Tələbələrin
XVII Respublika fənn olimpiadasının keçirilməsi
haqqında
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Təhsil
Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 6 fevral 2012-ci
il tarixli, 162 nömrəli qərarını nəzərə
alaraq
ƏMR
EDİRƏM:
1. Tələbələrin XVII Respublika fənn
olimpiadası (riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan
dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis,
alman, fransız və rus dili fənni üzrə) 2012-ci ilin
fevral-aprel aylarında 2 tur üzrə keçirilsin.
2. Olimpiadanın I turu 2012-ci il 27 fevral - 27 mart tarixlərində
ali təhsil müəssisələrində, II yekun turu isə
cari ilin aprel ayında Azərbaycan Dövlət Pedaqoji
Universitetində keçirilsin.
3. "Tələbələrin XVII Respublika fənn
olimpiadası haqqında Əsasnamə" təsdiq edilsin (1
nömrəli əlavə).
4. Olimpiadanın münsiflər heyətinin tərkibi təsdiq
edilsin (2 nömrəli əlavə).
5. Ali təhsil müəssisələrinin
rektorları:
5.1. Olimpiadanın I turunun yüksək səviyyədə
keçirilməsini təmin etsinlər;
5.2. Olimpiadanın II turuna vəsiqə
qazanmış tələbələrin siyahısını,
habelə onların hər biri üçün "Olimpiada
iştirakçısının anketi"ni 2012-ci il 1 aprel tarixinədək Təhsil
Nazirliyinə təqdim etsinlər.
6. Olimpiadanın II turunun yüksək təşkilatçılıq
səviyyəsində həyata keçirilməsinin təmin
edilməsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin
rektoruna (Y.Məmmədov ) tapşırılsın.
7. Təhsil Nazirliyinin Elm şöbəsi
(G.Hüseynova):
7.1. Ali təhsil müəssisələrində
olimpiadanın I turunun yekunlarının ümumiləşdirilməsini
və müvafiq məlumat bazasının
hazırlanmasını həyata keçirsin.
7.2. Olimpiadanın II turunun keçirilməsi
üçün lazımi tədbirlər görsün.
7.3. Olimpiada qalibləri üçün
diplomların hazırlanmasını, medalların və hədiyyələrin
alınmasını təmin etsin.
8. İqtisadiyyat şöbəsi (Ş.Əliyev)
olimpiadanın xərclər smetasını hazırlayıb təsdiq
üçün rəhbərliyə təqdim etsin.
9. İctimaiyyətlə əlaqə şöbəsi
(B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi"
qəzetində və "Təhsil xəbərləri" məcmuəsində
dərc olunmasını və nazirliyin veb-saytında yerləşdirilməsini
təmin etsin.
10. Ümumi şöbə (X.Fərəcov) əmrin
çoxaldılıb yerlərə göndərilməsini təmin
etsin.
11. Əmrin icrasına nəzarəti öz üzərimə
götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
24 fevral 2012-ci il
Azərbaycan
müəllimi.- 2012.- 16 mart.- S.2.