"Müasir elmin aktual problemləri" müzakirə olundu

 

 Lənkəran Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş "Müasir elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçirilib.

Tədbir iştirakçıları konfransdan əvvəl universitetdə fəaliyyət göstərən Heydər Əliyev muzeyinə baxmış, ümummilli liderin həyat fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.

Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov respublika elmi konfransını açaraq, onun məqsəd vəzifələrindən danışmış, işinə uğurlar arzulamışdır.

Universitetin rektoru, professor Asəf İsgəndərov konfransın plenar iclasında "Heydər Əliyev siyasəti onun uğurlu davamının işığında" mövzusunda məruzə etdi. Məruzəçi ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində dünya ölkələri arasında tanınmasında tarixi xidmətlərindən danışdı. Müasir elmin aktual problemlərindən danışan rektor elm təhsil sahəsində qazanılan nailiyyətlərin ümummilli lider Heydər Əliyevin adı fəaliyyəti ilə bağlı olduğunu, ulu öndərin siyasi kursunun dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi.

Konfrans iştirakçılarına 1991-ci ildən fəaliyyət göstərən Lənkəran Dövlət Universiteti haqqında ətraflı məlumat verildi. Konfrans öz işini "Təbiyyat elmləri", "Humanitar elmlər", "İqtisadiyyat idarəetmə elmləri" bölmələrində davam etdirdi. "Heydər Əliyev Azərbaycanın inkişaf strategiyası", "Təhsil islahatları Heydər Əliyevin milli siyasətinin tərkib hissəsidir", "Azərbaycanın milli inkişaf modeli" s. mövzularda 150-dək məruzə dinlənildi təhlil edildi.

Məruzələrdə dahi rəhbər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti bu siyasətin uğurla aparılmasına dair məsələlər öz əksini tapmiş, fikir mübadiləsi aparılmışdır.

Sonda bölmə sədrləri rəhbərlik etdikləri bölmələr haqqında məlumat verdilər.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Lənkəran Dövlət Universiteti AMEA-nın Lənkəran Regional Elm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti respublikamızın digər ali məktəblərinin nümayəndələri, qonşu rayonların elm, təhsil müəssisələrinin Lənkəran ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.    

 

 

Hacı Etibar ƏHƏDOV,

Lənkəran Dövlət Universiteti

Mətbuat informasiya xidmətinin

rəhbəri

 

Azərbaycan müəllimi.- 2012.- 11 may.- S.5.