Köln
Tətbiqi Elmlər Universiteti Azərbaycanda növbəti TEMPUS layihəsini
həyata keçirəcək
Köln
Tətbiqi Elmlər Universiteti professor-doktor Reza Talebi-Daryaninin rəhbərliyi
altında "Azərbaycan üçün mühəndis təhsilində
tədris müəssisəsinin Boloniya prosesinə
uyğunlaşması" mövzusunda Azərbaycanda V TEMPUS
layihəsi həyata keçirəcək. Avropa
İttifaqına IV TEMPUS proqramı üçün təqdim
olunan 531 təklifdən 63-ü seçilmişdir. Bəyənilən
layihələr içərisində Köln Tətbiqi Elmlər
Universitetinin təklifi də var. Bu yeganə alman ali məktəbidir
ki, Azərbaycanda V TEMPUS layihəsini həyata keçirir.
Bununla Köln Tətbiqi Elmlər
Universiteti Almaniyanın ali məktəbləri arasında
birinci yeri tutur.
EACEA (Mədəniyyət, Təhsil və
Audiovizual İcra Agentliyi) tərəfindən təqdim olunan
layihəyə Avropa İttifaqının 3 il ərzində
ayıracağı ümumi məbləğ 512.000 avro təşkil
edəcək 57.000 avro isə özünümaliyyələşdirmə
hesabına olacaq.
Avropa İttifaqından layihənin digər
iştirakçıları Graz Texniki Universiteti və
Varşava Texniki Universitetidir. Köln Tətbiqi Elmlər
Universiteti cənab Talebi-Daryaninin rəhbərliyi altında Azərbaycandan
AzTU, ADNA və SDU ilə birgə işini davam etdirəcək.
Azərbaycanın Təhsil Nazirliyi də bu layihədə fəal
iştirak edir.
Professor Talebi-Daryani artıq 20 ildir ki, Azərbaycanın
ali məktəbləri ilə birgə iş aparır.
Müvəffəqiyyətlə başa
çatmış əvvəlki TEMPUS layihələrində
Azərbaycanın beş universitetində elektrotexnikanın və
ətraf mühitin texnikasının müxtəlif
ixtisasları üzrə müasir bakalavr-magistr təhsil pillələri
yaradılmışdır. Bu təhsil pillələri Boloniya prosesinə uyğundur.
Azərbaycan Boloniya prosesinə 2005-ci ildən
qoşulub. Lakin bu günə kimi yeni yaranan
mühəndis sistemində
hələ də təhsil müəssisəsinin
Boloniya prosesinə uyğun akkreditasiya və keyfiyyətin təminatı təşkilatı
yoxdur.
Boloniya prosesi məqsədlərinin
Azərbaycanda həyata
keçirilməsi təhsil
prosesinin müddətini
və keyfiyyətinin təminatını tələb
edir. Təlimdə keyfiyyətin təminatı
optimallaşdırma və
akkreditasiya vasitəsi
ilə əldə olunur.
Azərbaycanda üç ali
məktəbdə (AzTU,
ADNA və SDU) indiyə
kimi olan TEMPUS layihələrinə əsasən
seçilmiş altı
B-M təhsil pillələri
yeni layihə çərçivəsində optimallaşdırılır və
akkreditasiya edilir. Keyfiyyət təminatını
tətbiq edən vasitələr iştirakçı
ali məktəblər
üçün yol göstərən olmalıdır.
Onlardan bütün təhsil proqramında tədricən
istifadə etmək lazımdır.
Beləliklə, layihənin məqsədi təhsil prosesinin optimallaşdırma
və akkreditasiyaya əsaslanaraq keyfiyyətin
təminatıdır.
Bu, Azərbaycanda mühəndis təhsilinin
Boloniya prosesinə uyğunlaşması deməkdir.
Bu məqsədə nail olmaq
üçün təlimdə
təchizatın modernləşməsi
vacibdir.
Azərbaycanda mühəndis təhsili üçün
hələ milli akkreditasiya agentliyi olmadığına görə
layihədə akkreditasiya
mühəndis təhsilində
ixtisaslaşmış məşhur
Avropa agentliyi tərəfindən aparılacaq.
Layihənin reallaşması ilə mühəndis təhsili üçün ölkənin
ən mühüm ali məktəblərində
akkreditasiya və keyfiyyətin təminatı
məqsədi ilə
pilot xarakterli təşkilatlar
yaranacaq. Onlar Boloniya prosesinin məqsədinə nail olma
yollarını və
məqsədini göstərəcəklər.
Layihə müvəffəqiyyətlə bitəndən sonra Təhsil Nazirliyi tərəfindən ölkənin
mühəndis təhsilində
Boloniya prosesinin reallaşmasında pilot layihə
kimi sayılacaq.
Azərbaycanda tədris müəssisəsinin
Boloniya prosesinə tədricən uyğunlaşması
ali məktəbin
B-M təhsil pillələrində
keyfiyyətin əlavə
uzunmüddətli və
yoxlanılan təminatını
tələb edir.
Tədris müəssisəsinin keyfiyyət
təminatı üçün
olan mühüm innovasiya Azərbaycanda həmkar ali
məktəblərdə tələbələrin
cəlb olunması ilə tələbələrin
qiymətləndirmə mərkəzi
yaranacaq.
Keyfiyyətin təminatı məqsədilə məsul
dosentlər seçilmiş
tələbələrlə birlikdə tələbələrin
qiymətləndirmə mərkəzləri
üçün şəxsi
təchizat qururlar.
Onlar keyfiyyət təminatında
öz vəzifələri
üçün həm
öz yerlərində,
həm də Avropa İttifaqının
layihə həmkarları
yanında, xüsusən
Varşava Texniki Universitetində təlim keçəcəklər.
Mərkəzlərin vəzifələri tələbələr üçün
sual blankları hazırlamaq və sonra onları qiymətləndirməkdən ibarətdir.
Sorğunun nəticələrini
səlahiyyətli şəxslər
təhsil rəhbərləri
ilə birlikdə qiymətləndirəcəklər.
Bu pilot layihələrinin müvəffəqiyyətlə
yerinə yetirilməsi
ilə Azərbaycanın
ali məktəbləri
mühəndis təhsilində
böyük beynəlxalq
nüfuza malik olacaq. Bununla Azərbaycan tələbələri
və məzunları
üçün magistr
və doktorluq təhsilini Avropa ali məktəblərində
davam etdirmək xeyli asan olacaq.
Təhsil Nazirliyi Azərbaycanda mühəndis
təhsilinin modernləşdirilməsi
üçün xüsusi
əhəmiyyət kəsb
edən layihənin reallaşmasında fəal
iştirak edir.
Müşfiq BORÇALI
Azərbaycan
müəllimi.- 2012.- 30 mart.- S.7.