Tədbirlər
planının təsdiqi barədə
Azərbaycan Respublikası
təhsil nazirinin əmri
Azərbaycan
Respublikası Prezidentinin 29 mart 2012-ci il tarixli, 2112 nömrəli
Sərəncamı ilə təsdiq olunmuş
"Azərbaycan Respublikasında 2012-ci ilin
"İdman ili" elan edilməsi ilə bağlı Tədbirlər
Planı"nda Təhsil Nazirliyi tərəfindən
həyata keçirilməsi nəzərdə tutulan
tədbirlərin icrasını
təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. "Azərbaycan
Respublikasında 2012-ci ilin "İdman ili" elan edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı" təsdiq
edilsin (əlavə olunur).
2. İqtisadiyyat şöbəsi (Ş.Əliyev)
tədbirlər planının 1-ci və 3-cü bəndlərində
nəzərdə tutulan tədbirlərin
maliyyələşdirilməsini təmin etsin.
3. Təhsil Nazirliyinin
icraya məsul struktur
bölmələrinin rəhbərləri tədbirlər
planının icrasını təmin etsinlər və görülmüş işlər barədə
20 dekabr 2012-ci il tarixədək
nazirliyin rəhbərliyinə hesabat versinlər.
4. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan
müəllimi" qəzetində dərc etdirsin,
bu əmri tədbirlər planı ilə
birlikdə nazirliyin İnternet
səhifəsində yerləşdirsin.
5. Ümumi
şöbə (X.Fərəcov) əmr və tədbirlər
planını çoxaldıb yerlərə göndərsin.
6. Əmrin icrasına nəzarət
nazir müavini Q.Novruzova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
26 aprel 2012-ci il
Azərbaycan
müəllimi.- 2012.- 4 may.- S.2.