda, insan cəmiyyətində qadının yerini nə qədər gözəl göstərir!".

Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti,  fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadınlarımız həmişə mərdliklə, cəsarətlə çəkmişlər və heç vaxt bu zəhmətdən inciməmişlər.

Tarixi keçmişimizdə Azərbaycan qadınının görkəmli nümayəndələri olmuşdur. Həmişə ilkləri ilə tarixə iz salan türklər öz qeyrətli, savadlı qadınları ilə də tanınmışlar. İlk qadın hökmdarlarımızdan olan Tomris, Şərqdə ilk diplomat qadın Sara xatun, düşmənlərini adı ilə lərzəyə salan Nüşabə, misraları dillər əzbəri olan Məhsəti, öz xeyirxah əməlləri ilə tarixə səs salan Natəvan və bu kimi yüzlərlə azəri qanı daşıyan Azərbaycan xanımlarının adlarını çəkə bilərik.

XX əsr Azərbaycan qadını üçün böyük nailiyyətlər, uğurlar əsri olmuşdur. Azərbaycan dövləti tərəfindən yaradılmış əlverişli şərait sayəsində cəmiyyətdə, onun ictimai-siyasi həyatında və ölkənin demokratik quruculuğunda fəal rol oynayan qadınlarımız ölkənin inkişafı üçün əllərindən gələni edirlər. Hazırda Azərbaycanın gender siyasətinin əsas prioritetlərindən biri kənd mühitində yaşayan qadınların ölkənin ictimai həyatına inteqrasiyası və onların məşğulluğudur. Bu istiqamətdə müəyyən proqramlar həyata keçirilirbir çox işlər artıq görülüb. Bundan başqa, Azərbaycan hökuməti onların iqtisadi-siyasi sferada öz potensiallarını üzə çıxarmaq üçün bütün lazımi imkanları yaradır.

Azərbaycan xanımlarının cəmiyyətdə rolunun ən bariz nümayəndəsi Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır. Azərbaycanın birinci xanımı, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva özünün gördüyü xeyriyyə və uğurlu işləri ilə nəinki bütün Azərbaycan xanımlarının, eləcə də bir çox ölkələrin xanımlarının rəğbətini qazanıb. Bütün Azərbaycan qadınları Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən, nəcib və xeyirxahlıq keyfiyyətlərindən nümunə götürərək  cəmiyyətdə öz yerlərini tutmaq üçün çalışmalıdırlar.

Əziz qadınlar!  8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə sizləri ürəkdən təbrik edir, sizə cansağlığı, ailə səadəti və bütün işlərinizdə uğurlar arzulayıram. 

 

Aqiyə NAXÇIVANLI,

AMİ-nin rektoru, professor,

Milli Məclisin deputatı

 

Əziz xanımlar!

Azərbaycan qadını bəşəriyyətə böyük dahilər bəxş etməklə yanaşı, öz ictimai nüfuzu, cəmiyyətdə, ailədə özünəməxsus yeri olan varlıqdır. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları tükənməz daxili potensialları ilə bu gün xalqa cəmiyyətə fədakarcasına xidmət edirlər.

Dövlət müstəqilliyimizin bərpasından sonra ötən iyirmi il ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Elm təhsil, səhiyyə mədəniyyət, eləcə digər sahələrdə qazandığı uğurları ilə o, öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur. Ölkəmizdəki sabitlik demokratik  mühit qarşıdakı illərdə qadınlara öz fitri istedadlarını, yaradıcılıq imkanlarını tam gerçəkləşdirə bilmələri üçün bütün lazımi şəraiti təmin edir.

İndi Azərbaycan qadını cəmiyyətdə öz sözünü deyir, dövlət idarəçiliyində, təhsil, elm, səhiyyə sahələrində fəal iştirak edir. Belə ki, respublika üzrə  ümumtəhsil orta ixtisas təhsili müəssisələrində müəllimlərin 74 faizi, ali təhsil müəssisələrində 46 faizi, həkimlərin 63 faizi qadınlardır. Elmin inkişafında da qadınların müstəsna rolu var. Hazırda doktorantların 46 faizini, bütün elmi işçilərin isə 51 faizini qadınlar təşkil edir. Son 5 ildə doktorluq dərəcəsi olan qadınların sayı 22 faiz artıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 12-si, akademiklərdən 3-ü qadındır.

Çoxminli müəllim ordusunun yarıdan çoxunu təşkil edən qadınlarımızın əməyi nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirib, müəllim haqqında xoş sözlər söyləyib. Bu işi möhtərəm Prezidentimiz İlham Əliyev davam etdirir.

