İstedadlı uşaqlar intellektual sərvətimizdir

  

Ölkəmizdə istedadlı uşaq və gənclərin aşkara çıxarılmasına xüsusi diqqət yetirilirbu istiqamətdə dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilir. Aydındır ki, qabiliyyətli və istedadlı şagirdlərin üzə çıxarılması və inkişaf etdirilməsində məktəbin, müəllimin üzərinə böyük məsuliyyət düşür. Bu sahədə gözəl təcrübəsi ilə respublikada tanınan müəllimlərdən biri də Yardımlı rayonu Alçabulaq kənd tam orta məktəbinin müəllimi,  əməkdar müəllim Heybət Qədirovdur. Əməkdaşımızın onunla söhbətini oxuculara təqdim edirik. 

 

- Heybət müəllim, istedadlı uşaqların aşkarlanması və inkişaf etdirilməsi müəllimdən böyük zəhmət tələb edir. Bu sahədə sizin zəngin təcrübəniz var. Necə oldu ki, siz istedadlı şagirdləri aşkar etmək və onlarla işləmək fikrinə düşdünüz?

 

- Sözlərimə ümummilli liderimiz Heydər Əliyevin çox məşhur bir ifadəsi ilə başlamaq istəyirəm: "Ziyalılıq kütləvi ola bilməz. Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist - bunlar fitri istedada malik nadir insanlardır". Bu o deməkdir ki, fitri istedadlar vaxtında aşkarlanmalı, onlara xüsusi diqqət qayğı göstərilməlidir. Elə ölkə başçısının sərəncamı ilə həyata keçirilən "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" da bu məqsəddən qaynaqlanıb. Bu gün gənclər xarici ölkələrin ən nüfuzlu ali məktəblərində təhsil alır, təhsil müəssisələrində  "Kiçik Akademiya"lar yaradılır s. Göründüyü kimi, bu uzunmüddətli bir strategiyadır gələcək nəsillərin mükəmməl təhsilinə hesablanmışdır.

37 ildir müəllim işləyirəm. Hər il respublika fənn olimpiadalarında iştirak etmişəm. 1975-1978-ci illərdə bilik yarışlarında şagirdlərim III IV yerləri tuturdu. Şagirdlərlə çox ciddi məşğul olsam da, nəticələr sevindirici olmurdu. Çox fikirləşəndən sonra qərara gəldim ki, bacarıqlı uşaqları aşağı siniflərdən seçərək, onlarla fərdi aparım. Məktəb rəhbərliyinin razılığı ilə V-VIII sinif şagirdləri olmaqla 80 nəfərin arasından psixoloji məntiqi testlərin köməyi ilə əvvəlcə 10, sonra 4, nəhayət, 1 uşaq seçdim. Həmin uşaq - Zöhrab İsayev V sinifdə oxuyurdu. Onunla riyaziyyat, fizika rus dili fənləri üzrə fərdi apardım onun çox qabiliyyətli bir uşaq olduğunu aydınlaşdırdım. VI sinifdə oxuyarkən kimya fənni ilə məşğul olduq. 6 ay ərzində Zöhrab artıq bu fənn üzrə VIII IX sinif proqramlarını mənimsədi. Bundan sonra isə onu respublika fənn olimpiadalarına hazırlamağa başladım. Yaşı çatmadığından təhsil şöbəsindən onun olimpiadaya buraxılmasını xahiş etdim.

IX sinif şagirdləri ilə birlikdə kimya fənni üzrə bilik yarışında iştirak edən Z.İsayev yaxşı bal topladı. Bu barədə Təhsil Nazirliyinə məlumat verildi həmin uşaq nazirliyə dəvət olundu. Psixoloqlar bu şagirdlə müəyyən  apardıqdan sonra onun doğrudan da fitri qabiliyyətə malik olduğu təsdiqləndi. Məhz bundan sonra VI sinif şagirdi Z.İsayev olimpiadanın respublika mərhələsinə buraxıldı yaxşı nəticə göstərərək III yeri tutdu. Növbəti tədris ilində keçirilən bilik yarışında isə onun bacarığı I yerə layiq görüldü. Bu fakt böyük sensasiya yaratdı.

Həmin o vaxtdan çalışdığım məktəbdə, eləcə də rayonun ümumtəhsil məktəblərində oxuyan istedadlı şagirdləri aşkar etmək və onların qabiliyyətlərini daha da inkişaf etdirmək məqsədilə sistemli aparmaq qərarına gəldim.

