Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümünün qeyd edilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

ƏMR EDİRƏM:

 

1. Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon, şəhər təhsil şöbələrinin müdirləri, ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili və nazirliyin birbaşa tabeliyində olan digər təhsil müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və tədbirlər planı ilə birlikdə nazirliyin İnternet  səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Ümumi şöbə (X. Fərəcov) əmr və tədbirlər planının çoxaldılıb yerlərə  göndərilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə edilsin.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

27 aprel 2012-ci il

 

Azərbaycan müəllimi.- 2012.- 4 may.- S.2.