Karate
üzrə Azərbaycan çempionu
Rüfət
Adil oğlu Abbasov idmanın
kikboksinq və uşu-sanda karate növü üzrə 30 kq
çəki dərəcəsində Azərbaycan çempionudur. O,
1999-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından idmana böyük sevgisi olan Rüfət
Bakının Sabunçu
rayonundakı Rixard Zorge adına 90
nömrəli tam
orta məktəbin VI sinif şagirdidir. Karate ilə doqquz yaşından məşğul olur. Altıqat dünya və
üçqat Avropa çempionu olan təcrübəli
məşqçilər Aqil Qasımov və
Müşviq Hüseynovun yetirməsidir.
-
Rüfət, səndə idmanın bu növünə həvəs
haradan yarandı?
- Ailəmiz də mənim kimi idmanı
çox sevir. Onlar məni güclü
idmançı kimi görmək istəyir. Balaca vaxtı gücsüz və zəif idim.
Həmişə istəyirdim ki, mən də
güclü olum. Elə
məndə idmana həvəs də belə
yarandı. Qohumlarımızda idmanla məşğul
olanlar çoxdur. Uşaq yaşlarımda çox
vaxt
onların yanına gedirdim. Məşqlərə
həvəslə baxırdım. Valideynlərim mənim
idmanı çox sevdiyimi
görüb "Lokomotiv"
klubunun kikboksinq idman
növünə üzv
yazdırırlar.
-
Uğurların barədə bizə nə deyə bilərsən
və yarış zamanı hansı hissləri keçirirsən?
- Tatamiyə çıxanda ancaq qələbə
qazanmaq haqqında düşünürəm. Rəqibi ilk
anda məğlub etmək istəyirəm.
Qarşımda duran önəmli vəzifələrdən
biri Avropa və dünya çempionu
olmaqdır. Qazandığım bütün
uğurlarıma görə müəllimlərimə borcluyam. Müəllimsiz
heç kim təcrübəli
idmançı ola
bilməz. Yaxşı bilirəm ki, perspektivli bir
idmançı olmaq, böyük
uğurlar qazanmaq üçün zəhmət çəkmək
lazımdır. Müəllimlərim mənə bu idman növünün
bütün sirlərini dərindən
öyrədir. Bunun nəticəsidir ki, mən respublikada
keçirilən birinciliklərdə
və Azərbaycan çempionatlarında dəfələrlə
fərqlənmişəm. Belə ki, Gənclər və İdman
Nazirliyi, Azərbaycan Sərhədçi Olimpiya Mərkəzinin təşkilatçılığı
ilə keçirilən kunq-fu sanda idman növləri
üzrə yarışlarda I yerə çıxmışam.
Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr
olunmuş yarışda I yerə layiq görülmüşəm. Salyan rayonunda keçirilən
şəhid, gizir Rafiq
İsayevin xatirəsinə həsr olunmuş yarışda və Milli
Dirçəliş Günü münasibəti
ilə təşkil olunmuş çempionatda fəxri kürsüdə yerimi qorumuşam. Azərbaycan Respublikası Silahlı Qüvvələr
və Həmrəylik gününə, Xocalı soyqırımına, Milli Qəhrəman Mübariz
İbrahimovun xatirəsinə həsr olunmuş birinciliklərdə də mübarizə
əzmimi nümayiş etdirərək qələbələrimin
sayını artırmışam. 2011-ci ildə Bakıda 13-14
yaşlı idmançılar arasında keçirilən
çempionatda I yerə çıxaraq hər
birimizə müqəddəs olan
üçrəngli dövlət bayrağımızı zirvələrə
qaldırmışam. Həmin ildə Gürcüstanda
keçirilən Zaqafqaziya
çempionatında erməni idmançısını məğlub
edərək I yerə layiq
görülmüşəm. Ukraynanın Kiyev
şəhərində keçirilən dünya
çempionatında da iştirak
edərək II yeri tutmuşam.
Ən böyük arzum
istənilən beynəlxalq yarışlarda
bayrağımızı zirvələrə qaldırmaq və
himnimizi səsləndirməkdir.
Bakıdakı 90 nömrəli
tam orta məktəbin
direktoru Qurbantac
Qazıbəyova:
-
Sevindirici haldır ki,
Azərbaycan bu gün
beynəlxalq idman aləmində idman ölkəsi kimi
tanınır.
İdmançılarımız çempion
olanda, üçrəngli
bayrağımız dövlət himnimizin
sədaları altında zirvələrə qalxanda
hər bir Azərbaycan övladı kimi mən də qürur hissi keçirirəm.
Bu gün
Rüfət kimi yetirmələrimiz Azərbaycanın
idman şərəfini qoruyaraq
ölkəmizi Avropa və dünya
çempionatlarında layiqli təmsil
edirlər. Rüfət haqqında onu da deyə bilərəm ki,
o, təlim və tərbiyəsi ilə
seçilən nümunəvi şagirddir.
Məktəbdə keçirilən tədbirlərdə həmişə
fəallığı ilə fərqlənir.
O, idman yarışlarında və hərbi
spartakiadalarda xüsusi fəallıq göstərir.
Rüfət müəllimlərinin məsləhətlərinə
qulaq asan,
tapşırıqlara əməl edən bir
şagird kimi özünü həmişə doğruldur. Ona gələcək
işlərində uğurlar
arzulayırıq.
Rəşad ZİYADOV
Azərbaycan
müəllimi.- 2012.- 18 may.- S.7.