Yeri gəlmişkən, qeyd edim ki, müəllim işlədiyim bu illər ərzində dərs dediyim şagirdlər müxtəlif bilik yarışlarında, müsabiqə və olimpiadalarda həmişə fəal iştirak ediblər və öz bilikləri ilə fərqlənərək mükafata layiq yerlərə sahib olublar. Bunun sübutu kimi şagirdlərimizin 2012-ci ilin fənn olimpiadalarında qazandıqları uğurları oxucuların diqqətinə çatdırmaq istərdim. Kimya fənni üzrə bilik yarışının respublika mərhələsində şəhər 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Kamran Cümşüdlü II, Bozayran kənd tam orta məktəbinin X sinif şagirdi Rakif Həsənli III, Alçabulaq kənd tam orta məktəbinin VIII sinif şagirdi Nağı Ağamalıyev IV, Vəlixanlı kənd orta məktəbinin XI sinif şagirdi Xəyalə Məmmədli isə biologiya fənni üzrə IV yeri tutmuşlar.

- Heybət müəllim, maraqlıdır ki, siz hələ kimya fənnini keçməyən şagirdləri bu fənn üzrə bilik yarışlarına hazırlamısınız. Yəqin ki, prosesində çox böyük çətinliklərlə üzləşmisiniz...

-İş təcrübəmdə müşahidə etmişəm ki, istedad sözünün bir dağ ağırlığı, bir qranit tutumu var. Axan çaya, qaynayan çeşməyə də bənzətmək olar bu sözü. Yaşıdlarına nisbətən istedadlı uşaqla işləmək daha asandır. İstedadın inkişafına imkan yaradan başlıca amil təbii imkanlardır. Lakin təbii imkanlar məqsədyönlü və sistemli şəkildə aparılan təlim-tərbiyə prosesində inkişaf etdirilə bilər. Saf toxumun cücərməsi üçün münbit torpaq lazım olduğu kimi istedadlı uşaq üçün də nəzəri hazırlıq və düzgün istiqamətləndirmə başlıca şərtlərdəndir. Unutmaq olmaz ki, tez alışan maddə olan benzin oksigensiz mühitdə yanmır. Deməli, istedadın üzə çıxarılması məktəbsiz və müəllimsiz mümkün deyil. Uşaq parta arxasında, məktəbdə formalaşır. Daim müəllimin tərbiyəsi, psixoloqun müşahidələri altındadır. Hər müəllimin öz fərdi üslubu var. Müəllim öz fəhmi, pedaqoji ustalığı, metodik bacarığı ilə istedadlı şagirdləri aşkar edib üzə çıxarır. Təcrübə göstərir ki, məktəbdə keçirilən mədəni-kütləvi tədbirlər,  görüşlər, diskussiyalar, bilik yarışları, inşa yazı və şeir müsabiqələri istedadlı uşaqların aşkar edilməsində münbit şərait rolunu oynayır. Güclü məntiq tələb edən testlər, sınaq imtahanları şagirdin qabiliyyətini tez büruzə verir. Çünki istedadlı uşağın özünəməxsus düşüncə tərzi, riyazi təfəkkürü, dərin müşahidə qabiliyyəti vardır. İstedadlı şagird problemə başqalarından fərqli aspektdən yanaşır, məsələnin həllində çətin variant axtarır. Sərgidəki tabloda nazik budağın üstündə oturmuş qartal təsvir olunub. Rəsm əsəri hamıda xoş duyğular oyadır. İstedadlı uşaq isə belə fikirləşir: "İri qartal nazik budağa qonub, ancaq budaq əyilməyib". Bax, əsl istedad budur!

- İşlədiyiniz müddətdə xüsusi istedada malik uşaqlarla qarşılaşmağınız təbiidir...

- Pedaqoji fəaliyyətim dövründə 1066 nəfər şagirdin ali məktəbə hazırlanmasında xüsusi əməyim olub. Onların arasında fitri istedadlı uşaqlar da olub. Bu uşaqlar üçün redaksiyada görüşlər keçirmiş, təhsil şöbəsində "dəyirmi  masa"lar təşkil etmiş, respublika və beynəlxalq olimpiadalara  hazırlamışam və onlar mənim ümudlərimi həmişə doğruldublar. Bu gün alim kimi müxtəlif sahələrdə çalışan Nasim Abışov, İqrar Nəzərov, Elşən Sultanov, Şahin Rzayev, Tahir Hüseynov, Eşqin İsmayılov, Leyla Əliyeva, Gülər Şabiyeva, Elvin İbadov, Günel Ələbbasova, Elnur Hüseynov, Nəzər Nəzərov, Xanış Təmrazov və başqalarının adını iftixarla çəkirəm.

