Qəhrəmanlar unudulmurlar
Şabran şəhər Roman Yusifov adına 2
nömrəli texniki fənlər təmayüllü
tam orta məktəbdə
Azərbaycanın Milli Qəhrəmanı
Roman Yusifovun büstü açılmışdır.
Azərbaycan
xalqının azadlıq və müstəqillik uğrunda
mücadiləsi tarixində şanlı səhifələr
çox olmuşdur.
Xalqımızın igid və qəhrəman oğulları bu yolda canlarından keçmiş, həyatlarını qurban vermişlər.
Tariximizin belə səhifələrindən
biri də 1995-ci ilin mart hadisələridir.
O dövrdə ümummilli
liderimiz Heydər Əliyevin yorulmaz fəaliyyəti
nəticəsində atəşkəsə
nail olunması, "Əsrin
müqaviləsi"nin imzalanması,
dövlətimizin qüdrətinin
getdikcə artmasını gözü
götürməyən, Azərbaycanda
ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr
dövlət çevrilişinə
cəhd etdilər.
Mart ayının əvvəllərində Qazax
rayonunda baş verən silahlı toqquşma daha sonra martın 15-də Bakı şəhərində
Daxili İşlər
Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinin
dövlət çevrilişinə
göstərilən cəhdləri
ilə nəticələndi.Qiyamçılarla
3 gün aparılan danışıqlar heç
bir nəticə vermədikdə üsyan hərbi güc tətbiq etməklə yatırıldı.Təəssüf ki,o günlər
Azərbaycan xalqına
qarşı cinayət
edənlərin atəşindən,
gülləsindən xalqımızın
mərd, igid, cəsur övladları da həlak oldular.
Onlardan iki nəfəri Roman Yusifov və Samir Zülfüqarov şabranlı idi.
Ölkə Prezidenti Heydər Əliyevin 4 aprel 1995-ci il tarixli Fərmanı
ilə Azərbaycan Respublikasının Konstitusiya
dövlət quruluşunun
müdafiəsi, onun müstəqilliyinin qorunub
saxlanılması və
dövlət çevrilişi
cəhdinin qarşısının
alınması zamanı
şəxsi qəhrəmanlıq
və şücaət
göstərdiklərinə görə onlara Azərbaycanın Milli Qəhrəmanı adı və "Qızıl ulduz" medalı verilmişdir.
Roman Yusifovun təhsil aldığı
2 nömrəli tam orta
məktəb-lisey iftixarla
onun adını daşıyır. Milli Qəhrəmanın yaşadığı
küçəyə onun
adı verilmiş, böyüyüb boya-başa
çatdığı evinin
qarşısında barelyefi
vurulmuşdur.
Qeyd etmək lazımdır ki, Roman Yusifovun məktəbin qarşısında qoyulmuş
büstü ötən
illərin, müstəqilliyimizin
ilk dövrlərinin yadigarı
idi və bu abidənin müasir şəkildə
yeniləşməsinə ciddi
ehtiyac vardı.
Məktəbin Valideyn-Müəllim
Assosiasiyasının təşəbbüsü
və rayon icra hakimiyyətinin yaxından
köməkliyi ilə
bu abidənin Milli Qəhrəmanın adına və xatirəsinə layiq olan bir şəkildə
yenidən qurulması
qısa bir zaman kəsiyində həyata keçirildi. Bu, məktəbin və rayonun fəxri, dövlətçiliyin
qorunması yolunda canından keçən Vətən övladının,
Azərbaycanın Milli
Qəhrəmanı Roman Yusifovun
xatirəsinə olan hörmət və ehtiramın nəticəsi
idi.
Martın 17-də, Milli Qəhrəmanın şəhid
olduğu gündə
onun şərəfinə
ucaldılmış abidənin
açılış mərasimi
keçirildi. Mərasimə rayon icra hakimiyyətinin,
rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri,
məktəb-liseyin müəllim
və şagird kollektivi, Milli Qəhrəmanın və
məktəbin digər
şəhid məzunlarının
ailə üzvləri
toplaşmışdılar.
Tədbiri giriş sözü ilə məktəb-liseyin direktoru
Rafiq Hüseynov açdı, Azərbaycanın
Dövlət himni səsləndirildi.
Sonra məktəbin
sinifdənxaric və məktəbdənkənar işlər
üzrə təşkilatçısı
G.Rzayeva Roman Yusifovun həyatı və döyüş yolu barədə ətraflı
məlumat verdi.
Məktəb-liseyin IX "b" sinfinin gənc heydərçiləri
Milli Qəhrəmana həsr edilmiş şeirlər söylədilər.
Daha sonra Roman Yusifovun sinif rəhbəri olmuş riyaziyyat müəllimi Nəzifə Əliyeva öz xatirələrini danışdı. Söz Milli Qəhrəmanın anası Kübra Yusifovaya verildi. O, oğlunun xatirəsinin daim əziz tutulduğuna,göstərilən
diqqətə və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə,
rayon rəhbərliyinə və
məktəbin kollektivinə
öz minnətdarlığını
bildirdi.
Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz
Novruzov 15-17 mart 1995-ci ildə
dövlətçiliyimizin sınağa çəkildiyi
tarixi şərait, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən
tədbirlər və
xalqın nümayiş
etdirdiyi həmrəylik
barədə ətraflı
məlumat verdi.
O bildirdi ki, bu silahlı toqquşmada həlak olan 32 nəfər döyüşçüdən ikisinin şabranlı olması bu torpağın yetişdirdiyi
oğulların Vətənə
və dövlətçiliyimizə
sədaqətinin nümunəsidir.
Şəmistan Əlizamanlının "İgid
əsgər, möhkəm
dayan" mahnısının
sədaları altında Şabran
Rayon İcra Hakimiyyətinin
başçısı Novruz
Novruzov və Azərbaycanın Milli Qəhrəmanı Roman Yusifovun
anası Kübra Yusifova büstün üzərindən ağ örtüyü
götürdülər.
Toplantı iştirakçıları
büstün önünə
gül dəstələri
qoydular, Milli Qəhrəmanın valideynləri
ilə xatirə şəkilləri çəkdirdilər.
Azərbaycan müəllimi.- 2012.- 30 mart.- S.5.