Dəyərli dərslik

 

Ali məktəblərin biologiya, kənd təsərrüfatı fakültələrində və tibb kolleclərində təhsil alan tələbələr, həmçinin ixtisas müəllimləri üçün nəzərdə tutulmuş "Latın dili: qrammatika və terminologiyanın əsasları" kitabı səriştəli mütəxəssislər - Naxçıvan Tibb Kollecinin direktoru, tibb üzrə fəlsəfə doktoru İ.R.Mustafayeva və AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşları, biologiya üzrə fəlsəfə doktorları R.Ə.Ələkbərov, A.B.Bayramov və M.M.Məhərrəmov tərəfindən  birgə yazılmışdır. Fənn ədəbiyyatları sırasına yeni təqdim edilmiş bu gərəkli dərslik haqqında öz mülahizəmizi bildirmək istərdik. 

 

İlk öncə onu qeyd edək ki, indiki İtaliya dövlətinin mərkəzində çox qədimlərdə mövcud olmuş tayfanın adı ilə adlandırılan Latın dili uzun müddət Roma imperiyasında və ona qonşu olan ölkələrdə dövlət dili, şeir və ədəbiyyat dili olmuşdur. Həmin dövrlərdə təbabətin atası sayılan Hippokrat (b.e.ə. 460 - 375-ci illər) və onun yetirmələri tərəfindən latın-yunan tərkibli tibbi terminologiyanın əsasları yaradılmağa başlandı. Tibbi terminologiyanı bilmək və istifadə etmək antik dövr həkimlərinin vəzifə borcu idi, bu amil təbiblərin savad göstəricisi sayılırdı. Sonradan imperiyanın süqut etməsinə baxmayaraq Latın dili uzun əsrlərdir ki, yaşayır və müasir dövrdə də dünyanın yüksək ixtisaslı mütəxəssis hazırlayan ali təhsil müəssisələrində və universitetlərində elm və ədəbiyyat  dili kimi onun xüsusi tədrisi davam etdirilir. Latın dilinin Orta Şərqdə ən yaxşı bilicisi, dünyaca tanınmış təbib Əbu Əli İbn Sinanın (980 - 1037-ci illər) məşhur "Təbabət sənətinin qanunu" əsəri bu dilə tərcümə olunaraq uzun illər Avropada tibbin tədrisində əsas dərs vəsaiti kimi istifadə edilmişdir. 1594-cü ildə Romada latın dilinə tərcümədə çap olunan "Evklid başlanğıcının təsviri" əsəri Nəsirəddin Tusi ideyalarının Avropada yayılmasında böyük görmüşdür.

Hazırda Yer kürəsində milliyyətindən asılı olmayaraq, istənilən bioloqya tibb mütəxəssisi hər hansı bir latın terminini - bitkinin, heyvanın elmi adını və ya xəstəliyin diaqnozunu hansı əlifbanı öyrənməsindən asılı olmayaraq latın hərfləri ilə ifadə edir, həmkarını başa düşüronunla ünsiyyət saxlaya bilir. Başqa sözlə, hər bir tibb işçisininya biologiya üzrə mütəxəssisin öz sahəsi üzrə əldə edə biləcəyi uğur onun ixtisasına uyğun elmi terminologiyanı düzgün mənimsəməsindən və bacarıqla istifadə etməsindən  daha çox asılıdır. Ona görə də aliorta ixtisas tibb məktəblərində beynəlmiləl mənbə kimi bütün elm sahələrində, xüsusən də tibdə və biologiyada müasir terminologiyanın bünövrəsini təşkil edən Latın dili kursu sırf ixtisas məqsədli tədris edilir. Həmin tələbələr üçün nəzərdə tutulmuş bu kitab ixtisas dilinin mənimsənilməsi üçün çox dəyərli dərs vəsaiti hesab edilməlidir.