Siz evdə qadın, ana kimi, cəmiyyətdə müxtəlif peşələrin sahibi kimi həmişə haqqa, ədalətə, sabitliyə can atmaqla cəmiyyətin inkişafına töhfələr verirsiniz. Bu gün ən sevindirici  məqamlardan biri xanım müəllimlərimizin artıq beşinci dəfə keçirilən "Ən yaxşı müəllim" müsabiqəsində fəal iştirakı, həm qaliblərin 90 faizini təşkil etməsidir. Bu,  bir daha müasir Azərbaycan qadınının öz peşəsini, müəllim adının şərəfini uca tutduğunu, özünün əməyi, əxlaqı, milli mənəvi dəyərlərə sədaqəti ilə həyatda örnək olmağa qadir olduğunu sübut edir.

Qloballaşan dünyada dəyərlər sisteminin sürətli dəyişikliklərə məruz qaldığı indiki vaxtda siz milli-mədəni zənginliklərimizin əxlaqi-mənəvi sərvətlərimizin qorunub saxlanılmasının həqiqi təminatçılarısınız. Gənc nəslin qədim adət-ənənələrimizə, milli məfkurəyə dövlətçilik ideallarımıza sədaqət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirməklə üzərinizə düşən işlərin öhdəsindən hər zaman olduğu kimi yenə şərəflə gəlirsiniz.

Ümidvaram ki, siz gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə bundan sonra da xüsusi diqqət yetirəcək, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə qüvvənizi, bilik bacarığınızı əsirgəməyəcəksiniz.

Əziz xanımlar!

Sizi sizin şəxsinizdə bütün Azərbaycan xanımlarını 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə hər zaman gözəllik, zəriflik təbəssüm, xoşbəxtlik, cansağlığı, səadət işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!

 

Nailə RZAQULİYEVA,

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, 

əməkdar müəllim

 

Hörmətli qadınlar!

Sizi 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edirəm.

İlin ən gözəl fəsillərindən biri olan yaz fəsli gəlir. Baharin gəlişi bayramların da başlanğıcıdır. Belə bayramlardan biri Beynəlxalq Qadınlar günüdür.

Azərbaycan qadınları dünyanın ən gözəl xoşbəxt qadınlarındandır. Çünki qadın xoşbəxtliyi üçün vacib olan şərtlərdən biri onun övladının sakit, əmin-aman bir şəraitdə, inkişaf etmiş dövlətdə yaşamasıdır. Azərbaycan qadını öz iradəsi mərdliyi, saflığı sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli mənəvi dəyərlərinin formalaşmasında xüsusi rol oynamışdır.

Bildiyiniz kimi, təhsil sahəsi respublikamızda ən aparıcı sahələrdəndir. Təsadüfi deyil ki, Azərbaycan qadınlarının böyük əksəriyyəti təhsil sahəsində çalışır. Azərbaycan qadını övladını təkcə ailədə yetişdirməklə kifayətlənmir, ailə prinsipləri üzərində qurulan cəmiyyətin prinsiplərini təhsilə gətirməklə ölkəmizi irəli apara biləcək milli, mənəvi dəyərləri özündə daşıyan Azərbaycan gənclərini yetişdirir. Azərbaycan qadını həm evdə, həm çalışdığı müəssisədə üzərinə düşən vəzifələri həmişə layiqli şəkildə, qürur hissi duyaraq yüksək səviyyədə həyata keçirməyə can atır. Onlar analıq qadınlıq məsuliyyəti ilə bərabər bu çətin şərəfli peşənin yükünü çiyinlərində layiqincə daşıya bilirlər. Bütün bunlara baxmayaraq, qadınlarımız ölkəmizin ictimai-siyasi həyatında da xüsusi rol oynayırlar. Dövlətimizin qadınlara göstərdiyi diqqət qayğı nəticəsində Azərbaycan qadınları respublikamızın inkişafına tərəqqisinə xüsusi töhfə vermişlər. Qadınlar cəmiyyətimizdə gedən demokratikləşmə prosesindən istifadə edərək qısa bir müddətdə yeni dövrün tələblərinə uyğun qadın təşkilatları yaratdılar. Beynəlxalq miqyasda fəaliyyət göstərən qadın təşkilatları öz əsas məqsədləri kimi Azərbaycanda qadının nüfuzunun daha da artırılmasını, onun sosial-iqtisadi problemlərinin həllini sair məsələləri qeyd edirlər.

Bu gün Azərbaycan qadınları dünyanın ən nüfuzlu təşkilatlarında təmsil olunurlar. Fürsətdən istifadə edərək ölkəmizin birinci xanımı, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri,  Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanı bütün Azərbaycan qadınlarını təbrik edir, uzun ömür cansağlığı arzulayıram.

 

 

Məhəbbət VƏLİYEVA,

Bakıdakı akademik Zərifə

Əliyeva adına liseyin direktoru

 

Azərbaycan müəllimi.- 2012.- 8 mart.- S.3.