Heydər Əliyev və Azərbaycan dövlətçiliyi" mövzusunda sərgi keçirilib

  

BDU-nun kitabxanaçılıq-informasiya fakültəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə "Heydər Əliyev və Azərbaycan dövlətçiliyi" mövzusunda sərgi keçirilib. Sərgidə ümummilli liderin həyat və yaradıcılığının bütün istiqamətlərini əks etdirən 300-dən artıq Azərbaycan, ingilis, türk, rus, ərəb dillərində nəşrlər sərgilənib. Tədbirdə həmçinin quraşdırılmış monitor vasitəsilə Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilmiş elektron kitabların təqdimatı və Heydər Əliyev və Azərbaycan dövlətçiliyi sənədli materiallar toplusunun nümayişi  olub. Mərasimdə iştirak edən rektor, akademik Abel Məhərrəmov sərginin əhəmiyyətindən bəhs edib və "Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o halda daha da xoşbəxtdir ki,  bu siyasi kurs ölkədə uğurla davam edir", - deyərək ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətlərindən danışıb. Rektor böyük öndərin ölkə həyatında - siyasətində, iqtisadiyyatında, elm və təhsilində, digər sahələrdə həyata keçirdiyi islahatlardan, möhtəşəm layihələrdən bəhs edib, birmənalı olaraq qüdrətli Azərbaycanın bütün nailiyyətlərinin bu böyük şəxsiyyətin adı ilə bağlı olduğunu bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

 

Azərbaycan müəllimi.- 2012.- 11 may.- S.3.