BSU-nun
Məktəb-Lisey Kompleksində ənənəvi şagird-tələbə
elmi konfransı keçirildi
Bakı
Slavyan Universitetinin Məktəb-Lisey
Kompleksində ulu öndər Heydər Əliyevin
anadan olmasının 89-cu
ildönümünə həsr olunmuş
"Müasir Azərbaycan ulu
öndər Heydər Əliyevin ideyaları
işığında" mövzusunda ənənəvi
şagird-tələbə elmi konfransı
keçirildi.
Konfransa Bakı məktəbliləri
və tələbələrlə yanaşı, Mingəçevir,
Şəki, Beyləqan və Ağcabədi rayonlarında məskunlaşan
Laçın, Zəngilan, Cəbrayıl, Ağdam
rayon qaçqın və köçkün
məktəblərinin istedadlı şagirdləri cəlb edilmişdi.
Konfransı
giriş sözü
ilə açan BSU-nun
rektoru, AMEA-nın müxbir
üzvü, professor Kamal Abdullayev universitet alimlərinin konfransdan
öncə qaçqın məktəblərində
olduqlarını, şagirdlərin elmi
işlərinə rəhbərlik etdiklərini
vurğuladı. O bildirdi ki,
Bakının qabaqcıl lisey və məktəblərini
təmsil
edən istedadlı şagirdlərlə yanaşı, müxtəlif
bölgələrdə yerləşən qaçqın məktəbləri
şagirdlərinin konfransda iştirakı
olduqca vacibdir: "Azərbaycan
təhsili sıçrayış dönəmindədir və
bu inkişafın təməli məhz
Heydər Əliyevin əməyi üzərində qurulmuşdur. Bugünkü
milli qürurumuza
görə biz ulu
öndər Heydər Əliyevə minnətdarıq", -
deyə rektor söylədi.
Konfransın
işi "Azərbaycan dili
və ədəbiyyat",
"İctimai elmlər", "Təhsil və mədəniyyət",
"İqtisadiyyat", "Xarici dillər. Tərcümə" bölmələri
üzrə təşkil olunmuşdu. Bakı
məktəbliləri, tələbələr,
qaçqın və köçkün məktəblərinin gənc istedadları ana dili ilə
yanaşı, xarici dillərdə də
məruzələrlə
çıxış etdilər.
Laçın,
Zəngilan, Ağdam, Cəbrayıl
rayonlarından gəlmiş şagirdlər BSU-nun
professor-müəllim heyəti, tədris-mədəniyyət
mərkəzləri, muzeyi, kitabxanası,
ayrı-ayrı fakültələri ilə yaxından
tanış oldular.
Konfransın
sonunda BSU Məktəb-Lisey Kompleksi, BDU nəzdində "Gənc istedadlar" liseyi, Heydər
Əliyev adına MTK, Bakı Avropa Liseyi, 190 nömrəli tam
orta və s. məktəblərin
şagirdləri, universitetin tələbələri,
eləcə də qaçqın məktəblərindən olan istedadlar fərqləndikləri üçün
diplom və hədiyyələrlə
mükafatlandırıldılar.
Azərbaycan
müəllimi.- 2012.- 11 may.- S.5.