Şamaxı şahmatçılarının "Novruz turniri" keçirilib

 

Şamaxı Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Asif Ağayevdən aldığımız məlumatda bildirilir ki,  məktəbdə ənənəvi "Novruz turniri" adı altında şəhər birinciliyi keçirilib. Oğlan və qız şahmatçıların iştirakı ilə İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilən yarışda 82 şahmatçı 5 yaş qrupunda (8, 10, 12, 14, 16) mübarizə aparıb. Şəhər 2 nömrəli tam orta məktəbin VII sinif şagirdi Niyaz Məmmədov 9 turdan 8,5 xal toplayaraq ümumi turnirin qalibi olub.

Qızlar arasında müvafiq yaş qruplarında İlahə Xudiyeva (şəhər 1 nömrəli tam orta məktəb), Nəzrin Əhmədova və İzzət Ağayeva (şəhər 2 nömrəli tam orta məktəb), Leyla Abdullayeva, Aydan AbdullayevaArzum Abdullayeva (şəhər 5 nömrəli tam orta məktəb) bütün rəqiblərini qabaqlayaraq qalib adı qazanıblar.

Oğlanların mübarizəsində isə Mirəziz BabayevSaleh Abdulrəhmanov (şəhər 2 nömrəli tam orta məktəb), Mənsur Sərxanov və Asim Sərxanov (şəhər 9 nömrəli tam orta məktəb) və Eldəniz Xəlilli (Mədrəsə kənd tam orta məktəb) öz yaş qruplarında çempion adına sahib olublar.

Qaliblərə diplomlarrayon təhsil şöbəsinin mükafatları təqdim olunub.

Yarışın nəticələrinə əsasən respublika şahmat məktəbləri komandalarının zona turnirində iştirak edəcək oğlan və qızlardan ibarət rayon komandasının üzvləri də müəyyənləşdirilib.

 

 

Ədalət DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2012.- 30 mart.- S.12.