Nasim Abışov olimpiadada I yeri tutaraq BDU-nun kimya fakültəsinə imtahansız qəbul olunmuşdu. Hazırda o, doktorluq dissertasiyası üzərində çalışır.

Zöhrab İsayev məktəblilərin fənn olimpiadalarında kimya fənni üzrə I yeri tutduğuna və proqramı vaxtından qabaq mənimsədiyinə görə təhsil nazirinin əmri ilə VIII sinifdən X sinfə keçirilmişdi.

Təmrazovlar ailəsinin Alçabulaq kənd tam orta məktəbinin  yetirmələri olan 4 üzvü kimya elmi üzrə alimlik dərəcəsi almışdır. Şahin Rzayev bu gün respublikada tanınmış uroloq-cərrahlardandır. İqrar Nəzərov alimdiröz elmi axtarışlarını davam etdirir. Onlarla məzun Bakı, Sumqayıt və Gəncə şəhərlərinin ən qabaqcıl təhsil müəssisələrində kimya müəllimi işləyir.

- Sizcə, istedadlı uşaqların aşkar edilməsi, onların inkişaf etdirilməsi istiqamətində hansı mühüm işlərin görülməsi, nə kimi tədbirlərin həyata keçirilməsi zəruridir?

-  Bu gün Azərbaycan təhsili dünya təhsil sisteminə inteqrasiya edir. Hazırda ölkəmizdə xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədilə sistemli aparılır. Respublikamızda liseylər, gimnaziyalar, təmayüllü məktəblər yaradılıb, təmayüllü siniflər təşkil olunub. Bundan əlavə, fənn kurikulumları, müasir dərsliklər, test bankları, məntiq kursları, intellektual oyunlar, inşa müsabiqələri, fənn olimpiadaları və s. də istedadlı uşaqların inkişaf etdirilməsində xüsusi rol oynayır. Ən vacibi odur ki, istedadlar üzə çıxarılır, rəğbətləndirilir və inkişaf etdirilir. Onlara xüsusi qayğı göstərilir.

İstedadlı uşaqları inkişaf etdirmək üçün alimlərimiz çoxlu vəsaitlər, didaktik materiallar hazırlamışlar. Hazırda orta məktəblərdə, kurslarda istedadlı uşaqları inkişaf etdirmək üçün geniş imkanlar mövcud olsa da, yenə də ən başlıcası müəllim əməyi, müəllim yaradıcılığıdır. Bilikli, metodik, psixoloji hazırlığı və pedaqoji ustalığı ilə fərqlənən müəllimlər istedadları vaxtında üzə çıxarır və inkişaf etdirir. İnsafən belə novator müəllimlərimiz çoxdur.

- Heybət müəllim, bu istiqamətdə çoxillik, zəngin təcrübəniz elmi-metodik yaradıcılığınızda öz əksini necə tapıb?

- Yaxşı bilirik ki, kainatı Tanrı idarə edir. Dünyanı isə onun xüsusi istedad bəxş etdiyi insanlar. Tarix bizə göstərir ki, belə insanlar Allahın yer üzərinə bir töhfəsidir. Bu töhfələr hesabına elmtexnika inkişaf edir, insanlar dünən ağıla gəlməyən şeyləri bu gün bir reallığa çevirə bilirlər. Mən də istedadlı şagirdlərin düzgün istiqamətləndirilməsi məqsədi ilə ölkə mətbuatında bir sıra yazılar dərc etdirmişəm. Yerli qəzetdə "İstedadlar dəyirmi stol arxasında" (Redaksiyada istedadlarla görüş), "Qabiliyyətli və istedadlı uşaqların psixoloji cəhətdən araşdırılması", "Azərbaycan müəllimi" qəzetində "İstedadları aşkara çıxararkən", "Qabiliyyətli və istedadlı uşaqların aşkar edilməsi və onlarla işin təşkili", "Azərbaycan məktəbi" jurnalında "İstedadlı şagirdlərin seçilməsi və onların fərdi keyfiyyətlərinin aşkar edilməsi təcrübəsindən", "Qabiliyyətli uşaqlarla işin təşkili" kimi onlarla məqalə və müsahibələr dərc etdirmişəm.

1998-ci ildə Təhsil Nazirliyinin xətti ilə "Kimyanın tədrisində istedadlı şagirdlərin aşkar edilməsi və onlarla aparılacaq işin təşkili formaları" adlı metodik vəsait nəşr etdirmişəm. Bundan sonrakı yazılarımda da bu məsələyə toxunacağam. Çünki istedadlı şagirdlər gələcəyimiz, intellektual sərvətimizdir.

 

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.- 2012.- 11 may.- S.6.