Qafqaz Universitetində "IV Gənclik şənliyi"

  

Mayın 7-də Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş   "IV Gənclik şənliyi" keçirildi. Tələbələrin təşkilatçılığı ilə hazırlanmış  tədbir çərçivəsində universitetin həyətində onların bədii intellektual  yaradıcılığının məhsulu olan rəsm əsərlərindən əl işlərindən, maketlərdən ibarət  sərgilər açılmış, köşklər quraşdırılmışdı. Qrup-qrup həmin köşklərdə  əylənən tələbələr mahnı oxuyur, şeir söyləyirdilər.

Ənənəvi olaraq artıq dördüncü ildir ki, keçirilən bayram şənliyi ulu öndər Heydər Əliyevin  ifasında  Səməd Vurğunun "Azərbaycan" şeirinin bir bəndinin səsləndirilməsi ilə başlandı. Aparıcılar müasir Azərbaycan  dövlətinin qurucusu memarı, böyük siyasətçi dövlət xadimi  Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər, onun xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açdılar. Əsası ümummilli lider tərəfindən qoyulmuş  quruculuq işlərinin, müdrik daxili xarici siyasətin  möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, milli mədəniyyətimizin beynəlxalq aləmdə təbliğində  YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın  xidmətləri vurğulandı.

Meydan  istedadlı tələbələrə verildi. Azərbaycan Respublikası Gənclər İdman Nazirliyinin təşkilatçılığı ilə bu ilin yazında Gəncədə keçirilmiş "Tələbə baharı" musiqi festivalında  ayrı-ayrı nominasiyalar üzrə qalib olmuş Qafqaz Universitetinin qızlardan ibarət rəqs kollektivi, tələbələri mahnı rəqslər ifa etdilər.

Sonra aparıcılar universitetdə 3000 tələbənin iştirakı ilə keçirilən  "İlin adamı" sorğusunun  nəticələri barədə məlumat verdilər. Məlumatdan bəlli oldu ki, aparılmış seçim zamanı "İlin müəllimi" nominasiyası üzrə Qafqaz Universitetinin eyni səs toplayan iki əməkdaşı - dünyası üzrə prorektor Təyyar Mustafayev   Azərbaycan dili ədəbiyyatı bölməsinin baş müəllimi Rəhman Quliyev, "İlin idman adamı" nominasiyası üzrə ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev,  "İlin yerli adamı" nominasiyası  üzrə "Embawood" şirkətinin prezidenti  Elşad Abbasov, "İlin xarici adamı" nominasiyası üzrə "Azercell Telekom"un prezidenti Əli  Ağan, "İlin vətənpərvər millət vəkili" nominasiyası üzrə Milli Məclisin deputatı Qənirə Paşayeva, "Azərbaycanın beynəlxalq aləmdə  tanıdılmasında xidmətlərinə görə ilin adamı" nominasiyası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva  qalib elan olunublar. Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç professor Nərgiz Paşayevaya, digər qaliblərə ilin adamı seçilmələri barədə  diplomları təqdim edərək onları təbrik etdi. Professor Əhməd Saniç professor Nərgiz Paşayevanın çoxcəhətli fəaliyyətinin bəzi məqamlarını diqqətə çatdıraraq Azərbaycanın xaricdə tanıdılması sahəsində böyük xidmətləri olduğunu, ölkələr xalqlar arasında mehriban münasibətlərin   möhkəmləndirilməsinə verdiyi töhfələrə görə bir sıra ölkələrin  təşkilatların ali mükafatlarına layiq görüldüyünü bildirdi.

Mərasimdə çıxış edən M.V.Lomonosov adına  MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayeva sorğuda onu Azərbaycanın beynəlxalq aləmdə tanınmasında  göstərdiyi xidmətlərə görə ilin adamı seçdikləri üçün tələbələrə minnətdarlıq etdi,  onlara  təhsillərində uğurlar arzuladı. Professor Nərgiz Paşayeva  ulu öndər Heydər Əliyevin keçdiyi  şərəfli və mənalı həyat yoluna nəzər salaraq onun  təhsil və gənclər siyasətinə  böyük önəm verdiyini bildirdi.

Tədbir tanınmış müğənni Tünzalə Ağayevanın ifasında  vətənpərvərlik mövzusunda mahnılarla davam etdirildi.

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2012.- 11 may.- S.3.