Astara Pedaqoji Kollecində elmi-praktik konfrans

 

Astara Pedaqoji Kollecində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "Heydər Əliyevin  elm təhsilin inkişafında rolu" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə təşkilatların rəhbərləri, məktəb direktorları, ziyalılar ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev kollecdə istedadlı tələbələrin əl işlərindən ibarət sərgiyə baxmış, tələbə müəllim kollektivi ilə görüşmüş, fənn-tədris kabinetlərində, kitabxanada, kompüter mərkəzində olmuş bir neçə müəllimin dərsində iştirak etmişdir. 

Konfrans iştirakçıları ulu öndərin şəhərin mərkəzindəki abidəsini ziyarət etmiş abidə önünə tər çiçək dəstələri qoymuşlar. Sonra kollecdə qonaqlar tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış olmuş, tədris korpusunun birinci mərtəbəsində yaradılmış "Heydər Əliyev" guşəsinə baxmışlar. Konfrans akt zalında öz işinə başlamışdır.

Konfransı giriş sözü ilə kollecin direktoru, fəlsəfə doktoru, əməkdar müəllim, dosent Əlihəsən Həmzəyev açaraq qeyd etmişdir ki Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin əməlləri, misilsiz tarixi xidmətləri Vətənin, millətin təkcə bu gününə deyil, həm sabahına, gələcəyinə hesablanmışdır. Tarix sübut edib ki, yalnız Heydər Əliyev kimi rəhbərlər xalqın həyatında dərin iz qoya bilər. 

Kollecin tarix müəllimi Ruslan Əliyev "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin yaradıcısı qurucusudur", Azərbaycan dili ədəbiyyat müəllimi Arzu Hüseynova "Heydər Əliyev Azərbaycan dili" mövzularında məruzə etmişlər.

Məruzələr ətrafında kollec gənclər təşkilatının sədri, müəllim Nigar Məmmədova, tarix müəllimi Möhübbət Eyvazov, Azərbaycan Müəllimlər İnstitutunun müəllimi, fəlsəfə doktoru Şahrza Ağayev, rayon ağsaqqallar şurasının sədri Hamlet Əliyev, rayon təhsil şöbəsinin müdir müavini Faiq Həsənov, rayon mədəniyyət şöbəsinin məsul işçisi Əfqan Şəfiyev, rayon icra hakimiyyəti başçısının təhsil, səhiyyə mədəniyyət məsələləri üzrə müavini, YAP Astara rayon təşkilatının sədri Natiq İbadov çıxış edərək ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın memarı qurucusu kimi misilsiz tarixi xidmətlərindən danışmışlar. 

Tələbələrin ifasında ədəbi-bədii kompozisiya konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

Kollecin direktoru Ə.Həmzəyev konfransı yekunlaşdıraraq qeyd etmişdir ki, təhsil ocağının tələbə müəllim kollektivi ulu öndərimizin ideyalarına sadiq qalaraq yüksək təhsil göstəriciləri ilə Azərbaycanın uğur inkişaf strategiyasına öz layiqli töhfəsini verməyə çalışır, Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bundan sonra da böyük uğurlar qazanacağına, daha güclü qüdrətli dövlətə çevriləcəyinə ürəkdən inanır. 

 

 

Azad ABDULLAYEV

 

Azərbaycan müəllimi.- 2012.- 11 may.- S.5.