Kitab hər biri Latın dilinin tədrisində müəyyən məsələlərin aydın, yığcam, həm də yetərli dərəcədə əhatəli, ardıcıl şərhinə imkan verən 19 başlıqdan, öyrənilmiş materialın daha yaxşı qavranılması məqsədi ilə tərtib edilmiş tapşırıqlardan, testlərdən və ixtisas üzrə geniş latın sözləri ehtiyatına malik olan lüğətdən ibarətdir. Hippokratdan üzü bəri tibbbiologiya elminin inkişafında xüsusi xidmətləri ilə seçilən elm xadimləri haqqında verilmiş qısa məlumatlar, floramızda geniş yayılmış faydalı dərman bitkilərinin latınca-azərbaycanca adları, tibdə istifadəsi və onların yüksək keyfiyyətli şəkilləri kitabın dəyərini xeyli artırmışdır. Dərslikdə Latın dilinin əlifbası, qrammatikasının və fonetikasının əsasları, termin düzəltmənin ümumi prinsipləri, üzvi aləmin sistematikası və nomenklaturası üzrə məlumatlar, həmçinin çoxsaylı tibbi, biolojifarmakoloji terminlərin qurulmasının izahlı nümunələri verilmişdir.

Bütün dillərdə olduğu kimi, Latın dilində də sözlərin seçimi, tələffüzü və qrammatik formalarda istifadəsi müəyyən qaydalaranormalara tabedir. Ədəbiyyatın, elmin və texnikanın müasir dili olaraq qəbul edilmiş bu dildə terminlər müəyyən məna daşıyan "terminoelementlər" adlanan yunan və latın mənşəli önşəkilçilərin və sonşəkilçilərin köməkliyi ilə yaradılır. Dərslikdə həmin şəkilçilərin gözəl tərtib edilmiş cədvəllərdə əks etdirilməsini və onların istifadəsi ilə yaradılan terminlərin Azərbaycan dilində tərcüməsinin verilməsini dilin tədrisini dərinləşdirən və müstəqil çalışmaq imkanı yaradan üsul kimi qiymətləndiririk. Diqqət yetirdikdə belə şəkilçilərin mənasına görə belə terminlərin patoloji, fiziolojiya müayinə proseslərindən hansına aid olduğunu  asanlıqla müəyyənləşdirmək olur.

Ali məktəblərdə və tibb kolleclərində təhsil alan tələbələr üçün Latın dili üzrə dərs proqramlarında nəzərdə tutulduğundan daha zəngin materialın elmi səviyyədə, gözəl ədəbi dildə qavranılmasına imkan verən qiymətli və olduqca faydalı vəsait əldə etmişlər. Müəlliflər, şübhəsiz, təkcə tələbələrin deyil, həm də bioloqların və tibb işçilərinin masaüstü kitabı olacaq bu dərsliyi yazmaqla böyük və faydalı görmüşlər.

Aydın və anlaşıqlı dildə yazılmış bu kitabın hər bir tibb işçisininbiologiya elmləri üzrə mütəxəssisin öz ixtisası üzrə dil mədəniyyətinə yiyələnməsinə, biliyinin möhkəmlənməsinə və dünyagörüşünün formalaşmasına geniş imkanlar yaradacağına inanırıq. Əminliklə demək olar ki, ilk dəfə muxtar respublikamızda işıq üzü görən bu kitab indiyədək universitetlərin müvafiq fakültələrinin birinci kursundatibb məktəblərində Latın dili fənninin tədrisindəki yaranmış boşluğu müvəffəqiyyətlə tamamlaya biləcəkdir.

 

İsmayıl MƏMMƏDOV,

AMEA Naxçıvan Bölməsi, Bioresurslar İnstitutunun direktor müavini,

biologiya üzrə fəlsəfə doktoru, dosent, 

 

Arzu MƏMMƏDOV,

AMEA Naxçıvan Bölməsi, Bioresurslar İnstitutunun böyük elmi işçisi,

biologiya üzrə fəlsəfə doktoru

 

Azərbaycan müəllimi.- 2012.- 11 may.- S.10.