Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında elmi-praktik konfrans

   

Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə "Heydər Əliyev: elm təhsil" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Konfransda Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının, Mingəçevir Turizm Kollecinin professor-müəllim heyəti, Yevlax, Bərdə, Ağdaş, Tərtər, Göyçay, Ucar rayonlarından gələn təhsil işçiləri iştirak edirdilər.

Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoydular.

Konfransı giriş sözü ilə Azərbaycan Müəllimlər İnstitutu Mirgəçevir filialının direktoru, fizika-riyaziyyat elmləri doktoru, professoru Orucəli Rzayev açaraq ulu öndər Heydər Əliyevin 23 iyun 2000-ci il tarixli fərmanı ilə açılmış - müstəqilliyimizin töhfəsi olan AMİ-nin Mingəçevir filialı onun son illərdəki uğurları haqqında məlumat verdi. Bildirildi ki, regionun qabaqcıl ali təhsil müəssisələrindən sayılan AMİ-nin Mingəçevir filialında bu gün riyaziyyat informatika, riyaziyyat fizika, ibtidai sinif müəllimliyi, ingilis dili, Azərbaycan dili ədəbiyyat ixtisasları üzrə 647-dən artıq tələbə təhsil alır.

Konfransda Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru İlham İsmayılov "Heydər Əliyev Azərbaycan təhsilinin elminin banisidir" adlı məruzə ilə çıxış etdi.

Sonra konfrans öz işini bölmələrdə davam etdirdi.

AMİ-nin Mingəçevir filialının tədris elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru Nizami Abbasovun "Heydər Əliyev Azərbaycanda ali təhsilin inkişaf tendensiyaları", əlavə təhsil üzrə direktor müavini, fəlsəfə doktoru Xatirə Həsənovanın "Heydər Əliyev Azərbaycan təhsili", Mingəçevir təbiət-riyaziyyat humanitar elmlər təmayüllü liseyin direktoru, fəlsəfə doktoru Mayıl İsmayılovun "Heydər Əliyev milli təhsil quruculuğu", Yevlax rayon Xaldan kənd kompleks tam orta məktəbin direktoru Şahin Kərimovun "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur", Ucar rayonunun Qaracal 1 nömrəli tam orta məktəbinin müəllimi Elsor İbrahimovun "Heydər Əliyev Azərbaycan", Mingəçevir Turizm Kollecinin müəllimi Sahib Hüseynovun "Azərbaycan təhsilinin ən şərəfli səhifəsi Heydər Əliyevin adı ilə bağlıdır" adlı məruzələri maraqla dinlənilmişdir.

Çıxış edənlər ümummilli lider Heydər Əliyevin elmin, təhsilin inkişafına daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışlar.

 

 

Raya QULİYEVA

 

Azərbaycan müəllimi.- 2012.- 11 may.- S.10.