Elmi-praktik
konfrans
Ümummilli lider
Heydər Əliyevin anadan olmasının
89-cu ildönümü münasibətilə Naxçıvan Müəllimlər
İnstitutunda "Müasir
təlim metodları və yeni pedaqoji
texnologiyanın təlim-tərbiyə
prosesində tətbiqi" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə
institutun rektoru, professor Oruc Həsənli açaraq yeni təlim
metodlarının strukturu, səciyyəvi
xüsusiyyətləri, yaranma səbəbləri
və fənn kurikulumlarının tətbiqinin əhəmiyyəti barədə
danışmışdır. Qeyd olunmuşdur ki,
2004-cü ildən mütəmadi olaraq
keçirilən konfransın məqsədi təhsil islahatları və fənn
kurikulumları ilə bağlı
ali və orta
ümumtəhsil müəllimlərinin öz
işlərini yeni təlim metodları əsasında qurmalarından ibarətdir.
Sonra institutun
pedaqogika və psixologiya
kafedrasının baş müəllimi
Lalə Allahverdiyevanın "Heydər Əliyev şəxsiyyəti
siyasi-mənəvi tariximizin zirvəsi kimi", dillər və ədəbiyyat
kafedrasının baş müəllimi Həsənəli
Eyvazovun "Təhsil islahatını zəruri
edən səbəblər və ədəbiyyat fənni kurikulumu"
və Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin
müəllimi Ruhiyyə Əliyevanın "İbtidai
siniflərin Ana dili təlimində
milli kurikulumla əlaqədar
inteqrasiyaya aid bəzi
mülahizələr" mövzusunda
çıxışları dinlənilmişdir.
Konfrans öz
işini 3 bölmədə - "Humanitar və pedaqoji",
"Dillər və ədəbiyyat, onların tədrisi
metodikası", "Təbiət elmləri və onların
tədrisi metodikası" istiqamətində
aparmışdır.
Azərbaycan
müəllimi.- 2012.- 11 may.- S.4.