Respublika
rəsm müsabiqəsinin qalibləri
mükafatlandırıldı
Mayın
8-də T.İsmayılov adına Uşaq-Gənclər
Yaradıcılıq Sarayının "Uşaq
dünyası" Rəsm Qalereyasında ümummilli
lider Heydər Əliyevin anadan
olmasının 89-cu ildönümünə həsr olunmuş ümumtəhsil məktəblərinin
şagirdləri arasında "Heydər Əliyev və
müstəqil
Azərbaycan" mövzusunda respublika rəsm müsabiqəsi qaliblərinin
mükafatlandırılması mərasimi keçirildi.
Tədbirdə təhsil nazirinin
müavini Qulu Novruzov, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Milli Məclisin
deputatları Kamilə Əliyeva, Fuad Muradov, Təhsil Nazirliyinin
Tərbiyə və məktəbdənkənar müəssisələr
şöbəsinin müdiri Ağababa İbrahimov və
digər şəxslər iştirak
edirdilər. Qeyd edək ki,
müsabiqə Təhsil Nazirliyinin 3 aprel 2012-ci il tarixli, 529 nömrəli əmrinə müvafiq olaraq təşkil
edilib. Məktəb, rayon
(şəhər) və respublika mərhələsindən
ibarət olan rəsm müsabiqəsi 3 yaş qrupu (6-10, 11-14,
15-18 yaş qrupları) üzrə keçirilib. Müsabiqənin respublika
mərhələsinə 200-ə yaxın rəsm işi təqdim edilib. Azərbaycan
Rəssamlıq Akademiyasının əməkdaşlarından
ibarət münsiflər heyəti tərəfindən
aparılan seçim əsasında
müsabiqə iştirakçıları arasından 27 nəfər
qalib müəyyənləşdirilib.
Tədbiri
giriş sözü
ilə açan təhsil nazirinin
müavini Qulu Novruzov qeyd etdi
ki, müsabiqənin keçirilməsində
məqsəd uşaq və gəncləri
ümummilli lider Heydər
Əliyevin ideyaları ruhunda tərbiyə
etmək və istedadlı gəncləri üzə
çıxarmaqdan ibarətdir. Müsabiqəyə təqdim olunmuş rəsmləri yüksək qiymətləndirən
Qulu Novruzov bütün bunları şagirdlərin ümummilli
liderə sonsuz
məhəbbətinin təzahürü kimi
səciyyələndirdi. Müsabiqədə
bölgələrdən olan şagirdlərin
fəal iştirakını bildirən Q.Novruzov
8 may tarixində Azərbaycanın dilbər
guşəsi olan Şuşa
şəhərinin mənfur ermənilər tərəfindən
işğal olunmasından 20 il keçdiyini təəssüf
hissi ilə qeyd etdi və qaliblər arasında Şuşa məktəblilərinin olduğunu nəzərə
çatdırdı.
Nazir müavini
müstəqil Azərbaycan dövlətinin banisi
və qurucusu ulu
öndər Heydər Əliyevin xalqımız
qarşısındakı misilsiz xidmətlərindən
söz açdı. Keçirilən rəsm
müsabiqəsinin əhəmiyyətinə toxunan
Qulu Novruzov qaliblərə
yeni-yeni uğurlar
arzuladı.
Ailə,
Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi sədrinin müavini
Aynur Sofiyeva, Milli Məclisin deputatları Kamilə Əliyeva,
Fuad Muradov
çıxış edərək belə tədbirlərin
keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdilər. Ümummilli liderin ideyalarını rəsm işlərində
əks etdirən
kiçik rəssamların daha böyük uğurlara imza
atacaqlarına inam ifadə olundu.
Müsabiqənin
respublika mərhələsində I, II və
III yerləri tutan şagirdlərə Təhsil
Nazirliyinin diplomları və qiymətli hədiyyələr
təqdim olundu. Xatirə şəkilləri
çəkdirildi.
Niyazi
RƏHİMOV
Azərbaycan
müəllimi.- 2012.- 11 may.- S.3.