Təhsil
Nazirliyində görüş
Martın 16-da təhsil naziri Misir Mərdanov
Qafqaz Universitetində keçiriləcək "Müasir Azərbaycan
təhsili və "Çağ" Öyrətim"
mövzusunda konfransda iştirak etmək üçün
Türkiyədən Azərbaycana gəlmiş nümayəndə
heyəti ilə görüşüb.
Qonaqları
salamlayan təhsil naziri Azərbaycanla Türkiyə arasında
mövcud olan əlaqələrin bütün istiqamətlərdə,
eləcə də təhsil sahəsində sürətlə
inkişaf etdiyini bildirib. Misir Mərdanov "Çağ"
Öyrətim İşlətmələri Şirkətinin Azərbaycanda
gördüyü işlər, əldə etdiyi uğurlar barədə
ətraflı söhbət açıb. Qafqaz Universitetinin Azərbaycanda
ali təhsilin inkişafına verdiyi töhfələrdən
bəhs edən nazir ölkəmizdə fəaliyyət
göstərən Azərbaycan-Türkiyə özəl liseylərinin
fəaliyyətini yüksək dəyərləndirib.
Təhsil naziri son illərdə beynəlxalq
olimpiadalarda azərbaycanlı gənclərin əldə etdiyi
nailiyyətlərə diqqət çəkib. Bu baxımdan
"Çağ" Öyrətim İşlətmələri
Şirkətinin mühüm rolunu xüsusi vurğulayan Misir Mərdanov
Azərbaycan təhsilinin səviyyəsinin daha da yüksəldilməsi
üçün qarşıda duran vəzifələrdən
danışıb.
Türkiyə
Böyük Millət Məclisi sədrinin
müavini Mehmet Sağlam Türkiyə Yüksək Öyrətim
Kurulunun rəhbəri olarkən Azərbaycana
gəldiyini bildirib. Qonaq
ölkələrimiz arasında təhsil əlaqələrinin
inkişafından məmnunluğunu ifadə edib,
Azərbaycanın dinamik iqtisadi
inkişafının təhsilin tərəqqisinə yol açmasını yüksək dəyərləndirib.
Turqut Özal
Universitetinin rektoru Erol Oral 2001-2005-ci illərdə
Azərbaycanda çalışdığını, həmin dövrü həyatının ən dəyərli
hissələrindən biri hesab
etdiyini söyləyib. Dörd
il rəhbərlik etdiyi
Qafqaz Universitetinin
qazandığı uğurlara görə
qürur duyduğunu
bildirən rektor Azərbaycanla Türkiyə
arasındakı təhsil əlaqələrinin əhəmiyyətinə
diqqət çəkib. Qafqaz Universitetinin rektoru Əhməd
Saniç "Çağ"
Öyrətim İşlətmələri Şirkətinin və
rəhbərlik etdiyi ali
təhsil ocağının fəaliyyətinə verdiyi yüksək dəyərə görə
Misir Mərdanova təşəkkürünü
bildirib. Rektor Qafqaz Universitetinin fəaliyyətinin
prioritet istiqamətləri barədə məlumat
verib, Azərbaycanla Türkiyə arasındakı
əlaqələrin inkişafında təhsil sahəsindəki
əməkdaşlığın xüsusi
yer tutduğunu
vurğulayıb.
Dünyanın
150 ölkəsində "Çağ"
Öyrətim İşlətmələri Şirkətinin təhsil
müəssisələrinin fəaliyyət göstərdiyini qeyd edən Ə.Saniç
Azərbaycandakı fəaliyyətlərinin xüsusilə fərqləndiyini
nəzərə çatdırıb. "Çağ"
Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinə Azərbaycan dövləti
tərəfindən göstərilən dəstəyi xüsusi vurğulayan rektor gələcək fəaliyyətlərinin
daha səmərəli olacağına
inamını ifadə edib.
Daha sonra
görüşdə qarşılıqlı maraq
doğuran bir sıra
digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan müəllimi.- 2012.- 30 mart.- S.2.